Eyfel qülləsinin direktoru seksist yanaşmadan sonra istefa verdi
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Eyfel qülləsinin idarəedici şirkəti olan SETE-nin baş direktoru Patrik Branko Ruvo qadın əməkdaşların işdən uzaqlaşdırılması ilə bağlı yaranmış qalmaqal fonunda istefa verib.
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi xəbər yayıb.
Məlumata əsasən, hindu dini təşkilatı "Bochasanwasi Akshar Purushottam Swaminarayan Sanstha"nın (BAPS) nümayəndələrinin ziyarəti zamanı baş direktor qadın heyətini xidmətdən kənarlaşdırıb.
SETE rəhbərliyi baş verən hadisəni yolverilməz adlandırıb. Şirkət gender bərabərliyinin təşviqinə yönəlmiş xüsusi proqramlara başlamağı planlaşdırır.
Branko Ruvo 2018-ci ilin sonundan etibarən SETE-yə rəhbərlik edir. O, 2026-cı ilin sonunda vəzifəsini tərk etmək niyyətində olduğunu bildirib. Sentyabrın 8-də Eyfel qülləsinin işçilərin tətili səbəbindən fəaliyyətini dayandırdığı bildirilmişdi. Parisin mərkəzi dairəsinin rəhbəri və abidəni idarə edən SETE şirkətinin rəsmisi Ariel Veyl bildirib ki, nümayəndə heyəti ziyarət zamanı qadınlarla təmasların məhdudlaşdırılmasını xahiş edib. BAPS yaranmış narahatlığa görə üzr istəyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 30 Sentyabr 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















