Icma.az
close
up
RU
Əziz Ələkbərli: Silsilə markaların buraxılması Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində atılmış növbəti addımdır

Əziz Ələkbərli: Silsilə markaların buraxılması Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində atılmış növbəti addımdır

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Silsilə markaların buraxılması Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində atılmış növbəti addımdır.

"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Qərbi Azərbaycana həsr olunmuş silsilə markaların təqdimat mərasimində deyib.

O bildirib ki, bugünkü tədbir Qərbi Azərbaycan tarixi ilə bağlı buraxılmış poçt markalarının təqdimatı ilə bağlıdır:

"Bu adi poçt markalarının buraxılması deyil, bu Qərbi Azərbaycan həqiqətlərinin ölkədən ölkəyə, evdən evə, kitabxanadan kitabxanaya, arxivdən arxivə daşınmasıdır. Biz hələ ilk dövrlərdə Qərbi Azərbaycanla bağlı tədqiqatlara başlayanda İrəvan şəhəri ilə əlaqəli çar Rusiyası dövründə buraxılmış poçt markaları çox köməyimizə çatdı. Həmin markalar İrəvanın tarixən müsəlman şəhəri olduğunu bir daha təsdiq etdi. Bu gün də bu poçt markaları vasitəsilə Qərbi Azərbaycan görüntülərini, şəxsiyyət və abidələrinin şəkillərini dünya ictimaiyyətinə çatdıracayıq".

Qərbi Azərbaycan İcmasının təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərpoçt” MMC-nin dəstəyi ilə Qərbi Azərbaycanın tarixini əks etdirən silsilə markalar buraxılıb.

Markaların möhürlənməsi isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərpoçtun bu günədək buraxdığı markaların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

"Onlar xarici ölkələrin liderlərinə təqdim olunur və Qərbi Azərbaycanı digər ölkələrdə tanıdır. Həqiqətlərin dünya miqyasına çatdırıla bilməsi üçün əlimizdən gələni etməliyik, heçnəyi əsirgəməməliyik".

Tədbirdə bildirilib ki, buraxılan markaların mövzuları təşkilatçılar tərəfindən xüsusi incəliklə seçilib:

"Belə ki, 7 blokdan ibarət markalarda xüsusilə hər bir mövzunun Qərbi Azərbaycanın həm siyasi tarixi, həm memarlığı, həm də mədəniyyətini əks etdirməsinə önəm verilib. Müvafiq olaraq markalarda İrəvan xanlığının sonuncu xanı Hüseynqulu Xan Sərdarın portreti, Fəth-Əli Şah Qacar dövründə zərb edilmiş sikkə, Sərdar sarayı, Sərdar məscidi, Göy məscid, o cümlədən İrəvan aşıq məktəbinin nümayəndələri sayılan Aşıq Alı və Aşıq Ələsgərin portretləri təsvir olunub".

Bundan başqa, bloklardan biri rus rəssamı Frans Alekseyeviç Rubo tərəfindən 1886-cı ildə çəkilmiş “İrəvan qalasının işğalı” və fransız rəssamı Fredrik Dübua de Monperi tərəfindən 1833-cü ildə çəkilmiş “İrəvanda Göy məscid” adlı rəsm əsərlərinə həsr olunub. Bununla da tarixi gerçəklik qədim rəsm əsərləri vasitəsilə yeni markalarda öz əksini tapıb.

Tədbirin bədii hissəsi İrəvan musiqilərinə həsr olunmuş proqramla davam etdirilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://report.az
archiveBu xəbər 11 Dekabr 2024 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri