Icma.az
close
up
RU
“ƏVVƏL AZƏRBAYCANDAN, YOXSA QAZAXISTANDAN BAŞLAYAQ?” Kreml təbliğatı yenə Azərbaycanda “SVO” tələb edir

“ƏVVƏL AZƏRBAYCANDAN, YOXSA QAZAXISTANDAN BAŞLAYAQ?” Kreml təbliğatı yenə Azərbaycanda “SVO” tələb edir

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Kremlin ən idbar təbliğatçılarından olan Sergey Mardan yenidən Azərbaycanı hədəf alıb. Öz sosial şəbəkə səhifəsində paylaşım edən Mardan Qazaxıstanda və Azərbaycanda “SVO” (xüsusi hərbi əməliyyat) keçirilməli olduğunu yazıb. Buna səbəb Qazaxıstanın öz suveren hüquqlarından istifadə etməklə, öz ərazisindən Rusiyaya keçən yük avtomobillərini yoxlamasıdır.

Məsələ ondadır ki, bu zaman beynəlxalq sanksiyalar altında olan Rusiyaya “ikili təyinatlı” məhsulların, yəni, Rusiya hərbi sənayesinin başqa adlarla ölkəyə idxal etdiyi texnikanın, çiplərin və s. ötürülməsinin qarşısı alınır. Bu tamamilə beynəlxalq hüquqa uyğun olan qanuni addımlar isə, əlbəttə ki, Kremlin xoşuna gəlmir...

Mardan məsələ ilə bağlı hansısa mücərrəd “iş adamlarına” istinad edərək yazıb ki, “mikrosxemlər və dəzgahlar sərhəddən geri qaytarılır”. Daha sonra Qazaxıstanı və eyni zamanda, konkret bu məsələyə heç bir aidiyyatı olmayan Azərbaycanı “SVO” ilə təhdid edib: “Heç cür seçə bilmirəm ki, “SVO” birinci hardan başlamalıdır - əvvəl Azərbaycan, sonra Qazaxıstan, yoxsa əksinə?”

Bizimlə əlaqəsi olmayan bir mövzuda ölkəmizin adının çəkilməsi ondan xəbər verir ki, Azərbaycan mövzusu Kreml təbliğatının üfunət saçan gündəmindən düşmür. Bu tulalara Azərbaycanı daim gündəmdə saxlamaq və yeri gəldi-gəlmədi ölkəmizi hədəfə almaq tapşırılıb. Günahsız insanların qətlinə, suveren ölkənin işğalına, Rusiyanın isə həm hərbi, həm iqtisadi, həm də mənəvi cəhətdən bataqlığa saplanmasına gətirib çıxaran işğalçılıq müharibəsi ilə fəxr etmək və bununla digər qonşularını da təhdid etmək isə Putin Rusiyasının və onun təbliğatının nə qədər miskin, rəzil və insanlıq sifətini itirmiş durumda olduğunun növbəti göstəricisidir... 

Sonrakı paylaşımında həmin bu nəcabətsiz təbliğat tulası Azərbaycan və Ukrayna başçılarının Danimarkadakı görüşünə və bu görüşdə ingilis dilində danışmalarına “sataşıb”. Vaxtilə Qafqazın işğalına rəhbərlik etmiş ən qəddar və şərəfsiz rus imperiya generallarından olan Sisianovu xatırladan Mardan əvvəl-axır Azərbaycanın rus dilinə qayıdacağına eyham vurub. Əlbəttə, solovyovlar, mardanlar, simonyanlar və Kremlin digər tör-töküntüləri təkcə həyasızlığı və idbarlığı ilə deyil, həm də kütbeyinliyi ilə seçilirlər. Mardan kütbeyin olmasaydı, Azərbaycan barədə danışanda bu cür uğursuz müqayisə aparmazdı və Sisianov kimi həyatını şərəfsiz, miskin ölümlə bitirən birini xatırlatmazdı. Çünki Azərbaycanı işğal etməyə gələn Sisianovun başını Bakı qalasının yanında haqlı olaraq kəsmişdilər. Odur ki, bu müqayisə ilk növbədə elə Rusiya imperiyaçılığının, şovinizminin özü və gələcək taleyi üçün uğursuz müqayisədir...

Cənubi Qafaz və xüsusilə Azərbaycan üçün sisianovların, şaumyanların və s. yeri çoxdan tarixin çürümüş zibilliyindədir. Necə ki, Mardan və onun sahiblərinin də yeri həmin zibillik olacaq...

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Oktyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri