Icma.az
close
up
RU
Fahrettin Altun: “Dünyaya güclü mesaj verəcəyik”

Fahrettin Altun: “Dünyaya güclü mesaj verəcəyik”

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“2020-ci il dekabrın 10-da hörmətli qardaşım Hikmət Hacıyevlə birlikdə Cənab Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin nəzarəti altında imzaladığımız “Türkiyə ilə Azərbaycan arasında Media sahəsində Strateji Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və təsis etdiyimiz Birgə Media Platforması rabitə və media sahəsində əməkdaşlığımız üçün hərtərəfli yol xəritəsidir".

Sitat.info  bildirir ki, bunu Sosial Tədqiqatlar Mərkəzində Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Memorandumu”nun 5 ili: Birgə Fəaliyyətə Baxış, Gələcək Hədəflər” mövzusunda keçirilən dəyirmi masa iştirakçılarına göndərdiyi təbrik məktubunda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib.

Onun sözlərinə görə, bu günlərdə biz əməkdaşlığımızı daha da gücləndirməyə çalışırıq:
“Qardaş ölkəmiz Azərbaycanla media və kommunikasiya sahəsində əməkdaşlığımızı gücləndirən bu anlaşma memorandumu ilə 4 məhsuldar ili başa vurduq. Bu müddət ərzində biz həm Türk Dövlətləri Təşkilatı, həm İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həm də ikitərəfli əlaqələr çərçivəsində dəfələrlə görüşmüşük. 2021-ci ildə Birgə Media Platformamızın ilk iclasını keçirməklə; “İctimai diplomatiya”, “beynəlxalq media”, “strateji kommunikasiya”, “təhsil”, “qanunvericilik və tənzimləmə”, “rəqəmsallaşma və beynəlxalqlaşma” komitələrinin yaradılmasına qərar verdik. Bu çərçivədə komitələrin yaradılması üçün inventar və layihə işlərimiz tamamlandı. Qısa müddətdə sözügedən komitələri yaratmaqla ölkələrimizin qarşılıqlı tanıtımına yönəlmiş layihələrimizi həyata keçirəcəyik. Davam edən prosesdə institusionallaşmış birgə ictimai diplomatiya mexanizmimiz işimizin keyfiyyətini artıracaq. Xüsusilə dezinformasiyaya qarşı mübarizədə əlimizi gücləndirəcək. Bu kontekstdə dünya ictimaiyyətinin düzgün məlumatlandırılması böyük əhəmiyyət kəsb edir".

İdarə rəhbəri qeyd edib ki, mart ayında keçiriləcək dəyirmi masa toplantısı dünyaya güclü mesajlar verəcək:
“Bu çərçivədə dost və qardaş Azərbaycanla əməkdaşlığımız Bakı Rabitə Məsləhətçiliyimiz, TRT və “Anadolu” Agentliyinin birgə səyləri ilə media görüşləri, xəbərlərin paylaşılması, dezinformasiyaya qarşı birgə mübarizə və maarifləndirmə sahələrində fasiləsiz olaraq davam edir.
4 mart 2025-ci il tarixində dəyərli dostlarımızın töhfələri ilə Bakıda təşkil edəcəyimiz “Daha ədalətli dünya mümkündür” adlı panel və dəyirmi masa toplantısı ilə dünyaya güclü mesaj verəcəyik. Birgə Media Platformamızın 2024-cü il üçün fəaliyyətinin qiymətləndiriləcəyi və gələcək proqnozların müzakirə olunacağı bu toplantının faydalı olacağına ümid edirəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sitat.info
archiveBu xəbər 19 Fevral 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see299

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see290

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see287

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see283

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see282

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see277

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see268

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see267

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see260

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see259

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see235

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see234

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see233

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see230

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see228

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see222

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see220

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri