Əzələlərin qocalmasının qarşısını ala biləcək maddə tapıldı
Icma.az, Medicina portalına istinadən məlumat verir.
Alimlər yaşla bağlı əzələ zəifləməsini yavaşlada biləcək yeni molekul müəyyən ediblər.
Medicina.az xəbər verir ki, Yaponiyanın Kyuşu Universitetinin alimləri tərəfindən aparılan araşdırmada LASSS adlı kükürd tərkibli birləşmənin əzələlərin bərpasında mühüm rol oynayan HGF zülalını gücləndirə biləcəyi müəyyən edilib.
HGF zülalı əzələ zədələndikdə kök hüceyrələri aktivləşdirərək əzələ liflərinin bərpasına kömək edir. Lakin yaş artdıqca bu zülal kimyəvi dəyişikliklərə məruz qalır və funksiyasını itirə bilir.
Tədqiqatçılar bildiriblər ki, LASSS HGF-nin fəaliyyətini artıraraq onun əzələ bərpası prosesində daha effektiv işləməsinə kömək edib. Siçanlar üzərində aparılan təcrübələrdə bu maddənin əzələ zəifləməsini azaltdığı müşahidə olunub.
Alimlər hesab edirlər ki, gələcəkdə bu kəşf yaşlanma, uzun müddətli hərəkətsizlik və əzələ itkisi ilə bağlı problemlərin qarşısının alınması üçün yeni müalicə üsullarına yol aça bilər.
Xanım,
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 24 İyul 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















