Faciəvi şəkildə ölən Könül qazinin xanımı imiş... Foto Video
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, iyunun 29-da 20 yaşlı Könül İbrahimova yaşadığı Binəqədi rayonu Xocəsən qəsəbəsində şəhid ailələri və qazilər üçün inşa edilmiş şəhərcikdəki binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.
“Qafqazinfo”nun məlumatına görə, gənc qız bir neçə ay əvvəl ailə həyatı quraraq həmin binaya köçübmüş.
Belə ki, o, Vətən müharibəsi qazisi olan şəxslə ailə həyatı qurubmuş.
İddialara görə, K.İbrahimovanın əri daha əvvəl başqa qadınla ailəli olsa da, sonradan həmin xanım onu tərk edib.
Bir neçə ay əvvəl isə həmin şəxs Könüllə ailə qurub. Onların “ASAN xidmət” mərkəzində nikah mərasimindən çəkilmiş görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
Bir çox sosial şəbəkə izləyiciləri Könülün yeni qurduğu ailədə problemlərin olduğunu, onun zorakılıqla üzləşdiyi iddia ediblər.
Baş vermiş hadisə ilə bağlı hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, ilkin məlumatda Könül İbrahimovanın ehtiyatsızlıqdan yıxılaraq öldüyü bildirilib. Hadisənin dəqiq səbəbi aparılan araşdırmanın yekununda müəyyənləşəcək.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 02 İyul 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















