Icma.az
close
up
RU
Faiq Əhməd: Əsas məqsəd həm ənənəni qorumaq, həm də onu müasirliklə sintez etməkdir Açıqlama

Faiq Əhməd: Əsas məqsəd həm ənənəni qorumaq, həm də onu müasirliklə sintez etməkdir Açıqlama

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 sentyabr, Fidan Əlizadə, AZƏRTAC

Müasir incəsənət hər zaman mövcud dövrün nəfəsini, zamanın ruhunu əks etdirməlidir. Mənim əsərlərimdə danışdığım dil Azərbaycan dilidir, istifadə etdiyim əsas element isə xalçalarımızdır. Bu yanaşma vasitəsilə həm öz milli kimliyimizi qoruyuram, həm də onu beynəlxalq sənət müstəvisinə daşıyıram.

Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Əməkdar rəssam Faiq Əhməd deyib.

Həmsöhbətimiz vurğulayıb ki, xalça sənətinin dünyada xüsusi auditoriyası var. Onun həm kolleksionerləri, həm də sadiq izləyiciləri mövcuddur.

Ənənəvi Azərbaycan xalçasını müasir incəsənətlə birləşdirmək ideyası barədə söhbət açan Əməkdar rəssam deyib: “Bu ideya öz köklərini Azərbaycanın mədəniyyətindən götürür. Bizim çox qədim və zəngin mədəniyyətimiz var və xalça bu mədəniyyətin ən önəmli simvollarından biridir. Eyni zamanda, xalqımız tolerant və azad düşüncəli millətdir. Mən də rəssam kimi özümü azad hiss edirəmsə, bu, xalça sənətini müasir incəsənətlə birləşdirməyimin sübutudur. Əsas məqsəd həm ənənəni qorumaq, həm də onu müasirliklə sintez etməkdir. Hər iki dəyər vəhdətdə olduqda ortaya daha gözəl və mənalı əsərlər çıxır”.

O, Milli Xalça Muzeyində açılan “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” adlı sərgidə yer alan əsərləri barədə də məlumat verib. “Ümumilikdə 9 işim təqdim olunub, onların içində 2 video da var. Video işlər xalça sənəti ilə bağlıdır və “Sosial anatomiya” adlanır. Videomaterialda Azərbaycanın toy və yas mərasimləri xalça forması üzərində toplanıb. Bu yanaşma bizim milli kodumuzu simvolizə edir və xalçanı bir növ cəmiyyətin güzgüsünə çevirir. “Şübhələr” adını daşıyan xalça əsərim isə, 2020-ci ildə hazırlanıb. Burada əsas ideya daim bir sual içində olmaq, nəyəsə tam əmin ola bilməmək hissidir. Rəssam heç vaxt hər şeydən tam əmin olmur. Xalçanın bir tərəfi aydın, digər tərəfi isə qarışıqlığı ifadə edir. Mənim yaradıcılığımda bu iki balans mühüm əhəmiyyət kəsb edir”,-deyə F.Əhməd əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri