Icma.az
close
up
RU
“Eyni hakimlər indi həmin diplomların tanınmaması ilə bağlı qərar çıxarırlar”

“Eyni hakimlər indi həmin diplomların tanınmaması ilə bağlı qərar çıxarırlar”

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


“Türkiyədə “açıköğretim” növündə təhsil almış tələbələrin diplomu Azərbaycanda tanınmır”.
Yeniavaz..com
xəbər verir ki, bunu Rahib İsmayılov adlı şəxs özünün sosial media hesabında yazıb.
Onun sözlərinə görə, mahiyyətcə “açıköğretim” distant təhsillə eyni şeydir:
“Təhsil haqqında qanunun 13-cü maddəsində Azərbaycanda təhsil formalarından biri kimi distant təhsil qeyd edilib. Yəni dövlətimiz distant təhsili tanıyır. Mahiyyətcə eyni şey olan “açıköğretim”in diplomunu isə Elm və Təhsil Nazirliyi (ETN) tanımır. Tanımamaq bir yana, məhkəmələrə təsir göstərilir ki, onların xeyrinə qərar qəbul etməsinlər”.
R. İsmayılov bildirib ki, son aylarda  məhkəmələr diplomların tanınmaması ilə bağlı qərar verməyə başlayıblar:
“İllərdir ki, məhkəmələr haqlı olaraq “açıköğretim”in mahiyyətcə bizdəki distantla eyni olduğunu bildirib belə diplomları tanıyırdılar. Lakin son aylarda nə oldusa, məhkəmələr (hətta eyni hakimlər daha əvvəlki mövqelərini dəyişərək) bu diplomları tanımamağa başladılar”.
Məsələ ilə bağlı müvafiq sorğumuza Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) cavab olaraq bildirilib ki, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.4-cü bəndinə əsasən, tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir:
“Buna qarşılıq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu, 13.1-ci bəndində əks olunmuş təhsilalma formaları arasında “açıköğretim” forması yer almır və Azərbaycan Respublikasında bu formada tədrisin təşkili ümumiyyətlə nəzərdə tutulmayıb. İnzibati icraat zamanı araşdırma əsasında məlum olub ki, Türkiyə Respublikasının “Xarici dövlətlərin ali təhsil diplomlarının tanınması və ekvivalentliyinin müəyyən olunması Qaydası”nın 3-cü maddəsinin “a” bəndinə əsasən, “açıköğretim” təhsilalma forması təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətinə və qarşılıqlı fəaliyyətinə əsaslanmayan təhsilalma növüdür.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən təhsilverənlər və təhsilalanlar təhsil prosesinin mütləq iştirakçıları kimi nəzərdə tutulub. Beləliklə, “açıköğretim” təhsilalma forması üzrə tədrisin təşkilinin Azərbaycan Respublikası təhsil qanunvericiliyinə əsasən təhsil prosesinin təşkili üçün nəzərdə tutulan tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən olunub.
Nəticə etibarilə, bu forma Azərbaycan Respublikasında təhsilin təşkili və tədris prosesini tənzimləyən normalara əsasən müəyyən olunmuş zəruri elementləri özündə ehtiva etmir və ənənəvi təlim metodlarına əsaslanan formal təhsil hesab oluna bilməz”.
Qurumdan bildirilib ki, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal qaydada təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aid edilib:
“Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, bu forma üzrə tədrisin təşkili Azərbaycan Respublikası təhsil qanunvericiliyinə əsasən təhsilin təşkili prosesinin zəruri tələblərinə uyğun olmadığı üçün ənənəvi təlim metodlarına əsaslanan formal təhsil hesab oluna bilməz”.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 07 Fevral 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri