Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Eyni tələb üzrə yeni iddia qaldıra bilər? KONKRET

Eyni tələb üzrə yeni iddia qaldıra bilər? KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası artıq qanuni qüvvəyə minmiş və qismən icra olunmuş məhkəmə qərarının mövcud olduğu halda eyni tələb üzrə yenidən məhkəmə baxışının aparılmasının yolverilməzliyinə dair məhkəmə təcrübəsinin vahidliyini müəyyən edən qərar qəbul edib.

KONKRET.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə qarşı 17.500 manat maddi və 4.000 manat mənəvi ziyanın, ümumilikdə 21.500 manatın tutulmasına dair məhkəmə qərarı qəbul olunub və həmin qərar qismən icra edilib, lakin 20.250 manat ödənilməmiş qalıb. Daha sonra həm borclu, həm də zərərçəkmiş şəxs vəfat edib və onların hüquqi varisləri meydana çıxıb. Zərərçəkmiş şəxsin hüquqi varisi ödənilməmiş məbləği borclu tərəfin hüquqi varislərindən tələb edib, lakin icra mərhələsində vərəsəlik məsələlərinin tam rəsmiləşdirilməməsi səbəbindən icra orqanı icraata xitam verilməsi barədə qərar qəbul edib.

Bundan sonra zərərçəkmiş şəxsin hüquqi varisi yeni iddia tələbi ilə məhkəməyə müraciət edərək ödənilməmiş 20.250 manatın tutulmasını tələb edib. Məhkəmələr işə yenidən mahiyyəti üzrə baxaraq iddianı təmin edib.

Ali Məhkəmə isə işə baxarkən ilk növbədə vurğulayıb ki, məhkəməyə müraciət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin olunsa da, bu hüquq mütləq xarakter daşımır və yalnız qanunla müəyyən edilmiş prosessual qaydalar çərçivəsində həyata keçirilə bilər. Məhkəmə xüsusilə qeyd edib ki, məhkəmə müdafiəsi hüququ təkcə məhkəməyə formal müraciət imkanı deyil, həm də qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının təmin olunmasını və həmin aktların təkrar mübahisələndirilməsinin qarşısının alınmasını ehtiva edir.

Qərarda həmçinin vurğulanıb ki, icra mərhələsində borclu və ya tələbkarın vəfat etməsi halında onların hüquqi varislərinin icra icraatına cəlb edilməsi “İcra haqqında” Qanunun 31-ci maddəsinin birbaşa tələbidir. Məhkəmə qeyd edib ki, vərəsəlik şəhadətnaməsinin olmaması mirasın faktiki qəbul edilməsi halında məsuliyyətdən azad etmir və miras əmlaka sahiblik və ondan istifadə faktı vərəsəliyin qəbulunu təsdiq edən əsas hüquqi göstəricidir. Buna görə də icra icraatında sıradan çıxmış tərəflərin əvəz edilməsi icra məmurunun vəzifəsidir və bu mexanizm işlədilmədən yeni məhkəmə icraatının açılması qanunvericiliyə ziddir.

Ali Məhkəmə həmçinin xüsusi olaraq qeyd edib ki, artıq qanuni qüvvəyə minmiş və qismən icra olunmuş məhkəmə qərarı mövcud olduğu halda, eyni tələb üzrə yeni iddia qaldırılması mülki prosessual qanunvericiliyə əsasən yolverilməzdir və bu hal birbaşa prosessual hüquq normalarının pozulmasıdır. Məhkəmə izah edib ki, belə hallarda problem yeni məhkəmə icraatı ilə deyil, icra mexanizmi çərçivəsində, o cümlədən hüquqi varisliyin düzgün tətbiqi ilə həll edilməlidir.

Nəticə olaraq Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Aprel 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see636

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see361

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see332

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see252

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see244

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see242

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see227

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see222

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see221

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see211

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see203

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see197

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see195

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see193

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see192

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see188

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see182

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see179

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see171

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri