Icma.az
close
up
RU
Eynək görmənizə zərər verir Geniş yayılan mif təkzib edilir

Eynək görmənizə zərər verir Geniş yayılan mif təkzib edilir

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir çox insan ən azı bir dəfə belə bir fikir eşidib: “Eynək taxmağa başlasan, gözlərin ona öyrəşəcək və görmən daha da pisləşəcək”. Halbuki bu, göz sağlamlığı ilə bağlı ən geniş yayılmış miflərdən biridir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onilliklərdir ki, eynəyin gözləri “tənbəlləşdirdiyi” və ya ondan asılılıq yaratdığı düşünülür. Məntiq sadə görünür: insan eynək taxmağa başlayandan sonra eynəksiz əvvəlkindən daha pis görür. Ancaq bunun səbəbi eynək deyil. ABŞ-ın Cleveland Clinic tibb mərkəzinin məlumatına görə, oftalmoloq Hizer Çimino bildirir ki, düzgün seçilmiş eynək yalnız işığın gözə düşmə bucağını dəyişərək tor qişada aydın görüntü formalaşdırmağa kömək edir. Eynək gözün quruluşuna təsir etmir və görmənin pisləşməsini sürətləndirmir.

Bu səbəbdən eynək aşağıdakı problemlərin korreksiyasında effektiv hesab olunur:

Yaxını görməmək (miopiya)

Uzağı görməmək (hipermetropiya)

Bulanıq və ya qeyri-dəqiq görmə

Oxuma və yaxındakı əşyalara fokuslanmaqda çətinlik

Eynəyin nömrəsi niyə dəyişir?

İllər keçdikcə görmənin dəyişməsi eynəyin zərərli olması demək deyil. Bu, insan orqanizminin təbii qocalma prosesidir. Gözlərin fokuslanma qabiliyyəti gənc yaşlarda ən yüksək səviyyədə olur.

Zaman keçdikcə bu xüsusiyyət zəifləyir və buna görə də 40 yaşdan sonra bir çox insan xırda yazıları oxumaqda çətinlik çəkdiyini hiss edir. Görmə ən sürətlə uşaqlıq və yeniyetməlik dövründə dəyişdiyi üçün uşaqların mütəmadi olaraq göz müayinəsindən keçməsi tövsiyə olunur. Lakin göz tam formalaşdıqdan sonra da dəyişikliklər davam edir. Yaş artdıqca göz bülluru elastikliyini itirir, göz yaşı ifrazı azalır və göz daxilində baş verən dəyişikliklər görmə keyfiyyətinə təsir göstərir.

Nəticədə aşağıdakı problemlər yarana bilər:

Katarakta

Göz önündə "uçuşan nöqtələr" (mouches)

Qlaukoma

Yaşa bağlı makula degenerasiyası

Yəni gözün forması dəyişməsə belə, daxildə baş verən yaşlanma prosesləri görmənin zəifləməsinə səbəb olur.

Köhnə və ya səhv nömrəli eynək taxmaq təhlükəlidirmi?

Düzgün seçilməmiş eynək görməni korlamır, lakin ciddi narahatlıqlar yarada bilər. Ən çox rast gəlinən əlamətlər bunlardır:

Gözlərin tez yorulması

Baş ağrısı

Bulanıq və ya təhrif olunmuş görüntü

Başgicəllənmə

Yeni eynək taxmağa başladıqdan sonra qısa uyğunlaşma dövrünün olması da normaldır. İlk günlər görüntü bir qədər fərqli görünə bilər. Adətən beyin buna bir-iki həftə ərzində uyğunlaşır. Əgər narahatlıqlar keçmirsə və ya daha da artırsa, yenidən oftalmoloqa müraciət etmək lazımdır. Həkim reseptin düzgün yazılıb-yazılmadığını və eynəyin keyfiyyətlə hazırlanıb-hazırlanmadığını yoxlayacaq.

Çünki düzgün görmə korreksiyası yalnız rahatlıq deyil, həm də təhlükəsizlik baxımından vacibdir. O, mətnləri rahat oxumağa, rəqəmləri düzgün seçməyə və avtomobili təhlükəsiz idarə etməyə imkan verir.

Niyə eynəyi çıxardıqdan sonra elə bilirik ki, görmə daha da pisləşib?

Məhz bu hiss insanların "eynək görməni korlayır" fikrinə inanmasına səbəb olur. Əslində isə beyin aydın görüntüyə öyrəşdikdən sonra eynəksiz bulanıq görmə əvvəlkindən daha narahat hiss olunur. Bu, gözlərin vəziyyətinin pisləşməsi deyil, sadəcə beynin daha keyfiyyətli görüntüyə alışmasıdır. Başqa sözlə, eynək görməni zəiflətmir. Sadəcə, gözlərin əslində nə qədər aydın görə biləcəyini göstərir. Buna görə də eynək çıxarıldıqda bulanıq görüntü daha çox hiss edilir.

Göz sağlamlığını necə qorumaq olar?

Mütəxəssislər düzgün seçilmiş eynək və ya kontakt linzalardan istifadə etməklə yanaşı aşağıdakı qaydalara əməl etməyi tövsiyə edirlər:

Hər 20 dəqiqədən bir ekran qarşısında fasilə vermək;

Zərurət olduqda mavi işıq filtrli eynəklərdən istifadə etmək;

Həmişə aktual reseptə uyğun eynək və ya kontakt linza taxmaq;

Balanslaşdırılmış qidalanmaya diqqət yetirmək;

Görmədə qəfil dəyişiklik və ya hər hansı narahatlıq yaranarsa, vaxt itirmədən həkimə müraciət etmək.

Eynək nə görməni korlayır, nə də ondan asılılıq yaradır. Görmənin dəyişməsi əsasən təbii yaşlanma prosesləri ilə bağlıdır. Düzgün seçilmiş eynək isə yalnız dünyanı daha aydın, rahat və təhlükəsiz görməyə kömək edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 İyul 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri