Icma.az
close
up
RU
Eyni universitet, fərqli nəticə: QS və THE Reytinqlərində yanaşma fərqləri

Eyni universitet, fərqli nəticə: QS və THE Reytinqlərində yanaşma fərqləri

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qlobal təhsil məkanında universitetlərin mövqeyinin müəyyənləşdirilməsində beynəlxalq reytinqlər mühüm alət rolunu oynayır. Bu reytinqlər universitetlərin nüfuz göstəricisi olmaqla yanaşı, ali təhsil müəssisəsinin keyfiyyətinin qlobal meyarlarla ölçülməsinə imkan verən sistemli mexanizmdir.

Universitetlərin beynəlxalq arenadakı mövqeyi əsasən, iki əsas reytinq sistemi - QS (Quacquarelli Symonds) və Times Higher Education (THE) vasitəsilə ölçülür. Hər iki platforma illik olaraq dünyanın ən nüfuzlu universitetlərinin siyahısını təqdim edir. Dünyada ən çox istinad edilən və nüfuzlu sayılan bu iki əsas reytinq təşkilatı metodologiya və qiymətləndirmə yanaşmalarına görə bir-birindən fərqlənir. Bu fərqlərin düzgün dəyərləndirilməsi ölkə universitetlərinin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Hər iki reytinq sistemi ali təhsil müəssisələrini qiymətləndirərkən oxşar sahələrə diqqət yetirsə də, tədris, tədqiqat, beynəlmiləlləşmə və sənaye/iqtisadi təsir yanaşmaları və prioritetləri fərqlidir.

QS reytinqi universitetlərin reputasiyasına daha geniş yer ayırır. Metodologiyada bu göstəricinin ümumi çəki payı təxminən 45% təşkil edir ki, bu da sistemi müəyyən qədər subyektiv faktorların təsirinə açıq edir. Qiymətləndirmə zamanı həm akademik reputasiya, həm də işəgötürən reputasiyası nəzərə alınır. Lakin bu yanaşma bir sıra suallar doğurur. Məsələn, sorğuda iştirak edənlərin peşəkar sahələrinin və akademik yönümlərinin qiymətləndirdikləri universitetlə nə dərəcədə uyğun gəldiyi bəzən mübahisə doğurur. Bu isə nəticələrin obyektivliyinə müəyyən dərəcədə təsir göstərə bilər.

Times Higher Education (THE) reytinq sistemi isə reputasiya göstəricisinə daha məhdud, lakin elmi əsaslı yanaşma tətbiq edir. Burada reputasiyanın ümumi çəki payı təxminən 33%-dir. Əsas fərq ondadır ki, THE sorğularında iştirak edən ekspertlər Scopus məlumat bazası əsasında seçilir. Bu yanaşma qiymətləndirmə prosesini daha etibarlı, məqsədyönlü və elmi cəhətdən əsaslandırılmış edir.

QS və THE reytinq sistemlərinin əsas fərqlərindən biri onların tədqiqat göstəricilərinə yanaşma prinsipləridir.

QS reytinqi tədqiqat fəaliyyətini qiymətləndirərkən Citations per Faculty göstəricisindən istifadə edir. Bu yanaşma universitetdə hər bir akademik heyət üzərinə düşən elmi istinadların sayına əsaslanır. Lakin bu model daha çox kəmiyyət yönümlü hesab edilir və elmi işlərin keyfiyyət dərəcəsini tam şəkildə əks etdirmir. QS, həmçinin, məlumat mənbəyi kimi əsasən sorğulara və institusional məlumatlara istinad edir ki, bu da sistemə müəyyən qədər subyektivlik gətirir.

THE reytinqi isə tədqiqat fəaliyyətinə keyfiyyət yönümlü və çoxölçülü yanaşma tətbiq edir. Qiymətləndirmə zamanı FWCI (Field-Weighted Citation Impact), Excellence, Strength və digər bibliometrik metriklərdən istifadə olunur. Bu göstəricilər elmi fəaliyyətin yalnız sayını deyil, həm də təsir gücünü və keyfiyyətini ölçür. THE həmçinin hökumət, beynəlxalq təşkilatlar və agentliklərin məlumat bazalarını inteqrasiya etməklə daha kompleks və reallığa yaxın nəticələr əldə edir.

Çəki paylanmasına nəzər saldıqda, QS-də reputasiya və beynəlmiləlləşmə göstəriciləri daha böyük rol oynayır. THE reytinqi isə tədqiqatın keyfiyyətinə və tədris mühitinə daha çox əhəmiyyət verir. Məhz bu balanslı və elmi əsaslı yanaşma THE-ni dünya üzrə daha nüfuzlu və etibarlı reytinq sistemi kimi fərqləndirir.

Times Higher Education (THE) reytinq sistemi metodologiya, məlumat bazası və qiymətləndirmə dərinliyi baxımından QS-dən bir sıra mühüm üstünlüklərə malikdir: Tədqiqat keyfiyyətinə çoxölçülü yanaşma, şəffaf və normallaşdırılmış metodologiya, etibarlı və geniş məlumat bazası, tədqiqat mühitinin ayrıca qiymətləndirilməsi. THE sistemində "Research Environment" adlı ayrıca meyarın mövcudluğu tədqiqat infrastrukturu, maliyyələşmə imkanları və elmi potensialın qiymətləndirilməsinə şərait yaradır. Bu göstərici elmi fəaliyyətin keyfiyyətinin formalaşmasında mühüm rol oynayır və THE-nin fərqləndirici üstünlüklərindən biri hesab olunur.

Nəticə etibarilə, QS və THE reytinq sistemləri məqsəd baxımından eyni hədəfi, yəni ali təhsil müəssisələrinin fəaliyyətini qiymətləndirməyi daşısalar da, yanaşma və prioritetlərində fərqlənirlər. QS daha çox reputasiya, beynəlxalq görünürlük və məzun məşğulluğu göstəricilərinə üstünlük verir. THE isə tədqiqat keyfiyyəti, elmi mühit və elmi təsir kimi sahələrə daha dərindən fokuslanır.

Bu fərqlilik nəticəsində THE reytinq sistemi metodologiyasının şəffaflığı, məlumat bazasının etibarlılığı və reallığı daha dəqiq əks etdirmə mexanizmi sayəsində dünya miqyasında daha etibarlı və nüfuzlu qiymətləndirmə platforması kimi tanınır.

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri