“Əzim Əzimzadə arxivinin təsviri” kitabı işıq üzü görüb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin əməkdaşı Nuranə Salmanovanın müəllifi olduğu “Əzim Əzimzadə arxivinin təsviri” kitabı işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
Kitabda Azərbaycanın Xalq rəssamı Əzim Əzimzadənin Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxiv materialları - şəxsi sənədləri, haqqında kitab, yazdığı, o cümlədən ona ünvanlanan məktublar, fotoşəkillər və digər müxtəlif məzmunlu sənədlər təsvir edilərək təqdim olunub. Bununla yanaşı, müəllif kitaba geniş “Ön söz” yazıb, Əzim Əzimzadə arxivinin tərtib prinsiplərini əlavə edib. Yeni nəşrin elmi redaktoru filologiya elmləri doktoru, dosent Nailə Səmədova, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Əliyeva və böyük elmi işçi Pərvanə Teyyubovadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 18 Noyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















