Icma.az
close
up
RU
Faiq Həsənov: “Tək olsaydım, bacarmazdım” MÜSAHİBƏ

Faiq Həsənov: “Tək olsaydım, bacarmazdım” MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun İdman.biz-ə müsahibəsi

- Azərbaycan Televiziyasında 56 ildir yayımlanan “Şahmat Klubu” proqramı dünya efirində ən uzunömürlü idman verilişi kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edildi. 56 il öncəyə qayıtsaq, bu verilişin yarandığı dövrü necə xatırlayırsınız?

- 1969-cu ildə məni AZTV-ə dəvət edib şahmat verilişi yaratmağı təklif etdilər. Birlikdə aparılan müzakirələrin nəticəsində “Şahmat klubu”nu yaratdıq. Bu layihəyə başlayanda əsas məqsədimiz ölkədə şahmatın kütləviliyini artırmaq idi. Təklif etdim ki, veriliş vasitəsilə biz insanlara şahmatı öyrədək. İstənilən şəxs bu verilişə baxmaqla şahmatı öyrənə bilərdi. Hər buraxılışda biz gedişləri təkrar edirdik. Beləcə siz iki ay baxmasanız belə bir dəfə izləməklə öncəki proqramlardan məlumatlı ola bilərdiniz. Daha sonra biz müsabiqələr keçirməyə başladıq. İzləyicilər tərəfindən bu verilişə böyük maraq vardı. Azərbaycanın hər yerindən çoxsaylı məktublar alırdıq. Zaman keçdikcə məktəblərin sayı çoxaldı, güclü məşqçilər yetişdi. Beləcə bizim verilişin də formatı dəyişdi. Artıq güclü şahmatçılarımızı, çempionlarımızı proqrama dəvət edir, onlar da öz təcrübələrini bizimlə bölüşürdülər.

- Bəs “Ginnesin Rekordlar Kitabı”na müraciət etməklə bağlı ilk addımı nə vaxt atdınız?

- Əslində, çoxdan mənə deyirdilər ki, bu qədər müddətdir veriliş gedir, artıq “Ginnesin Rekordlar Kitabı”na düşməyin vaxtıdır. Bir il öncə bu işlə ciddi məşğul olmağa başladıq.

- Çox güman, lazımi sənədləri toplamaq çətin olduğu üçün bu qədər gözləməli olmusunuz.

- Bəli, bu, həddindən artıq çətin prosesdir. Təsəvvür edin ki, bir ildən sonra buna nail ola bildik. Onu da qeyd edim ki, tək mən olsaydım, bacarmazdım. Biz komanda olaraq bu iş üçün çalışırdıq. Mahir Məmmədov sözügedən məsələ ilə bağlı rəhbəri olduğu federasiyamızda yaxşı komanda yaratmışdı. Müraciətlə bağlı xeyli çətin tələblər vardı. O vaxt veriliş canlı yayımlandığı üçün arxiv yox idi. Sən necəsə sübut etməliydin ki, belə bir veriliş olub.

- Necə sübut etdiniz?

- Köməyimizə qəzetlər gəldi. Xüsusilə də, "Bakinskiy raboçiy". Bu qəzetin 1922-ci ildən formalaşan arxivi var. Orada AZTV-nin həftəlik proqram çıxırdı. Biz həmin qəzetlərdən verilişə dair məlumatları topladıq. Daha sonra bizdən canlı şahidlər istədilər. Həmin şəxslər televiziyada çalışan mütəxəssislər olmalı idi. Bunu da həll etdikdən sonra 2005-ci ildən yaranan AZTV arxiv materiallarından verilişlərin nüsxəsini çıxarıb təqdim etdik. Təsəvvür edin, 20 illik dövr və ayda iki verilişi toplamaq. Kifayət qədər çətin proses idi.

- Bundan öncə isə sizin adınız ən uzun müddətli hakim kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilmişdi. Hər iki müraciəti eyni vaxtda etmişdiniz?

- Düzü, əvvəl hakimlik yadıma düşmürdü. Verilişlə bağlı müraciət edəndə proseslərin gedişatında gördüm ki, çox qəliz məsələlərdir, düşündüm ki, lazım deyil. Birdən yadıma düşdü ki, hakimliyə ondan qabaq başlamışam. Elə bununla bağlı müraciət edim. 1964-cü ildə Bakıda keçirilən ilk beynəlxalq şahmat turnirində hakimlik etmişəm, həmçinin dünya çempionatlarında referiliklə bağlı lazımi sənədlər əlimizdə var idi. Bu, bir qədər asan olduğuna görə, “Şahmat klubu”nu kənara qoyub hakimliyə keçdik. Bu işdə FİDE-nin arxivindəki sənədlər bizə çox kömək elədi. Ona görə də ilk olaraq hakimliklə bağlı müraciəti göndərdik, daha sonra isə “Şahmat klubu”nu tamamladıq. Nəhayət ki, uzun və mürəkkəb proseslərdən sonra məqsədimizə nail ola bildik.

Aytac Sahəd
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:314
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 May 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri