Icma.az
close
up
RU
Eyvanda paltar qurudanlar cərimələnəcək Məbləğ AÇIQLANDI

Eyvanda paltar qurudanlar cərimələnəcək Məbləğ AÇIQLANDI

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniyanın bəzi şəhərlərində eyvanda paltar qurutmaq artıq ciddi qayda pozuntusu hesab olunur. Yerli hakimiyyət orqanları bu addımı şəhərin estetik görünüşünü qorumaq və antisosial davranışların qarşısını almaq məqsədi ilə izah edirlər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Lorka şəhərində küçədən görünən yerlərdə paltar asılması 1500 avroyadək cərimə ilə nəticələnə bilər. Qərar şəhər şurası tərəfindən təsdiqlənib.

Şəhərin meri Fulhensio Gil bildirib ki, binaların fasadları və küçədən görünən balkonlar şəhərin ümumi görüntüsünə təsir edir. Onun sözlərinə görə, yeni qaydalar “nümunəvi davranışı təşviq etmək” məqsədi daşıyır və ictimai təşkilatlar tərəfindən dəstəklənib.

Qayda pozuntusunun ağırlığından asılı olaraq cərimələr 151 avrodan 1500 avroyadək dəyişə bilər.

Bununla yanaşı, Viqo şəhərində də küçədən görünən balkonlarda paltar qurutmaq, paltar çırpmaq, döşəmə suyu tökmək və piyadalar üçün təhlükə yarada biləcək əşyalar asmaq qadağandır. Burada cərimələr 750 avroyadək yüksələ bilər.

Oxşar qaydalar Lleida, Tarraqona və Jirona şəhərlərində də qüvvədədir.

Hazırda Barselona şəhərində də bu məsələ ilə bağlı yeni qaydalar hazırlanır. Layihəyə əsasən, küçədən görünən yerlərdə paltar asılmasına görə 750 avroyadək cərimə tətbiq oluna bilər. Şəhər rəhbərliyi bunun binaların estetik görünüşünü qorumağa kömək edəcəyini bildirir.

Madrid şəhərində isə şəhərsalma qaydalarına əsasən, paltariplər küçədən görünməməsi üçün xüsusi qoruyucu sistemlə təmin edilməlidir və balkonların açıq hissəsində yerləşdirilməməlidir.

Bundan əvvəl də İspaniyada bəzi qeyri-adi qadağalar diqqət çəkmişdi. Məsələn, Sushi Toro restoranı “bacardığın qədər ye” sistemi ilə işləsə də, boşqabda artıq yemək saxlayan müştərilərə cərimə tətbiq etməyə başlayıb.

Ölkədə həmçinin velosiped sürərkən qulaqcıqdan istifadə edən şəxslər də cərimələnə bilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 May 2026 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri