Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Əyri güzgüdə Xalq yazıçısı Anar yazır

Əyri güzgüdə Xalq yazıçısı Anar yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

İçimdə yaranan ikrah hissini güclə boğaraq, yenə də Vladimir Solovyovun verilişlərini izləməyə məcbur oluram.

Vladimir Solovyov, şübhəsiz ki, savadlı, ağıllı insandır. Elə bu səbəbdən də belə bir jurnalistin bu dərəcədə riyakar olması daha da təəccüblüdür. Solovyov mütəmadi yalan danışır və özü də çox gözəl bilir ki, yalan danışır. Onun tok-şoularında tamaşaçılarına "yedirtməyə" çalışdığı bütün mövzulara toxunmaq istəmirəm.

Şəxsi qənaətim odur ki, bu adamın, əslində, rus xalqına dərin nifrəti var. Yoxsa o, qonşu, hətta uzaq ölkələri bütövlükdə məhv etmək, ya da ən pis ehtimalda işğal etmək kimi planlarla hədələməz, təhqir etməzdi. Bu cür davranışla isə o, həmin xalqları Rusiyaya qarşı potensial düşmənə çevirməyə çalışır - sanki onların mövcudluğunu təhdid kimi təqdim edir.

Hər hansı bir dövlətin siyasəti ilə razılaşmaya bilərsən, rəhbərlərini sərt şəkildə tənqid edə bilərsən, amma küçə söyüşlərinə əl atmaq, bütöv xalqları tərbiyəsizcə alçaltmaq, onların milli ləyaqətini tapdalamaq, mənəvi dəyərlərini, düşüncə tərzini, dil xüsusiyyətlərini məsxərəyə qoymaq olmaz.

Solovyov gah finlərin, gah Baltikyanı xalqların, gah da almanların və müsəlmanların dilini təqlid edərək məsxərəyə qoyur. Az qala komediya ustası kimi, gah Leninə, gah Stalinə, gah Qorbaçova, Yeltsinə, gah da azğın və qəzəbli tonla danışan Hitlerə bənzəməyə çalışır. Bu cür artistik bacarıqları ilə etdiyi parodiyalar bir yana qalsın, əsas məsələ odur ki, o, yalnız dillə məsxərə etmir, həm də açıq şəkildə xalqları təhqir edir, adlarını hallandıraraq alçaldır.

Bu ksenofob adam dəfələrlə bütün bir xalqın, ölkənin, qitənin fiziki cəhətdən məhv edilməsinə çağırışlar edir. O, adamyeyən tərzindəki çıxışlarında ən böyük arzularından birini, Böyük Britaniyanın dəniz altında qaldığını görmək istəyini açıq-aşkar dilə gətirir. Təkcə bir şey bəlli deyil: görəsən, İngiltərə və Şimali İrlandiya suyun altında qalsa, günahı olmayan İrlandiya Respublikası da eyni aqibəti yaşayacaq, yoxsa salamat qalacaq?

Ən qorxulusu isə budur ki, Solovyov bu dəhşətli çağırışları yalnız öz adından deyil, guya dövlətin mövqeyi kimi səsləndirir, hakimiyyəti də təhrik etməyə çalışır. Yenə də Kreml siyasətçilərinin vəziyyəti soyuqqanlılıqla qiymətləndirməsinə ümid edə bilərik.

Ən dözülməzi isə budur ki, bu cəfəng ideyaları Solovyov guya bütün rus xalqının arzusu kimi təqdim edir. Halbuki bu xalqı və ölkəni sevdiyini deyə-deyə, onlara bundan böyük ziyan vura bilməz. Çıxışlarında təkidlə Parisə, Berlinə, Varşavaya, hətta Bayden dövründə (Tramp vaxtında hələ qərar verə bilməyib) ABŞ-a da atom bombası atmaq çağırışları edir. Heç düşünmür ki, cavab zərbəsi də ola bilər, Rusiya şəhərləri də dağıla bilər, hər iki tərəfdən milyonlarla günahsız insan həlak ola bilər. Solovyov elə bilir ki, atom Apokalipsisindən özü sağ çıxacaq, ya da ən pis halda da cənnətə düşəcək. Halbuki onun üçün artıq çoxdan cəhənnəmdəki VİP qazanda yer hazırlanıb.

Hər dəfə dünyanın Üçüncü Dünya müharibəsində "nüvə intiharı" ilə məhv olacağını narahatlıq keçirmədən, şirin təbəssümlə proqnozlaşdırır. Görəsən, İtaliyadakı villasını itirməyin əvəzini bütün bəşəriyyətin məhvi ilə çıxmağa dəyərmi?

Söhbət villadan düşmüşkən - Qorbaçov və Yeltsinə qarşı gecikmiş qəzəblə çıxış edən, Stalinin repressiya rejimini - Qırmızı Terroru, SMERŞ-i, QULAQ-ı bərpa etməyi arzulayan Solovyov düşünmür ki, o dövrdə Avropada villa sahibi olmaq nəinki mümkünsüz idi, hətta onun özünü Solovetskiyə sürgünə göndərərdilər, o da əgər bu ölüm hökmü tərəfdarı əvvəlcədən güllələnməsəydi.

Vladimir Solovyov şəxsiyyəti "yəhudi-faşist" anlayışının nadir nümunəsidir. Daim öz yəhudi mənsubiyyətini vurğulayan bu şəxs, dünya elm və mədəniyyətinə dahilər bəxş etmiş müdrik yəhudi xalqının adına ləkədir. Azad fikirə, demokratiya və azadlıq dəyərlərinə nifrətində Solovyov sırf Gebbels üsullarına əsaslanır: "Daim yalan danış, xalqın heç olmasa bir hissəsini aldada bilərsən".

