Icma.az
close
up
RU
Krediti vaxtından əvvəl qaytararkən cərimə ödənilir?

Krediti vaxtından əvvəl qaytararkən cərimə ödənilir?

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Son dövrlərdə vətəndaşların istehlak kreditlərindən daha fəal istifadə etməsi kreditlərin vaxtından əvvəl bağlanması məsələsini də aktuallaşdırır. Xüsusilə kreditini vaxtından əvvəl ödəmək istəyən şəxslər bu zaman əlavə cərimə və ya ödənişlə qarşılaşıb-qarşılaşmayacağını bilməyə bilərlər. Qanunvericilikdə istehlak kreditlərinin vaxtından əvvəl qaytarılması ilə bağlı müəyyən qaydalar nəzərdə tutulur. Bəs vətəndaş krediti hansı müddət ərzində cəriməsiz qaytara bilər və sonrakı mərhələdə tətbiq olunan kompensasiyanın məbləği nə qədər ola bilər?

Bu suallara ekspert Əkrəm Həsənov aydınlıq gətirib.

Onun sözlərinə görə, sahibkarın götürdüyü kredit vaxtından əvvəl qaytarılarkən müqavilədə cərimə nəzərdə tutula bilər və buna məhdudiyyət yoxdur:

"Amma istehlak kreditidirsə, vətəndaş krediti götürdüyü gündən etibarən 30 gün ərzində istənilən vaxt heç bir cərimə ödəmədən qaytara bilər. Təbii ki, həmin müddət üçün hesablanan faizləri ödəməlidir.

Əgər 30 gün ötdüsə, krediti yenə də vaxtından əvvəl qaytara bilər. Lakin bu halda müqavilədə cərimə, yəni banka dəyən zərərin kompensasiyası nəzərdə tutula bilər. Zərər ondan ibarətdir ki, bank krediti verərkən həmin kredit üzrə faiz gəliri əldə edəcəyini nəzərdə tutur, vətəndaş isə krediti vaxtından əvvəl qaytarır".

Ekspert bildirib ki, bu halda, əgər müqavilənin bitməsinə bir ildən çox müddət qalıbsa, qalıq məbləğinin 1%-dən çoxu həcmində cərimə, yəni zərərin kompensasiyası tutula bilməz: "Əgər müqavilənin bitməsinə bir il və ya daha az müddət qalıbsa, bu məbləğ 0,5%-dən çox olmamalıdır.

Məsələn, 30 gün keçdikdən sonra 1 000 manat qalıq borcunuz varsa və müqavilənin bitməsinə bir ildən çox müddət, məsələn, iki il və ya il yarım qalıbsa, vaxtından əvvəl ödəniş etdikdə zərərin kompensasiyası 1%-dən çox ola bilməz. Yəni 1 000 manat üçün bu məbləğ maksimum 10 manat ola bilər. Əgər müqavilənin bitməsinə bir ildən az müddət qalıbsa, bu məbləğ maksimum 5 manat ola bilər və ondan çox tutula bilməz”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://banco.az
archiveBu xəbər 31 Avqust 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri