Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Plastikanı əvəz edə biləcək üz əzələlərin gimnastikası

Plastikanı əvəz edə biləcək üz əzələlərin gimnastikası

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Üzün klassik şəkildə masaj edilməsi onun cavanlaşması üçün möcüzələr yarada bilər. Masaj zamanı dərinin qan dövranı və maddələr mübadiləsi yaxşılaşır, dəri dartılır, cavanlaşır, sağlam və təravətli çalarlıq alır.

Üzün masajı, üz dərisi hətta həssas olduqda da aparıla bilər. Masaj həkim-kosmetoloq tərəfindən üz dərisi qocalmağa başlayan qadınlara (30 yaşından sonra) təyin edilir. Üzün masajı zərif bir iş olub, böyük məharət və bilik tələb edir. Ona görə də bu halda kosmetoloqun seçilməsinə çox diqqətlə yanaşmaq lazımdır. Masaj texnikasının düzgün şəkildə yerinə yetirilməməsi, dərinin qocalması prosesini gücləndirərək mövcud olan qırışları da artıra bilər. Üz masajı üçün əks göstərişlər: irinli səpgilər, üz damarların genişlənməsi, üzün tüklənməsi, yanıqlar, çatlar.

Saglamolun.az bildirir ki, dərinin cavanlığını qaytaran təsirli vasitələrdən biri də üz əzələləri üçün olan xüsusi gimnastik hərəkətlərdir. Onu da yalnız tələbat yarandığı halda yerinə yetirmək lazımdır (üzün dərisi sallanmağa, qırışlar əmələ gəlməyə başlayanda).

Sizə təqdim etdiyimiz qimnastika və masaj kompleksi üz əzələləri zəifləmiş qadınlar üçün nəzərdə tutularaq, məhz əzələlərin tonusunun qaytarılmasına yönəldilmişdir. Bu kompleksi yaşı 30-dan artıq olan qadınlar icra edə bilərlər. Onu da nəzərə alın ki, yalnız uzun müddət ərzində gündəlik olaraq yerinə yetirilən məşğələlər yaxşı effekt verə bilər. Yadda saxlayın ki, bütün masaj hərəkətləri yüngül və incə toxunmalarla yerinə yetirilməlidir. Dərinin güclü şəkildə sürtülməsi və dartılması yalnız mənfi nəticələrə səbəb ola bilər.

Gimnastik və öz-özünü masaj hərəkətlərinə başlamazdan qabaq üz dərisini yaxşı təmizləmək lazımdır. Dəri çox qurudursa və hərəkətlərin yerinə yetirilməsi diskomfort yaradırsa, gimnastik hərəkətdən qabaq təmizlənmiş üzə az miqdarda krem və ya bitki yağı sürtmək olar. Hərəkətlər kompleksi başa çatdıqdan sonra dəri təkrar olaraq təmizlənməli və üzərinə qidalandırıcı krem və ya maska çəkilməlidir. Hərəkətlər kompleksi mütləq iri güzgü önündə dik oturmuş vəziyyətində yerinə yetirilməlidir.

Üz üçün gimnastik hərəkətlər və masaj kompleksi

Alın dərisinin hamarlanması

1. Bir əlinizin ovucunu yastısına olmaqla alnınıza qoyun. Alnınıza bir qədər təzyiq edin. 10-15 dəfə kifayət qədər sürətli tempdə olmaqla qaşlarınızı qaldırın və salın. Bir necə saniyə müddətinə alnınızı sərbəstləşdirin. Sonra hərəkətləri yenə 2-ci dəfə təkrar edin.

2. Hər iki əlinizin şəhadət, orta və adsız barmaqlarını kip şəkildə alının orta hissəsinə sıxın. 3-ə qədər sayaraq barmaqlarınızı yüngülcə alnınıza sıxaraq gicgahlara tərəf dartın. Bu hərəkətləri 5 dəfə etdikdən sonra 10 saniyə dincəlin, sonra bir daha təkrar edin.

Sadalanan bu məşğələlərdən savayı, alın nahiyəsindəki qırışları hamarlamaq üçün alına sarğı da etmək olar. Yaxşı olardı ki, bu sarğı rezinlənmiş (elastik) materialdan hazırlansın. Sarğının altından dəriyə qidalandırıcı krem sürtülməsi məsləhət görülür. Bu sarğını ev işləri görərkən, bütün gün ərzində saxlamaq olar.

Göz əzələlərinin möhkəmləndirilməsi

1. Divarda sizin baxışınız səviyyəsində olmaqla bir nöqtəni qeyd edin. Gözlərinizi “bərəldərək” həmin nöqtəyə baxın. Gözləri o dərəcəyə qədər açmaq lazımdır ki, gözün ağ qişası görünmüş olsun. Bu məşğələni düzgün olaraq yerinə yetirsəniz, siz gözlərinizin gərginləşməsini hiss etməklə yanaşı, gicgahlarınızın da işləməsini hiss edəcəqsiniz. Sonra gözlərinizə sərbəstlik verin və yenə də gərginləşdirin. Bu hərəkətləri 10 dəfə etdikdən sonra 10 saniyə dincəlin, sonra bir daha təkrar edin. Bu məşğələni yerinə yetirərkən qaşları qaldırmaq və alını yığmaq olmaz.

2. Bu məşğələni yerinə yetirdikdən sonra, qözün daxili kənarından başlayaraq şəkildə göstərdiyi istiqamətdə orta barmağınızla 1 dəqiqə ərzində yüngül sıxma hərəkətləri, sonra isə şəhadət və orta barmaqlarınızla 1 dəqiqə ərzində yüngül döymə hərəkətləri edin.

3. 1 dəqiqə ərzində gözlərin uclarında olan sahədə şəhadət və orta barmaqlarla yüngül döyəcləmə hərəkətləri edin.

Ağız və çənə nahiyələrinin möhkəmləndirilməsi və dodaq bucaqlarının qaldırılması

1. Hər iki əlinizin orta və adsız barmaqlarını çənə nahiyəsinin mərkəzindəki batıq sahayə qoyun. 3 saniyə ərzində bu yerdə saxladığınız barmaqlarınızla, getdikcə bir qədər artırmaqla, təzyiq edin. Sonra etdiyiniz təzyiqi saxlamaqla, barmaqlarınızla hər iki tərəfdən dodaq bucaqlarını dolanıb keçərək onları yuxarı dodaq üzərindəki mərkəzi batıq hissədə birləşdirin. Barmaqlarınızla 3 saniyə ərzində bu nöqtəni sıxın və sonra barmaqlarınızı birdən qaldıraraq təkrarən çənə nahiyəsinin mərkəzindəki batıq sahəyə qoyun. Bu hərəkəti 10-15 dəfə təkrar edin.

2. Bu məşğələni yerinə yetirdikdən sonra üst dodağın burunaltı nahiyəsinə şəhadət və orta barmaqlarınızla 1-2 dəqiqə ərzində döymə hərəkətləri edin.

Burun-dodaq qırışlarının hamarlanması

1. Burun-dodaq qırışlarının yaranması əksər hallarda, üst və alt çənə dişlərini bir-birinə sıxmaq kimi “zərərli” vərdiş nəticəsində əmələ gəlir. Dişlərin bir-birinə sıxılması üzün gözəlliyinə qarşı olan ən zərərli vərdişlərdən biridir. Üst və alt çənə dişləri hər zaman bir-birindən aralı qalmalıdır. Bu zaman onlar arasındakı məsafə ən azı 2-3 mm olmalıdır. Burun-dodaq qırışlarının hamarlanması üçün aşağıdakı məşğələdən istifadə olunur.

Ağzınızı azca açın. Dodaqlar sərbəst vəziyyətdədir. Əllərinizin səhadət, orta və adsız barmaqlarını, dodaqlarınıza perpendikulyar şəkildə olmaqla, burunun yan tərəflərinə qoyun (şəkildə nöqtələrlə göstərilib). Tələsmədən və çox güc tətbiq etmədən, barmaq yastıqçaları ilə bu nahiyədəki dəriyə 10 dəfə təzyiq edin. 10 saniyə dincələndən sonra bu hərəkətləri 2-3 dəfə yenidən təkrar edin. Sonra barmaqlarınızı dodaqlarınıza paralel şəkildə olmaqla, burunun yan tərəflərinə qoyaraq eyni hərəkətləri bir daha təkrar edin. Məşğələ üzrə bu hərəkətləri yerinə yetirərkən heç bir halda dərini dartmayın!

2. Ağzınızı mümkün qədər geniş açıb 1 dəqiqə ərzində A, O, U, I, İ səsləri tələffüz edin.

Üz dairəsinin qaldırılması

1. Müəyyən edilmişdir ki, kişilərin üz dairəsi qadınlara nisbətən daha gec yaşlarda aşağı enir. Bunun səbəbi kişilərin tez-tez üzlərini qırxmasından irəli gəlir. Kişilər üzlərini qırxarkən, özləri də fikirləşmədən, yanaqlarının aşağı tərəfə sürüşməsinin qarşısını alırlar. Əlbəttə ki, biz qadınlara heç də üzlərini qırxmağı təklif etmirik. Bu məşğələ üçün qapağı üstündə olan birdəfəlik ülgüc götürün. Masaj xətləri üzrə hərəkət etdirməklə, yanaqları qaldıraraq və çənəni hamarlayaraq, kişilərin hərəkətlərini təkrar edin. Bu məşğələ hərəkətləri 3-5 dəqiqə ərzində davam etdirilir.

2. Bir əlinizin ovucunu barmaqlar qulaq tərəfə istiqamətləndirilməklə çənəaltı nahiyəyə qoyun. Bu zaman nəinki çənə sümüyünü, həm də bilavasitə çənənin altında olan əzələləri də əhatə etmək vacib hesab edilir. Azca təzyiq etməklə ovucunuzu qulaq girəcəyinin qabağında olan üçbucaq şəklində çıxıntıya tərəf qaldırın. Sonra digər əlinizlə eyni hərəkəti üzünüzün digər tərəfində yerinə yetirin. Bu hərəkətləri 10-15 dəfə təkrar edin. Çox qısa fasilələr verməklə bu məşğələni tam şəkildə 2-3 dəfə yerinə yetirin.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri