Eyni vaxtda iki işdə çalışanların pensiyası ARTACAQ? AÇIQLAMA KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Eyni vaxtda iki və ya daha çox şirkətdə natamam iş vaxtı ilə çalışan şəxslərin sosial sığorta stajı və gələcək pensiya təminatı məsələsi maraq doğurur. Belə hallarda hər iş yerindən ödənilən sosial sığorta haqlarının pensiya kapitalına təsiri, eləcə də stajın hesablanma qaydası ilə bağlı suallar yaranır.
Bəs iki şirkətdə çalışan şəxsin pensiya stajı ikiqat hesablanırmı və hər iki iş yerindən ödənilən sığorta haqları gələcək pensiya məbləğinə daxil edilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, qanunvericiliyə əsasən, bir şəxsin eyni vaxtda iki fərqli şirkətdə natamam iş vaxtı ilə çalışması onun sosial sığorta stajının ikiqat hesablanması demək deyil.
“Eyni təqvim dövründə bir neçə iş yerində çalışan şəxsin sığorta stajı yalnız bir dəfə nəzərə alınır. Yəni vətəndaş iki şirkətdə əmək müqaviləsi ilə işləsə belə, həmin dövr üçün iki ayrı staj qazanmır.
Burada əsas məqam pensiya kapitalının formalaşması ilə bağlıdır. Belə ki, hər iki iş yerindən işçinin adına ödənilən məcburi dövlət sosial sığorta haqları onun fərdi hesabında toplanan pensiya kapitalına təsir göstərir.
Bir şəxs birinci şirkətdə aylıq 200 manat, ikinci şirkətdə isə eyni məbləğdə əməkhaqqı alırsa, il ərzində iki illik sığorta stajı qazanmır. Lakin hər iki işəgötürənin ödədiyi sosial sığorta haqları onun gələcək pensiya kapitalının formalaşmasında nəzərə alınır”.
İqtisadçı-ekspert Günay Hüseynova isə bildirib ki, əvvəllər də bir neçə iş yerində çalışan şəxslərə rast gəlinib. Onun sözlərinə görə, bir iş yerindən əldə olunan gəlir kifayət etmədikdə insanlar əlavə iş yerlərində çalışmaq məcburiyyətində qalırdılar. Lakin əvvəlki mexanizmdə digər iş yerlərindən əldə olunan gəlirlərin gələcək pensiya təminatına fayda vermədiyi hallar mövcud olub.
Ekspertin fikrincə, nəzərdə tutulan yeni mexanizmdə əsas məsələ onun tətbiqindən daha çox icrasının necə təmin olunacağıdır. Bunun üçün monitorinq və yoxlamaların yetərli səviyyədə aparılması vacibdir.
Günay Hüseynova hesab edir ki, nəzarət mexanizmlərinin gücləndirilməsi işçi hüquqlarının qorunmasına, dövlət büdcəsinə daxilolmaların artmasına və işəgötürənlərin əmək münasibətlərində yol verdiyi sui-istifadə hallarının qarşısının alınmasına kömək edə bilər.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 16 Noyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















