Icma.az
close
up
RU
Bu halda varislər eyni tələb üzrə iddia qaldıra bilməz Ali Məhkəmə

Bu halda varislər eyni tələb üzrə iddia qaldıra bilməz Ali Məhkəmə

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası artıq qanuni qüvvəyə minmiş və qismən icra olunmuş məhkəmə qərarının mövcud olduğu halda eyni tələb üzrə yenidən məhkəmə baxışının aparılmasının yolverilməzliyinə dair məhkəmə təcrübəsinin vahidliyini müəyyən edən qərar qəbul edib. 

Bakıvaxtı.az xəbər verir ki, işin hallarına görə, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə qarşı 17.500 manat maddi və 4.000 manat mənəvi ziyanın, ümumilikdə 21.500 manatın tutulmasına dair məhkəmə qərarı qəbul olunub və həmin qərar qismən icra edilib, lakin 20.250 manat ödənilməmiş qalıb. Daha sonra həm borclu, həm də zərərçəkmiş şəxs vəfat edib və onların hüquqi varisləri meydana çıxıb. Zərərçəkmiş şəxsin hüquqi varisi ödənilməmiş məbləği borclu tərəfin hüquqi varislərindən tələb edib, lakin icra mərhələsində vərəsəlik məsələlərinin tam rəsmiləşdirilməməsi səbəbindən icra orqanı icraata xitam verilməsi barədə qərar qəbul edib.

Bundan sonra zərərçəkmiş şəxsin hüquqi varisi yeni iddia tələbi ilə məhkəməyə müraciət edərək ödənilməmiş 20.250 manatın tutulmasını tələb edib. Məhkəmələr işə yenidən mahiyyəti üzrə baxaraq iddianı təmin edib.

Ali Məhkəmə isə işə baxarkən ilk növbədə vurğulayıb ki, məhkəməyə müraciət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin olunsa da, bu hüquq mütləq xarakter daşımır və yalnız qanunla müəyyən edilmiş prosessual qaydalar çərçivəsində həyata keçirilə bilər. Məhkəmə xüsusilə qeyd edib ki, məhkəmə müdafiəsi hüququ təkcə məhkəməyə formal müraciət imkanı deyil, həm də qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının təmin olunmasını və həmin aktların təkrar mübahisələndirilməsinin qarşısının alınmasını ehtiva edir.

Qərarda həmçinin vurğulanıb ki, icra mərhələsində borclu və ya tələbkarın vəfat etməsi halında onların hüquqi varislərinin icra icraatına cəlb edilməsi “İcra haqqında” Qanunun 31-ci maddəsinin birbaşa tələbidir. Məhkəmə qeyd edib ki, vərəsəlik şəhadətnaməsinin olmaması mirasın faktiki qəbul edilməsi halında məsuliyyətdən azad etmir və miras əmlaka sahiblik və ondan istifadə faktı vərəsəliyin qəbulunu təsdiq edən əsas hüquqi göstəricidir. Buna görə də icra icraatında sıradan çıxmış tərəflərin əvəz edilməsi icra məmurunun vəzifəsidir və bu mexanizm işlədilmədən yeni məhkəmə icraatının açılması qanunvericiliyə ziddir.

Ali Məhkəmə həmçinin xüsusi olaraq qeyd edib ki, artıq qanuni qüvvəyə minmiş və qismən icra olunmuş məhkəmə qərarı mövcud olduğu halda, eyni tələb üzrə yeni iddia qaldırılması mülki prosessual qanunvericiliyə əsasən yolverilməzdir və bu hal birbaşa prosessual hüquq normalarının pozulmasıdır. Məhkəmə izah edib ki, belə hallarda problem yeni məhkəmə icraatı ilə deyil, icra mexanizmi çərçivəsində, o cümlədən hüquqi varisliyin düzgün tətbiqi ilə həll edilməlidir.

Nəticə olaraq Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Aprel 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri