Icma.az
close
up
RU
Əziz Sancarın təklifləri mütləq nəzərə alınmalı və siyasi baxışlar bu universitetə hakim olmamalıdır

Əziz Sancarın təklifləri mütləq nəzərə alınmalı və siyasi baxışlar bu universitetə hakim olmamalıdır

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılacaq. Özbəkistan mətbuatı xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb. Yeni ali təhsil müəssisəsində beynəlxalq standartlara uyğun olaraq mühəndislik, tikinti, logistika, İKT və proqramlaşdırma, səhiyyə, kənd təsərrüfatı, qida sənayesi, iqtisadiyyat və sosial sahələrdə kadrlar hazırlanacaq.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Beynəlxalq Türk Dövlətləri Universitetinin yaradılması düzgün addımdır və uzun müddətdir ki, Türk dövlətləri arasında həmrəylik və əməkdaşlıq səyləri artmaqdadır.

Kərəm Qarabulud

“Ortaq əlifbanın qəbul edilməsi və onun praktikada tətbiqilə təhsil sektorunda əhəmiyyətli yaxınlaşma əldə oluna bilər. Bu çərçivədə qurulacaq universitetdə hər bir ölkənin təsirli olması mümkün olacaq. Bunun müxtəlif faydaları olacaq. Türk dövlətləri arasında əlaqələr güclənəcək. Bu dövlətlər arasında sosial-iqtisadi əlaqələr inkişaf edəcək. Dövlətlərin texnoloji və idarəetmə təcrübələrini bir-birinə ötürməsi mümkün olacaq. Turizm vasitəsilə mədəni inteqrasiya və köçürmələr artacaq. Beynəlxalq səviyyədə onların ictimai-siyasi qüdrəti artacaq. Bu effektləri çoxaltmaq mümkündür”-deyən Kərəm Qarabulud vurğulayıb ki, bütün müsbət təsirlərə nail olmaq üçün qurulacaq universitetin elmi araşdırmalar işığında yüksək əlavə dəyərli texnoloji məhsulların inkişafına diqqət yetirməsi faydalı olar.

“Əslində bütün türk ölkələrindən, dünyanın bir çox ölkəsindən ən zəkalı tələbələrin təhsil aldığı, ən səmərəli alimlərin işlə təmin olunduğu bir mərkəzə çevrilməlidir. Məsələn, Əziz Sancarın təklifləri mütləq nəzərə alınmalı və siyasi baxışların bu universitetə hakim olmasına imkan verilməməlidir.

Bundan əlavə, bu universitet qədim İslam coğrafiyasında elmi araşdırmaların mənbələrini günün şərtlərinə görə dəyərləndirməli və onları yeniləməli, ona uyğun elmi fəlsəfə yaratmalıdır”-deyə professor qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Yanvar 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri