Icma.az
close
up
RU
Əvvəl Bakını misal çəkdi, sonra xahiş etdi: Qonşu ölkəni sevindirən rədd cavabı

Əvvəl Bakını misal çəkdi, sonra xahiş etdi: Qonşu ölkəni sevindirən rədd cavabı

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə qəbul edilmiş “Şəffaflıq haqqında” Qanun layihəsinin zəruriliyini izah edib. O, ölkənin davamlı şəkildə inqilablar təhlükəsi ilə üzləşdiyini və qanunun bu səbəbdən qəbul edildiyini bildirib. Baş nazir beləliklə daxili məsələlərə kənar müdaxilənin qarşısının bu yolla alınacağını deyib.

Son zamanlarda dünya ölkələrində inqilab halları və çevriliş hadisələrinin artdığı müşahidə olunur.

Belə bir qanun layihəsi inqilab ehtimalını önləməkdə nə dərəcədə effektivdir? Bənzər qanun digər ölkələrdə də tətbiq  oluna bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Gürcüstanda ötən il gərgin hadisələr yaşandı:

“Xüsusilə “Xarici agentlər haqqında” Qanun qüvvəyə mindikdən sonra ABŞ və Avropa İttifaqının (Aİ) bir sıra ölkələri Gürcüstan hakimiyyətinə təzyiqlər etdilər. Hökumət nümayəndələrinin Şengen zonasına vizasız hərəkət imkanları məhdudlaşdırıldı, Gürcüstanın Aİ-yə üzvlüyü prosesi, ABŞ-la strateji tərəfdaşlığı dayandırıldı, Qərb hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasını rusyönümlü olmaqda ittiham etdi. Həmçinin oktyabrda parlament, dekabrda isə prezident seçkilərinin saxtalaşdırdığı iddiası ilə hakimiyyət dəyişikliyinə açıq çağırışlar səsləndirildi. Hətta bir neçə Avropa ölkəsinin xarici işlər naziri Gürcüstandakı etiraz aksiyalarında şəxsən iştirak etdilər.

İş o yerə çatmışdı ki, Avropa Parlamenti qətnamə qəbul edərək Gürcüstanın yeni seçilmiş hökumətini qeyri-legitim adlandırdı və ötən ilin dekabrında vəzifəsini tərk etmiş Salome Zurabişvilini prezident olaraq tanıdığını bəyan etdi. Lakin 2025-ci ildə baş verən qlobal hadisələr, o cümlədən, Prezident Donald Trampın hakimiyyətə qayıdışı fonunda ABŞ və Aİ-dən gələn təzyiqlər azaldı. Elə buna görədir ki, baş nazir İrakli Kobaxidze 16 mayda Avropa Siyasi Birliyinin toplantısına dəvət aldı. Bu isə Avropanın Gürcüstan hakimiyyətinin legitimliyini şübhə altına alan qətnaməsinin və müvafiq çağırışların gündəmdən düşdüyünü göstərir. Sözügedən dəvət, eyni zamanda Gürcüstan hakimiyyətində ABŞ-la münasibətlərin də bərpa olunacağına ümidləri artırır”.


Şəhla Cəlilzadə

Siyasi şərhçinin sözlərinə görə, ABŞ Gürcüstanda hökumət çevrilişi etmək üçün sponsor olduğu təşkilatlara maliyyə dəstəyini USAID və digər qurumlar vasitəsilə çatdırırdı:

“Lakin Trampın USAID-in fəaliyyətini dondurması, bu təşkilatı “qeyri-şəffaf”, “cinayətkar təsisat” adlandırması Tbilisidə Vaşinqtonla münasibətlərin bərpası üçün mühüm stimul yaratmışdı. Odur ki, Gürcüstan rəsmiləri xarici təsirin şəffaflığını təmin etmək məqsədilə irəli sürülən qanunun ABŞ-Gürcüstan, ümumilikdə Qərb-Gürcüstan əməkdaşlığına mane olmayacağını, sadəcə vaxtilə mövcud olan və xarici təsir agenti kimi fəaliyyət göstərən USAID-ə bənzər qeyri-şəffaf qurumların fəaliyyətinin nəzarət altında saxlanmasına imkan yaradacağını əsaslandırmağa çalışırlar.

May ayında baş nazir Kobaxidze və 1 sentyabrda Prezident Mixail Kalevaşvili Trampa açıq məktub ünvanlayaraq, onun Azərbaycan və Ermənistanı belə barışdırmağı bacardığını, hətta Rusiya ilə konstruktiv dialoq qura bildiyini diqqətə çatdıraraq münasibətlərin bərpasını xahiş edirlər. Bu məktublar cavabsız qalsa da, ABŞ Senatına hələ keçmiş prezident Co Bayden dövründə təqdim edilən, Gürcüstana qarşı geniş sanksiyaları nəzərdə tutan “Meqabari Aktı”nın 5 sentyabrda rədd edilməsi qarşıdakı dövrdə ikitərəfli münasibətlərin inkişafı və yenidən təsisi üçün zəmin hesab oluna bilər.

Beləliklə, Tramp, Bayden dövründən fərqli olaraq, Cənubi Qafqazın daxili işlərinə müdaxilə etmədən münasibətlərin inkişafında maraqlı görünür”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri