“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Türkiyəli müğənni Mahsun Kırmızıgül həmkarı Mabel Matizin “Ha Leylim” adlı mahnısına və klipinə tətbiq edilən qadağaya münasibət bildirib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi bu barədə Kiprdə konsertdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Əxlaqsızlığı filmlərdə və mahnılarda axtarmayaq. Korrupsiya ilə məşğul olanlar bunlardan daha təhlükəlidir”, - deyə o, etirazını bildirib.
Kırmızıgül çıxışı zamanı həmçinin Türkiyənin musiqi sektorunda keyfiyyət problemindən də şikayətlənib: “Yeni nəsil arasında çox yaxşı səslər yoxdur. Türkiyədə 4-5 yaxşı vokalist var. Hazırda bizim kimi oxuyan çox az insan var”.
Qeyd edək ki, bir neçə gün öncə M.Matizin yeni mahnısı olan “Ha Leylim”in sözləri və klipi ilə bağlı “ədəbsizlik” iddiası ilə araşdırma başlanılıb.
Müğənni bundan əvvəl “Perperişan” mahnısı ilə bağlı da məhkəməlik olmuş, daha sonra bəraət almışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 17 Avqust 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















