Icma.az
close
up
RU
Fabriora Group Qırğızıstanla əməkdaşlığı genişləndirir VİDEO/FOTO

Fabriora Group Qırğızıstanla əməkdaşlığı genişləndirir VİDEO/FOTO

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Fabriora Group" ilə Qırğızıstan arasında ixrac və ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub.
Bizim.Media xəbər verir ki, görüş zamanı Azərbaycanın istehsal potensialı, mövcud ixrac fəaliyyəti və Qırğızıstanla ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub.
Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Maksat Mamıtkanov Fabriora Group şirkətinin istehsal müəssisəsini ziyarət edib.
Səfiri "Fabriora Group"un nümayəndələri Enes Pekmez və Gökhan Özkundakçı qarşılayıblar.
Ziyarət çərçivəsində səfirə şirkətin istehsal infrastrukturu, istehsal gücü, məhsul çeşidləri, keyfiyyət standartları və beynəlxalq bazarlardakı fəaliyyəti barədə ətraflı məlumat verilib.
İstehsal müəssisəsi ilə tanışlıq zamanı şirkətin mövcud imkanları və gələcək inkişaf strategiyası ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə "Fabriora Group"un beynəlxalq bazarlardakı fəaliyyəti və ixrac istiqamətləri də xüsusi diqqət mərkəzində olub. Hazırda şirkət Slipp Bebe brendi ilə Qırğızıstan bazarına məhsul ixrac edir. Görüş zamanı şirkətin əsas brendi olan Predo başda olmaqla, digər məhsul kateqoriyalarının da Qırğızıstan bazarında təmsil olunması və ixrac imkanları səfirə təqdim edilib.
Tərəflər xüsusilə uşaq bezləri, qadın gigiyenası məhsulları, böyüklər üçün gigiyenik məhsullar və məişət təmizliyi kateqoriyalarında mövcud istehsal imkanlarını, məhsul çeşidlərini və Qırğızıstan bazarının potensialını müzakirə ediblər.

Görüş zamanı Azərbaycan və Qırğızıstan arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi, iki ölkənin özəl sektor nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi və yeni biznes imkanlarının yaradılması məsələləri də müzakirə olunub.

Bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərən orta və iri sahibkarlıq subyektlərinin nümayəndələrindən ibarət biznes heyətlərinin Qırğızıstana səfərlərinin təşkili, ikitərəfli işgüzar görüşlərin keçirilməsi, müxtəlif sektorlarda ixrac və investisiya imkanlarının araşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Belə təşəbbüslərin iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına, yeni tərəfdaşlıqların qurulmasına və Azərbaycan istehsalçılarının Mərkəzi Asiya bazarlarında mövqelərinin gücləndirilməsinə töhfə verə biləcəyi vurğulanıb.

Səfir Maksat Mamıtkanov "Fabriora Group"un istehsal infrastrukturu, məhsul portfeli və beynəlxalq bazarlardakı fəaliyyəti ilə yaxından tanış olmaqdan məmnunluğunu ifadə edib. Şirkətin istehsal imkanları və ixrac fəaliyyəti ilə bağlı təqdim olunan məlumatlar maraqla qarşılanıb.

"Fabriora Group" nümayəndələri Azərbaycanın istehsal və ixrac potensialının beynəlxalq miqyasda təşviq edilməsinin əhəmiyyətini vurğulayaraq, Qırğızıstan başda olmaqla Mərkəzi Asiya ölkələri ilə iqtisadi və ticarət əlaqələrinin inkişafına töhfə verməyə hazır olduqlarını bildiriblər.
Görüş Azərbaycan və Qırğızıstan arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin iqtisadi müstəvidə daha da möhkəmləndirilməsi, yeni ticarət körpülərinin qurulması və qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli görüş kimi qiymətləndirilib.


Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Noyabr 2026 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri