Icma.az
close
up
RU
Əvvəllər rusca sözlər istifadə olunurdusa, indi digər xarici dillərə məxsus sözlər gündəlik danışıq dilimizə hopur

Əvvəllər rusca sözlər istifadə olunurdusa, indi digər xarici dillərə məxsus sözlər gündəlik danışıq dilimizə hopur

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Yerli mətbuata müsahibəsində cənab Prezident Azərbaycan dilinin qorunması ilə bağlı məsələyə çox geniş bir formada toxundu. Bundan əvvəl də Milli Elmlər Akademiyasının 80 illik yubileyində də cənab prezident bu məsələlərə çox geniş bir formada toxunmuş və Azərbaycan dilinin saflığının qorunmasının əhəmiyyətini xüsusi olaraq vurğulamış, burada hər kəsin üzərinə düşən məsuliyyəti ayrıca qeyd etmişdi”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün cənab Prezidentin bu məsələyə qayıtmasının çox ciddi səbəbləri var. Deputat təəssüflə qeyd edib ki, bir sıra hallarda xarici sözlərin dilimizə daxil edildiyini görürük: “Əgər əvvəllər rusca sözlər istifadə olunurdusa, indi isə biz ingilis dilində və ya digər dillərdən gəlmə sözlərdən geniş bir formada istifadə edildiyini görürük. Bu da və bu da təbii ki, dilimizin saflığına öz mənfi təsirini göstərir. Yəni biz nəzərə almalıyıq ki, ana dili milli kimlik məsələsidir. Dil milli varlıq məsələsidir və dil mədəniyyətdir. Bizim çox zəngin bir dilimiz var və biz bu dilin mütləq şəkildə xüsusiyyətini, xarakterini ciddi bir formada qorumalıyıq. Bu mənada bu, təkcə dövlətin yox, hər bir vətəndaşın vəzifəsidir.

Dil həm də milli təhlükəsizlik məsələsidir. Yəni bizi digər xalqlardan fərqləndirən seçən əsas məsələlərdən, əsas məqamlardan biri də bu dediyimiz məsələdir. Yəni bu məsələdə biz milli təhlükəsizliyimizi mütləq şəkildə qorumalıyıq. Əgər qorumasaq bizi ciddi təhdidlər gözləyir. Cənab Prezidentin əslində üzərində durduğu və xüsusi qeyd etdiyi məsələ də bu idi ki, bunu hər bir vətəndaş ciddi bir formada da nəzərə almalıdır və biz hamımız buna səfərbər olmalıyıq”.

Ceyhun Məmmədov

Ceyhun Məmmədov bildirib ki, bu gün dövlətimiz bu istiqamətdə çox ciddi tədbirlər həyata keçirir.

“Ən yüksək səviyyədə, növbəti dəfə cənab prezident bu məsələyə öz açıq, sərt mövqeyini ifadə etdi. Burada məsuliyyət insanlarımızın üzərinə düşür ki, onlar buna əməl etsinlər. Burada da yeni bir istiqamətdə deyil, bir çox istiqamətlərdə işlər getməlidir. Yəni hər kəs çalışmalıdır ki, üzərinə düşən məsuliyyəti yerinə yetirsin və daha məsuliyyətli və daha diqqətli olsun. Çünki bu olduqca əhəmiyyətli və olduqca vacib bir məsələdir. Yəni biz bunu qorumasaq, biz bunun üzərinə getməsək, biz bu istiqamətdə ciddi addımlar atmasaq bizi qarşıda çətin bir mərhələ gözləyir. Ona görə burada hər kəs bu prosesə öz töhfəsini verməyə çalışmalıdır.

Prezidentin də gözləntilərindən biri də budur ki, vətəndaşlar özləri bu məsələlərə ciddi yanaşmalıdır. Çox məsuliyyətli yanaşmalıdırlar ki, dilimizə sahib çıxa bilək və dilimizi qoruya bilək. Dilimizin daha da irəli getməsi üçün daha da möhkəm olması üçün səfərbər olaq. Biz bunu etməsək, həyata keçirməsək, gələcək nəsillər bizi bağışlamayacaq və biz gələcəkdə ciddi problemlər yaşaya bilərik. Bunun ciddi nəticələri və fəsadları da ola bilər. Biz milli kimliyimizi, milli varlığımızı qoruya bilmərik”-deyən deputat qeyd edib ki, bu gündən sonra da insanlarımız daha diqqətlə, daha məsuliyyətlə bu məsələyə yanaşaraq öz töhfələrini mütləq şəkildə verməlidirlər.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Yanvar 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri