Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

“Facebook”da təhqirə necə cavab verilməlidir?

“Facebook”da təhqirə necə cavab verilməlidir?

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkələrdə və digər internet informasiya ehtiyatlarında böhtan və təhqirə məruz qalan şəxslərin hüquqlarının müdafiəsi, məhkəməyə müraciət qaydaları və sübutların təqdim edilməsi ilə bağlı mühüm məqamlara aydınlıq gətirilib.

"Yeni Sabah" məlumatına görə, bu barədə Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundov bildirib ki, böhtan və təhqirlə bağlı xüsusi ittiham qaydasında şikayətlər yazılı formada aidiyyəti birinci instansiya məhkəməsinə təqdim edilməlidir.

Hakimin sözlərinə görə, ümumi qaydaya əsasən, belə şikayətlərə cinayətin törədildiyi yer üzrə məhkəmədə baxılır. Məsələn, kütləvi çıxış zamanı təhqiramiz ifadənin işlədildiyi yer məlumdursa, şikayət həmin ərazi üzrə səlahiyyətli məhkəməyə verilməlidir. Dominos pizza

F. Axundov qeyd edib ki, media və internet informasiya ehtiyatlarında yayılan böhtan və təhqir xarakterli məlumatlarla bağlı məhkəmə aidiyyətinin müəyyən edilməsinin xüsusi qaydaları mövcuddur. Bu məsələ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2014-cü il 21 fevral tarixli qərarının 12-ci bəndində izah olunub.

Belə ki, müvafiq media vasitəsinin və ya internet informasiya ehtiyatının hüquqi ünvanı məlumdursa, məhkəmə aidiyyəti, bir qayda olaraq, həmin ünvan nəzərə alınmaqla müəyyən edilir. Hüquqi ünvan məlum olmadıqda və ya informasiya ehtiyatı xaricdə qeydiyyata alındıqda isə şikayətə məlumatı yaymış şəxsin Azərbaycan Respublikasındakı axırıncı yaşayış yeri üzrə məhkəmədə baxılır.

Hakim bildirib ki, məsələn, "Facebook" sosial şəbəkəsində şəxs barəsində böhtan xarakterli məlumat yayıldıqda, həmin platformanın xaricdə qeydiyyata alınması nəzərə alınaraq şikayət məlumatı yaymış şəxsin Azərbaycandakı qeydiyyat ünvanı üzrə birinci instansiya məhkəməsinə təqdim edilməlidir. Bu halda paylaşımın fiziki olaraq Bakıda və ya başqa ərazidə edilməsi məhkəmə aidiyyətini müəyyən etmir.

F. Axundov böhtan və təhqirlə bağlı məhkəməyə müraciət edərkən sübutların düzgün toplanmasının əhəmiyyətini də vurğulayıb.

Onun sözlərinə görə, ilk növbədə, mübahisə doğuran paylaşımın mənbəyi və məzmunu qorunmalıdır. Bunun üçün paylaşımın internet keçidinin, hesabın və ya kanalın adının, yayım tarixinin, mətnin, eləcə də video materialların saxlanılması məqsədəuyğundur. Video materiallarda mübahisələndirilən ifadənin səsləndiyi hissə müəyyən edilməli, bununla yanaşı, həmin ifadənin işlədildiyi ümumi kontekst də qorunmalıdır.

Ekran görüntüləri təqdim edildikdə onların nə vaxt və hansı hesabdan əldə olunduğunun göstərilməsi də vacibdir. Çünki məhkəmə təqdim edilən sübutların mənbəyini, həqiqiliyini və konkret şəxsə aidiyyətini yoxlayır.

Hakim diqqətə çatdırıb ki, xüsusi ittiham qaydasında şikayətin forma və məzmununa dair tələblər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1–293.3.7-ci maddələrində müəyyən edilib.

Həmin tələblərə əsasən, şikayətdə müraciət edən şəxsin adı, soyadı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyəti, eləcə də şikayətə səbəb olan əməlin mahiyyəti, törədildiyi yer, vaxt və şərait göstərilməlidir. Vurulmuş ziyan varsa, bu barədə məlumat da qeyd olunmalıdır.

Bundan başqa, barəsində şikayət verilən şəxsin anket məlumatları və yaşayış yeri, əməli məhz həmin şəxsin törətdiyini təsdiqləyən məlumatlar, şahidlər, sənədlər və digər sübutlar şikayətə əlavə edilməlidir.

F. Axundov xüsusi vurğulayıb ki, böhtan və ya təhqir hesab edilən konkret ifadələrin şikayətdə dəqiq göstərilməsi mühüm əhəmiyyət daşıyır. Şikayətdə şəxsin cinayət məsuliyyətinə cəlb olunması barədə xahiş, sənədin tərtib edildiyi yer, tarix və şikayətçinin imzası da olmalıdır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Noyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri