Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Keyfiyyətsiz eynək şüşəsi: bəzi optikalar insanlara necə zərər vurur? ARAŞDIRMA

Keyfiyyətsiz eynək şüşəsi: bəzi optikalar insanlara necə zərər vurur? ARAŞDIRMA

Icma.az bildirir, Apa.az portalına istinadən.

Vaxtaşırı optik eynəklərin keyfiyyəti ilə bağlı ictimaiyyət arasında yaranan narazılıqların şahidi olsaq da, prosesə nəzarət mexanizmi barədə konkret faktları özündə ehtiva edən məlumata rast gəlmək olmur. Kimisi eynəklərin şüşələrinin keyfiyyətsiz olması, kimisi isə yerli istehsal məhsullarının xaricdən idxal olunan şüşə kimi alıcıya təqdim edilməsindən gileylənir.

Optik eynəklərlə bağlı əsas suallar

Mövzu bir neçə istiqamətdə sual doğurur:

keyfiyyətli şüşənin alıcı tərəfindən necə müəyyən olunması;

optik satış məntəqələrinin fəaliyyətinə nəzarət məsələsi;

şikayətlərin təmin olunması üçün düzgün müraciət istiqaməti;

keyfiyyətsiz şüşələrin yarada biləcəyi fəsadlarla bağlı əhalinin maariflənməsi və bu məsələyə həssas yanaşılmasına təşviqetmə.

Eynəklərin qiyməti müxtəlifdir: 20 manatdan 300 manata qədər...

APA-nın araşdırmasına əsasən, deyə bilərik ki, keyfiyyətli və “keyfiyyətli” adı altında təqdim olunan optik eynəklərin qiyməti 300 manata qədər yüksəlir.

Belə ki, bazarda ən çox istifadə olunan şüşələr, əsasən, Türkiyə, İtaliya, Fransa və Almaniya istehsalıdır. Bu ölkələrin hər birindən gələn şüşələr öz xüsusiyyətlərinə görə fərqlənir. Qiymət baxımından Almaniya şüşələri ən bahalı kateqoriyaya daxildir. Bu, daha çox şüşələrin keyfiyyətinə, istifadə olunan materiallar və istehsal texnologiyası ilə bağlıdır. Ümumilikdə, Almaniya istehsalı olan şüşələr digərlərinə nisbətən daha yüksək keyfiyyət və davamlılıq səviyyəsinə malikdir. Almaniya istehsalı şüşələrin ən aşağı qiyməti 65 manatdan başlayır.

Ümumilikdə isə, optik eynəklərin qiymətləri müxtəlifdir. Ən aşağı qiymətlər 20-25 manat arası başlayır, yüksək keyfiyyətli və markalı modellər isə 250-300 manata qədər yüksələ bilər. Qiymət fərqi həmçinin şüşənin firmasına, dizaynına görə dəyişir.

Eynək seçərkən sertifikat tələbi

Optik mağazaya yaxınlaşan müştərinin ilk növbədə nəyə əhəmiyyət verməsi vacib məsələdir. Oftalmoloq-cərrah Gövhər Əliyeva bildirir ki, eynək seçərkən vətəndaş optikadan şüşənin keyfiyyəti ilə bağlı sertifikat tələb edə bilər:

“Fərqli ölkələrdə istehsal olunan şüşələr mövcuddur. Ən keyfiyyətli optik şüşələr əsasən Fransa və Almaniya istehsalı olur. Eynək seçərkən vətəndaş optikadan şüşənin keyfiyyəti ilə bağlı sertifikat tələb edə bilər. Optika həmçinin eynəyin hansı ölkədə və ya hansı firmada istehsal edildiyini göstərən sənədi də təqdim etməlidir”.

Lisenziyalı optikalara üstünlük verilməsi daha məqsəduyğundur

Gövhər Əliyeva deyir ki, burada ən vacib məqam eynəyin həkim resepti əsasında hazırlanmasıdır: “Həkim reseptinə uyğun olmayan eynək istifadə edildikdə göz, baş, gicgah ağrıları, hətta göz çəpliyi kimi problemlər yarana bilər. Buna görə də vətəndaş yalnız ixtisaslı və etibarlı optik mərkəzlərə müraciət etməlidir. Şəbəkə şəklində fəaliyyət göstərən və lisenziyalı optikalara üstünlük verilməsi daha məqsədəuyğundur”.

Keyfiyyətsiz optik eynəklər göz sağlamlığı üçün ciddi təhlükə yarada bilər

Oftalmoloq cərrah Elvin Yadigarovun sözlərinə görə, eynək seçiminə həssas yanaşmağın vacibliyi yetərincə təbliğ olunmadığı üçün bəzən ayrı-ayrı şəxslər, yaxud azyaşlı övladlarına eynək seçən valideynlər prosesə laqeyd yanaşırlar, satıcının manipulyasiyalarına aldanırlar: “Digər tərəfdən, görmə qabiliyyətlərində zəifləmə hiss edən şəxslər həkimə müraciət etmədən optik satış mərkəzinə yaxınlaşırlar. Onlardan resept tələb olunmadığından, eynək seçmə prosesi “rahat” yekunlaşır. Bu məqamda yalnız satıcının maraqları təmin olunur”.

Keyfiyyətli eynəyin əssas meyar olduğu ictimaiyyətin diqqətinə çatdırıldığı təqdirdə, keyfiyyətsiz istehsalat və satışla məşğul olan optik mərkəzlər sıradan çıxa bilər.

Elvin Yadigarov keyfiyyətli eynək üçün nələrə diqqət edilməli olduğuna aydınlıq gətirib: “Reseptə əsasən eynək nömrələri - miopiya, hipermetropiya, astiqmatizm - düzgün tərtib olunmalı, bəbəkarası məsafə düzgün ölçülməlidir. Eynəyi üz quruluşuna uyğun formada seçmək vacibdir. Dairəvi üz üçün kvadrat və ya düzbucaqlı çərçivə, düzbucaqlı üz üçün yumşaq kənarlı çərçivə məsləhətdir. Linza tam şəffaf olmalı, ləkə, bulanıqlıq olmamalıdır. Eynəklə baxanda görüntü dalğalanmamalı, xəttlər əyilməməlidir”.

O vurğulayıb ki, antirefleks qatı keyfiyyəti önəmlidir: “İncə cızılmalara qarşı davamlı örtük olmalıdır. Eynəyi bir az işıq altında fırladanda belə cızıq izləri olmamalıdır. Eynəyi taxanda burnu sıxmamalı, qulaq arxasında ağrı yaratmamalıdır. Əgər eynək gözlərdə yorğunluq və baş ağrısı yaratmırsa, baxış bucağında bulanıqlıq və pozulma yoxdursa linza optik mərkəzi düzgün hazırlanıb.

Keyfiyyətsiz optik eynəklər təkcə pis görüntü vermir, eyni zamanda, göz sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Davamlı bulanıq və ya deformasiyalı görüntü göz əzələlərini həddən artıq işləməyə məcbur edir. Nəticədə göz qızarma, yanğı və qaşınma, göz yaşarması, işığa həssaslıq arta bilər”.

Yanlış düzəldilmiş eynək — gözün inkişafına mane olan vasitə

Elvin Yadigarov əlavə edir ki, uşaqlarda və yeniyetmələrdə yanlış düzəldilmiş eynəklər gözün tam inkişaf etməsinə mane ola bilər: “Nəticədə gözdə tənbəllik formalaşa bilər. Uzun müddət səhv eynək taxılması, beyində yanlış görüntü emalı formalaşdırır. Bu isə sonradan düzgün eynəyə keçidi çətinləşdirə bilər.

Düzgün UV filtri olmayan keyfiyyətsiz linzalar göz dibinə (retina) zərər verir ki, bu da katarakta və sarı ləkə xəstəliyi (makulyar degenerasiya) riskini artırar”.

Hazırkı bazar qiymətləri, mütəxəssislərin həyəcan təbili və mövcud narazılıqları ümumiləşdirərkən belə bir sual ortaya çıxır:

Azərbaycandakı optik satış mərkəzlərinə nəzarət edilirmi?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) sorğumuza cavab olaraq bildirilib ki, optik eynəklər və optik şüşələr müvafiq qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınmayan məhsullar sırasına daxildir:

“Sərhəd-keçid məntəqələrindən ölkəyə daxil olarkən gömrük orqanları bu məhsullara baxış keçirir. Əgər həmin məhsullar tibbi vasitə kimi qiymətləndirilsə və uyğun gömrük kodu ilə rəsmiləşdirilsə, idxalına mövcud normativ hüquqi aktlara uyğun şəkildə icazə verilir.

AEM-ə belə məhsulların idxalı ilə bağlı müraciət daxil olduqda gömrük kodlarına əsasən, müvafiq rəy hazırlanır və bu zaman məhsulun keyfiyyətinə nəzarət də həyata keçirilir”.

Optik eynəklərin keyfiyyətindən narazı olanlar hara şikayət edə bilərlər?

Vətəndaşlar aptek təşkilatları ilə bağlı hər hansı problem və ya şikayətlə qarşılaşdıqları halda AEM-in aşağıdakı müraciət kanallarından istifadə edərək məlumat verə bilərlər.

Qaynar xətt: +994125960520

Müraciət əsasında hansı tədbirlər görülür?

AEM-dən o da bildirilib ki, daxil olan müraciətlər araşdırılır və zərurət yaranarsa, müvafiq tibb müəssisəsində və ya aptek təşkilatında plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir.

ƏDV ilə bağlı açıqlama

Son olaraq Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsi optik eynəklərlə bağlı ƏDV məsələsinə münasibət bildirib: “ƏDV geri al” layihəsindən faydalanmaq üçün bəzi məqamları nəzərə almaq lazımdır. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir ki, ödənilmiş ƏDV-nin bir hissəsini geri almaq mümkün olsun. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir”.

Bu, məsələnin qanuni, yəni doğru olan tərəfidir. Həmin optik satış mərkəzlərinin ƏDV-dən yayınıb-yayınmamasına nəzarət mexanizminin mövcud olması isə sual altındadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:396
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 İyul 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri