Əzizi: İranın cavabı daha dağıdıcı və ağrılı olacaq
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Vaşinqton Tehranın bütün şərtlərini qəbul etməyincə, İran və ABŞ arasında danışıqlar aparılmayacaq.
Ölkə.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi özünün X (tvitter) səhifəsində yazıb.
İranlı deputat ABŞ-ı Tehranın qətiyyətini yenidən sınamağın mümkün nəticələri barədə xəbərdar edib. Onun sözlərinə görə, bu, yalnız yeni itkilərə və Vaşinqton üçün daha ağır məğlubiyyətlərə səbəb olacaq. "Qətiyyətimizi yenidən sınamaq yalnız utancverici məğlubiyyətlərinizin qiymətini artıracaq. Şübhəsiz ki, miqyasından asılı olmayaraq heç bir cinayət cavabsız qalmayacaq", - o qeyd edib.
Əzizi əlavə edib ki, İranın cavabı "dağıdıcı, daha da ağrılı və klassik" olacaq və bu, ABŞ-ın uğradığı məğlubiyyətlər seriyasında daha bir halqa olacaq.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 12 Sentyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















