Əvvəlcə “müəllim” adlandırdı, sonra... İsa Həbibbəylinin çıxışındakı maraqlı məqam + VİDEO
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Ramiz Mehdiyevin müstəqil dövlətçiliyə qarşı etdiyi hərəkətlər onun Akademiyaya üzv qalmasına imkan vermir”.
Bunu bir neçə gün öncə jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli deyib.
İsa Həbibbəylinin açıqlamasında diqqət çəkən məqam odur ki, o, videoda əvvəlcə “müəllim” ifadəsini işlədir, bir neçə saniyə sonra isə həmin anlayışı konkret adla – Ramiz Mehdiyevlə əvəz edir.
Əslində İ. Həbibbəylinin bu düzəlişi təsadüfi deyil. Çünki uzun illər Azərbaycan siyasi və akademik mühitində Ramiz Mehdiyev “müəllim” kimi təqdim olunub, bu ad onun ətrafında toxunulmazlıq və xüsusi status formalaşdırıb. Həbibbəylinin isə bu ifadədən imtina edib birbaşa ad çəkməsi, R. Mehdiyevin həmin statusunun artıq keçmişdə qaldığını göstərir.
Qeyd edək ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub. Dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər kimi cinayətlərdə ittiham olunan “boz kardinal” barəsində 2 ay əvvəl ev dustaqlığı qətimkan tədbiri seçilib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 18 Dekabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















