Eyni qiymətə fərqli porsiya: yemək çatdırılmasında müştəri aldadılırmı?
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Restoran və kafelərdə menyuda adətən yeməyin qiymətinilə yanaşı, çəkisi də göstərilir. Bəzən eyni yemək bir neçə ölçüdə müştəriyə təklif olunur və qiymət də çəkidən asılı olaraq dəyişir.
Bu, istehlakçıya seçim zamanı şəffaflıq yaratsa da, eyni yeməyin restoran daxilində və evə çatdırılma zamanı fərqli çəki ilə təqdim olunması suallar doğurur. Xüsusilə də yemək çatdırılma platformalarında bəzi menyularda çəkilərin göstərilməməsi müştərilər arasında narazılığa səbəb olur.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu vəziyyətin birbaşa istehlakçı hüquqlarının pozulması olduğunu söyləyib:
“Əgər yemək çatdırılma şirkətlərinin internet resurslarında yeməyin miqdarı yazılırsa, lakin göndərəndə yazılmırsa və yaxud göstərilmirsə, bu, artıq istehlakçı hüquqlarının pozulması, istehlakçının aldadılması deməkdir. Əgər Azad İstehlakçılar Birliyinə yazılı şikayət olarsa və yaxud bununla bağlı şikayət mətbuatda işıqlandırılarsa, dövlət orqanları onu təqib etməli və yoxlamalıdır”.
E.Hüseynov ümumilikdə istehlakçıların bazarlardan tutmuş bu kimi yerlərə qədər orta hesabla hər gün 200 qrama qədər aldadıldığını deyib.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 23 Dekabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















