Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Eyni gündə, eyni yerdə şəhid olan qardaşlar 4 İL KEÇDİ

Eyni gündə, eyni yerdə şəhid olan qardaşlar 4 İL KEÇDİ

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün əslən Lerik rayonundan olan iki şəhid qardaşın – İman və Bəhrəm Məmmədzadələrin anım günüdür.
Modern.az-ın məlumatına görə, qardaşlar 2020-ci ilin sentyabr-noyabr aylarında gedən Vətən müharibəsində eyni gündə şəhid olublar. Çoxları şəhid qardaşları əkizlər kimi kimi tanısa da, əslində onların aralarında 2 il yaş fərqi var idi.

Eyni gündə şəhid olan 22 yaşlı İman və 20 yaşlı Bəhrəm Füzuli, Cəbrayıl və Xocavənd istiqamətindəki döyüşlərdə iştirak ediblər. 
Hələ Vətən müharibəsi başlayanda bu qardaşlara deyiblər ki, biriniz arxa cəbhədə qala, digəriniz ön cəbhəyə gedə bilərsiniz. Hər iki qardaş bu təklifdən imtina edib. Onda qardaşlara bildirilib ki, hər ikiniz arxa cəbhədə də qala bilərsiniz. Onlar bu təklifdən də imtina ediblər.

Böyük qardaş İman 1998-ci il sentyabrın 14-ü Lerik rayonun Kəlvəz kəndində anadan olub. 2004-cü ildə Kəlvəz kəndində məktəbə qədəm qoyub, ikinci sinfə isə 2005-ci ildə Lənkəran şəhərinin 5 nömrəli orta məktəbində gedib. 2007-ci ildə təhsilini Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsindəki 117 nömrəli orta məktəbdə davam etdirib. 2014-cü ildə 10-cu sindi Fizika-Riyaziyyat-İnformatika təmayüllü liseydə oxuyub. 2015-ci ildə isə Rusiyanın Həştərxan vilayətində gəmi kapitanlığı ixtisası üzrə təhsilə başlayıb. O, həmin ixtisas üzrə 1 il oxuduqdan sonra ali təhsil almağa başlayıb.
Kiçik qardaş Bəhrəm 2000-ci ilin 18 aprelində Lerikin Kəlvəz kəndində dünyaya göz açıb. İbtidai sinfi 2005-ci ildə Lənkəran şəhərinin 5 nömrəli orta məktəbində oxuyub. 2006-2007-ci illərdə Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsindəki 117 nömrəli orta məktəbdə təhsilini davam etdirib. Qardaşı kimi o da 2014-2015-ci ildə Fizika-Riyaziyyat-İnformatika təmayüllü liseydə təhsil alıb. 2015-ci ildə 9-cu sinfin şəhadətnaməsini aldıqdan sonra qardaşı ilə birlikdə Həştərxan vilayətində gəmi kapitanlığı ixtisasın üzrə oxumağa başlayıb.

Qardaşlar Həştərxanda 1 il oxuyublar. Daha sonra birlikdə Samara Universitetinin Hüquq fakültəsində ali təhsil almağa başlayıblar. 2016-cı ildə Hüquq fakültəsindən çıxaraq, Turizm fakültəsinə keçiblər.
Məmmədzadə qardaşları idmançı idilər. Hər ikisi cüdo və ağır atletika ilə məşğul olurdular. 
2020-ci ilin iyul ayında İman Bəhrəmlə birlikdə, eyni gündə Qusar rayonundakı N saylı hərbi hissəsəyə xidmətə yola düşüblər...
Vətən müharibəsi başlanan dövrdə onlar artıq hərbi xidmət keçirdilər. Müharibə ərəfəsində Məmmədzadə qardaşları xidmət etdikləri hərbi hissə tərəfindən Füzuli rayonuna göndəriliblər.
Onlar Füzuli, Cəbrayıl, Suqovuşan və Xocavəndin işğaldan azad olunmasında iştirak ediblər.

Şəhid qardaşların atası Elman Məmmədovun Modern.az-a müsahibəsindən:
“Biz onlarla hər gün əlaqə saxlamağa çalışırdıq. Tez-tez telefon danışıqlarımız olurdu. Oktyabrın 13-də Füzuli rayonun Kürdmahmudlu kəndində onlarla görüşdük, 4 saat birlikdə olduq. Orada Bəhrəm qolundan yaralandığını bizdən gizlətdi.
Bəhrəm qolundan yaralanan zaman onu hospitala aparmaq istəyiblər. Maşına mindiriləndə qapını açaraq,düşüb. “Qardaşımdan ayrılmaram” deyib. Qolunu sarıyıb, qardaşı ilə birlikdə döyüşə yollanıb. Onlara təkidlə deyiblər ki, “ikinizdən biriniz döyüşə getməyin”. Hətta sonra deyiblər ki, “hər ikiniz qalın, getməyin”, buna da razı olmayıblar. Hər ikisi döyüşə getmək istədiklərini deyiblər.
Həmin görüşdə İmana dedim ki, “İman, sənin qolunun gücünü mən bilirəm, düşmən gülləsi isə bilmir”. İki qardaş birlikdə məni qucaqlayıb dedilər ki, “Ata, bizdən bunu xahiş etmə. Biz düşmən qarşısında heç vaxt əyilməyəcəyik””.
Elman Məmmədovun sözlərinə görə, oğlanları ilə sonuncu dəfə 2020-ci il oktyabrın 27-si səhər saat 10-da danışıb:
“Mən İmanla danışdım. Qardaşı da yanında idi. Son sözləri bu oldu ki, “anadan və özündən muğayat ol!”.
Elman Məmmədov oğlanlarının şəhid olmağından 1 noyabr tarixində xəbər tutub:
“Noyabrın 1-də səhər saatlarında oğlanlarımla birlikdə quluq edən yaralı gizir Əsgər Hüseynovdan mənə zəng gəldi. Dedi ki, “əmi, uşaqların ikisi də şəhid oldu!”.
Elə bil dünya başıma fırlandı...
Xocavəndin Qırmızıbazar qəsəbəsi istiqamətindəki döyüşdə 14 nəfərlik şəxsi heyətdən 11 nəfər şəhid olmuş, 3 nəfər isə yaralanmışdı... Mənim oğlanlarım da şəhid olanlar arasında idilər.
Elə həmin gün onların nəşini hospitaldan götürdüm. Noyabrın 2-də isə dəfn olundular”.

“Yoldaşlarının dediyinə görə, birinci İmanı vurublar, amma o, yaralı halda ayağa qalxaraq düşmənin üstünə yeriyib. 2-ci dəfə vurulanda yenə irəliləyib. 3-cü dəfə yaralananda qardaşı Bəhrəmlə bir zabit onu atəş altından çıxarıblar. Həmin vaxt İmanın ayağının sarımaq istəyəndə zabit də, Bəhrəm də yaralanıb. Bəhrəm İmanı tez-tez danışdırırmış ki, huşunu itirməsin. Bəhrəm anidən qardaşının səsinin zəiflədiyini görəndə özünü saxlaya bilməyib, ayağa qalxıb. Bu zaman düşmən onu snayperlə ürəyindən vurub. İkisi də birlikdə keçiniblər...”, - şəhid atası bildirib.
 

İman və Bəhrəm Məmmədzadə qardaşları Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə tətif ediliblər.
Şəhid qardaşlar Xəzər rayonunun Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunublar.
A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see637

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see565

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see443

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see311

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see307

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see306

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see293

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see283

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see250

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see243

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see230

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see229

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see217

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see215

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see213

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see213

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see195

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see188

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see185

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri