Icma.az
close
up
RU
Üzüm əzələlərin gücünü artıra bilər

Üzüm əzələlərin gücünü artıra bilər

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Yaşlandıqca əzələ gücünü qorumaq mümkün görünmür? Bəlkə də gündəlik rasionunuza üzüm əlavə etməlisiniz.
AzPost xəbər verir ki, ABŞ-ın Kaliforniya Universitetinin (Davis) alimləri üzümün yaşlı qadınlarda əzələ gücünə təsirini araşdıraraq maraqlı nəticələr əldə ediblər. Tədqiqatın nəticələri nüfuzlu Food & Function jurnalında dərc olunub.

Tədqiqatda iştirak edən qadınlar iki qrupa ayrılıb: bir qrupa üzüm tozu verilib, digər qrup isə plasebo qəbul edib. Alimlər hər iki qrupda tutma gücü, yerimə sürəti və irisin hormonunun səviyyəsini ölçüblər. Məhz irisin hormonu əzələ və sümük böyüməsi ilə sıx əlaqəlidir.

Məlum olub ki, üzüm qəbul edən qrupdakı qadınlar nəzarət qrupuna nisbətən daha yüksək tutma gücünə və yerimə sürətinə sahib olublar. Onlarda irisin səviyyəsi 14,4% artdığı halda, plasebo qəbul edənlərdə bu göstərici 7,8% azalıb.

Tədqiqatçılar qeyd edirlər ki, üzümün tərkibindəki bioaktiv birləşmələr əzələ sağlamlığını dəstəkləməyə kömək edə bilər. Bu xüsusilə 50 yaşdan yuxarı insanlar üçün vacibdir, çünki bu yaşda sarkopeniya – əzələ kütləsinin və gücünün itirilməsi – ciddi problemə çevrilir.

“Üzüm kimi təbii qidaların pəhrizə əlavə olunması bu problemi yüngülləşdirmək üçün sadə və perspektivli yanaşmadır,” – deyə alimlər bildiriblər.

Alimlər həmçinin vurğulayıblar ki, hazırda sarkopeniyaya qarşı təsdiqlənmiş effektiv dərman müalicəsi yoxdur və qidalanma əsas vasitələrdən biri ola bilər.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://azpost.info
archiveBu xəbər 14 İyul 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri