Əvvəllər pərakəndə işləyən Azərbaycanın diaspor təşkilatları bu gün koordinasiyalı şəkildə fəaliyyət göstərir
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müstəqillik illərinin ilk dövrlərində xaricə gedən azərbaycanlıların əsas problemi təşkilatlanma idi. İnsanların çoxu təhsil, müalicə və ya iş üçün gedirdi, amma ortaq bir məkan, ortaq bir nəfəs ehtiyacı duyulurdu. Məhz, bu ehtiyac dünyanın onlarla şəhərində ilk Azərbaycan cəmiyyətlərinin yaranmasına səbəb oldu. Bu gün demək olar dünyanın hər bir yerində Azərbaycan diasporu var.
Bizimyol.info xəbər portalının ölkəmizin xaricdəki diaspor fəaliyyəti mövzusu üzrə suallarını “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov cavablandırıb:
Rəşid bəy, Azərbaycan diasporunun Vətən müharibəsi dövründə fəaliyyətini necə izah edərdiniz? Diasporumuz Azərbaycan gerçəkliklərini dünyaya çatdıra bilirdimi?- Azərbaycan diaspor quruculuğu və lobbiçilik fəaliyyəti, bu gün ən çox müzakirə olunan mövzulardan biridir. Dünya azərbaycanlılarının xüsusilə Vətən müharibəsi ərəfəsində, ondan əvvəlki və sonrakı dövrdə, Azərbaycan reallıqlarını dünyaya çatdırılması üçün xaricdə yaşayan soydaşlarımızın həmrəylik göstərməsi və birlik nümayiş etdirməsi diqqət çəkir.
Diasporumuzun tarixi haqqında nə deyə bilərsiniz?- Azərbaycanın diaspor quruculuğu ulu öndər Heydər Əliyevin dövründə başlayıb. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan diasporu yaradılmağa başladı. Diaspor və lobbiçilik dövlət siyasətimizin əsas hissələrindən birini təşkil edir.
Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra xaricdə yaşayan soydaşlarımıza diqqət artırıldı. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının 4-cü Qurultayında çıxışı zamanı "Mən hər bir azərbaycanlının prezidentiyəm" deməsindən sonra xaricdə yaşayan bütün soydaşlarımız əmin oldular ki, onların hər birinin arxasında güclü Azərbaycan dövləti dayanır. Bu yanaşma diasporumuzun yeni dönəmə başlamasına təkan verdi.
Azərbaycan diasporunun nə kimi çatışmazlıqları var?- Azərbaycan diasporunun ideal olduğunu desək, doğru yanaşma sayılmaz. Bildiyimiz kimi hər sahədə olduğu kimi müəyyən çatışmazlıq və nöqsanlar var. Onuda qeyd edim ki, diaspor sahəsində çalışanların heç biri məmur deyil və onların könüllü fəaliyyətlə məşğul olmağa çalışdığını görürük.
Azərbaycan diasporu bu gün həqiqətən inkişaf edir. Avropanın müxtəlif şəhərlərində Azərbaycan Evləri açılıb və açılmaqda davam edir. Əvvəllər pərakəndə işləyən diaspor təşkilatları bu gün koordinasiyalı şəkildə fəaliyyət göstərir. Tarixi torpaqlarımızı 30 illik işğaldan azad etdikdən sonra Azərbaycan diasporu öz inkişaf prosesini sürətləndirib. Etiraf etməliyik ki, diaspor fəaliyyətimizin keçmişi və bu günü arasında çox ciddi fərq var. Azərbaycan diasporu müharibə ərəfəsində arxa cəbhədə həqiqi qəhrəmanlıq nümayiş etdirdi. Diaspor nümayəndələrimiz səfərbər oldular, maddi və mənəvi güclü dəstək göstərdi.
Bu gün Azərbaycan diasporunun nümayəndələri dünyanın hər yerində, yaşadıqları cəmiyyətdə Azərbaycana məxsus mədəniyyəti, adət və ənənəni, mətbəxi, şair və yazarlarımızı, Azərbaycanın inkişafını yerli mətbuat, sərgilər və tədbirlər vasitəsilə çatdırırlar. Soydaşlarımızı və ictimai təşkilatları beynəlxalq və regional tədbirlərdə, sosial şəbəkələrdə Azərbaycanın haqlı mövqeyini daha ciddi səylə qorumağa çağırırıq. Gənclərimizin yaşadıqları ölkədəki cəmiyyətə inteqrasiya olmasına dəstək göstəririk.
İndi Yunanıstanda yaşayırsınız. Orada Azərbaycan diasporunun vəziyyəti necədir?- Hal hazırda “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinə rəhbərlik edirəm. “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin məqsədi Azərbaycan həqiqətlərini, mədəniyyətini və tarxini yunan cəmiyyətinə və bütün Avropaya düzgün şəkildə çatdırmaqdır.
Qeyd edim ki, Erməni lobbisi bütün dünyada çox təşkilatlanmış haldadır. Yunanıstan da bu baxımdan istisna deyil. Bizim işimizə müdaxilə əvvəllər var idi. Amma bu əngəl bizi heç də öz mövqeyimizdən və yolumuzdan döndərəcək qədər güclü deyildi.
Bildiyiniz kimi, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Yunanıstan Respublikasında fəaliyyət göstərən ilk və yeganə diaspor təşkilatdır. “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Yunanıstanda yaşayan azərbaycanlıların hüquqlarının qorunması, Yunanıstanda yaşayan azərbaycanlı cəmiyyətin davamlı yaşayışı və inkişafı üçün dəstək göstərilməsi, Azərbaycan dilinin təbliği, etnik və intellektual dəyərlərin irəliləməsi üçün ön şərtlərin formalaşdırılması, Yunanıstanda Azərbaycan tarixi və Azərbaycanda Yunanıstan tarixi kimi etnik-mədəni dəyərlərin sərgilənməsi və mübadiləsi, Yunanıstanda və Azərbaycanda Azərbaycan diasporunu təmsil edən oxşar beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması və genişləndirilməsi, Yunanıstan ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, turizm sahəsində Yunanıstan-Azərbaycan əlaqələrinin ön şərtlərinin irəli sürülməsi və iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş fəaliyyətlər həyata keçirir.
Yunanlar Azərbaycanın ən çox nəyini sevirlər?- Yunanlar bizim musiqini və mətbəxi çox bəyənirlər. Beynəlxalq qida festivallarında və mədəni tədbirlərdə xüsusi diqqət və marağın dəfələrlə şahidi olmuşuq.
İradə Cəlil, Bizimyol.info
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)
Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 11 Dekabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