Lakin tarixdə ədalət də var. Müqəddəs rus ədəbiyyatı ilə tərbiyə almış böyük rus xalqı gec-tez bu Qrişka Rasputinlərini tanıyacaq.

Solovyovun verilişlərində iştirak edənlər hər şeydə onunla razılaşırlar. Yalnız bir professor hərdən bir-iki fikir bildirməyə macal tapır. Amma elə ilk cümləsindən sonra Solovyov onu çıxışını kobudcasına yarımçıq saxlayır və dediklərinə dərhal etiraz edir ki, professor fikrini tamamlaya bilməsin.

Solovyovun verilişlərinə dərin etirazımı bildirərkən, onun toxunduğu bütün mövzulara münasibət bildirmək fikrində deyiləm. Amma onun Azərbaycan-Ermənistan münasibətləri, Qarabağla bağlı hadisələr barədə səsləndirdiyi təxribatçı bəyanatlara susmaq mümkün deyil. Onun Azərbaycan haqqında söylədiyi düşmənçilik dolu fikirlər məni heyrətə gətirir.

Solovyovun verilişlərində daim bir neçə erməni çıxış edir (onların içində normal təfəkkürlü rejissor Karen Şahnazarov da var) və Solovyov bu verilişlərdə daim ermənilərə sevgisini dilə gətirir. Vladimir Rudolfoviçi bir milləti sevdiyinə və ya onun oliqarxlarına rəğbət göstərdiyinə görə qınamaq olmaz. Amma sual budur: o, sevdiyini dediyi erməni xalqına da, rus xalqına da niyə ancaq şər arzulayır?

Niyə Ermənistanın qonşuları ilə münasibətlərində azacıq istiləşmə Solovyovu bu qədər qıcıqlandırır?

Otuz il işğal altında qalmış Azərbaycan torpaqları, xarabaya çevrilmiş şəhərlərimiz, minalarla örtülmüş tarlalar, öz doğma yurdunda bir milyon qaçqın, Ermənistandan qovulmuş 200 min azərbaycanlı, Xocalı soyqırımı, "yeni ərazilər uğrunda müharibə" çağırışları - bunların heç biri Solovyovu maraqlandırmayıb. Guya heç nə eşitməyib, heç nə görməyib.

Amma ermənilər heç bir zorakılıq olmadan, sadəcə illərlə aparılmış yalan təbliğatın təsiri altında könüllü şəkildə Qarabağı tərk edəndə və bu zaman bircə nəfər də dinc sakin zərər görməyəndə, Solovyov birdən mifik "Artsax"ı xatırladı.

Halbuki bu faciəvi münaqişə zamanı dünyanın hər yerində, eləcə də Rusiyada, Ermənistanın özündə belə bu hadisələr "Qarabağ hadisələri" kimi adlandırılırdı. İndi isə Solovyov "Artsax" sözünü diriltməyə çalışır.

Azərbaycana hədə-qorxu gələn Solovyov unudur ki, Cənubi Qafqazın üç ölkəsi arasında rusların ən çox yaşadığı ölkə Azərbaycandır. Onlar bizim çoxmillətli ölkəmizdə digər vətəndaşlar kimi bütün hüquqlardan yararlanırlar. Bakıda yüzlərlə rusdilli məktəb, rus teatrı, Rus Pravoslav Kilsəsi fəaliyyət göstərir. Rus dilində qəzetlər, jurnallar çap olunur. O cümlədən Azərbaycan Yazıçılar Birliyinin rusdilli qəzeti və jurnalı. Rusdilli televiziya kanalı da var.

Bunu monoetnik Ermənistanda təsəvvür etmək olarmı?

Azərbaycan Rusiya ərazisində sərnişin təyyarəmiz vurulmağına (hansında ki, rus pilotlar da həlak olmuşdu), Yekaterinburqda iki azərbaycanlının məhkəməsiz-filansız öldürülməyinə etirazını bildirir. Bəs Solovyovun azərbaycanofobiyası nədən qaynaqlanır? Erməni sevgisindən?

Amma məsələ bundadır ki, Solovyov sevdiyini dediyi Ermənistana da yalnız zülm, müharibə, qan tökülməsi, məğlubiyyət arzulayır. Çünki Ermənistan rəhbərliyi nəhayət dərk etdi ki, qonşularla sülh şəraitində yaşamaq qarşılıqlı qırğına hazır olmaqdan daha yaxşıdır.

Qarabağdan ermənilərin köçünü erməni xalqı yox, korrupsiyalaşmış erməni siyasətçiləri istədi. Onlar deyirdi ki, ermənilər və azərbaycanlılar bir yerdə yaşaya bilməz. Bəs necə olur ki, onlar Gürcüstanda, Rusiyada, Türkiyədə, İranda birlikdə dinc yaşayırlar?

Mən inanıram ki, erməni xalqının yalan təbliğatla zəhərlənməmiş sağlam düşüncəli adamları, ziyalıları bütün maneələri və xarici müdaxilələri dəf edərək, azərbaycanlılarla mehriban qonşular kimi yaşamağın yolunu tapacaq.

Vladimir Rudolfoviç isə öz əyri telegüzgüsündə millətlərarası nifaq toxumu səpmək üçün başqa "nöqtələr" axtarmalı olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:303
embedMənbə:https://525.az
archiveBu xəbər 07 İyul 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri