Icma.az
close
up
RU
Abbasəli Həsənov: “Suriyanın gələcək taleyi Türkiyə ilə bağlıdır” MÜSAHİBƏ

Abbasəli Həsənov: “Suriyanın gələcək taleyi Türkiyə ilə bağlıdır” MÜSAHİBƏ

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın İran (1998-2009) və Tacikistandakı (2012-2017) keçmiş səfiri, şərqşünas, diplomat Abbasəli Həsənov Bakıvaxtı.az-a müsahibə verib.

Söhbəti təqdim edirik.

Xalqını əzən Bəşər Əsəd xalqdan mərhəmət gözləməli deyildi

-Abbasəli müəllim, Suriyada baş verənlər, Bəşər Əsədin devrilməsinə münasibət bildirmənizi xahiş edirik. Proses necə başladı və məntiqi sonluğu necə olacaq?

- Hazırda Suriyadakı vəziyyət bəllidir. Mən bir qədər geri qayıtmaq, bu vəziyyətin yaranması və Türkiyənin məlum prosesdəki roluna diqqət çəkmək istərdim. Əlbəttə, bəzi sitatlar da gətirəcəyəm. Bugünlərdə ABŞ-nin yeni prezidenti Donald Trampa jurnalistlər “Suriyada vəziyyət necə olacaq, Suriyadakı proseslərin arxasında kim durur və bundan sonrakı proseslər hansı müstəvidə cərəyan edəcək” kimi suallar ünvanlayıblar. Hətta Suriyada 900 nəfər amerikalı hərbçinin olmasına dair da sual veriblər. Tramp çox qətiyyətli cavab verib. Bildirib ki, Suriyadakı proseslər arxasında dayanan Türkiyə, birbaşa bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Amerika lideri “Suriyanın gələcəyi necə qurulacaq” sualına belə cavab verib ki, bu işdə də Türkiyənin rolu olacaq. Yeni Suriyanın qurulmasında Türkiyənin rolu olacaq, yəni Suriyanın gələcək taleyi Türkiyə ilə bağlıdır.

- Niyə məhz Türkiyə?

- 12-13 il ərzində Suriyada qan tökülüb. Bu illər ərzində Rusiyanın təyyarələri, İranın isə piyada qüvvələri Suriyada olub. Bu ölkədə sabit şərait yarada bilmədilər.

- Bəşər Əsədin getməsini şərtləndirən başlıca amil nə oldu?

- Bəşər Əsədin getməsinin əsas amillərindən biri o oldu ki, o, xalqına “bel bağlamadı”, xalqından güc almadı. Xalqına arxa çevirdi, xalqı saymadı. Ağır gündə isə dayaqsız qaldı.

Hər bir ölkədə dövlətin və dövlət başçısının dayağı xalqdır. Bu, danılmazdır. Suriyada isə Əsəd yanlış bir yol tutmuşdu. O, atasının yolu ilə getdi. Atası Hafiz Əsədin də yolu bəlli idi. O, 1972-ci ildə SSRİ-nin köməyi ilə hakimiyyətə gətirilib. Ondan sonra da SSRİ-nin Yaxın Şərqdəki forpostlarının biri kimi, SSRİ həmişə Hafiz Əsədi dəstəkləyib. O isə Suriyada xalqı həmişə əzib, xalqa müxtəlif qadağalar tətbiq edib. Türmələrin qapıları açılandan sonra orada hansı dəhşətli hadisələrin baş verdiyinin şahidi olduq.

Xalqını əzən Bəşər Əsəd xalqdan mərhəmət gözləməli deyildi. O, zamanında xalqına arxalanmalı idi. Onu xalqı sevsəydi, xalqın məhəbbətini qazansaydı, Əsədi heç kəs tərpədə bilməzdi, xalq qoruyacaqdı. Amma bunun əvəzinə o, Rusiya və İrana “bel bağlamışdı”.

- Amma Rusiya və İran Əsədi qorumadı...

- Qoruya bilmədilər. Ona görə də Rusiyaya qaçmağa məcbur oldu.

Ermənilər Bəşər Əsədin silahı olublar

- Bu arada Türkiyənin xarici işlər naziri Hakan Fidanın Suriyaya tarixi səfəri baş tutdu. Hakan Fidanı Dəməşqdə Suriyanın yeni hakimiyyətinin rəhbəri Əhməd əş-Şaraa və xarici işlər naziri Esaad Hasan Şeyban çox isti qarşıladılar...

- Bəli, bu, doğrudur. Suriyada Türkiyənin səfirliyi fəaliyyətə başlayacaq.

Suriya yeni dövrə qədəm qoyur. Birinci onu deyim ki, Əhməd əş-Şaraa elan etdi ki, bütün dinlər və konfessiyaların nümayəndələrini, milli azlıqların hamısının mənafeyi qorunaraq, yeni bir qanun işləniləcək, yeni bir konstitusiya hazırlanacaq.

Bir sözlə, Suriyada yeni həyat qurulur.

- Yeni həyat, yeni dövlət qurmaq üçün bir metodologiya, plan, xəritə hazırlanmalı deyilmi?

- Bəli, doğrudur. Suriyadakı yeni qüvvələr ölkədə yeni dövlət yaratmaq üçün Təsis Məclisi yaradırlar. Təsis Məclisinə ayrı-ayrı təcrübəli insanlar dəvət olunur. Əhməd əş-Şaraakeçmiş xarici işlər nazirlərdindən birinin evinə təşrif buyurub və onunla görüşüb. Ondan xahiş edib ki, o da gəlib Təsis Məclisinə qatılsın, sivil dövlət yaratmaq üçün hamı bütün umu-küsünü kənara qoyub, yeni bir Suriya üçün çalışmalıdır. Bunu da hər kəs müsbət qəbul edir. Məlum yanaşma isə ölkədə canlanmaya səbəb olur.

- Əhməd əş-Şaraa elan edib ki, onlar inkluzif dövlət yatadacaqlar. İnkluzif dövlət nədir?

- Baxın, ölkədə din baxımından fərqli konfessiyalar ola bilər. Tutalım, müsəlman var, müsəlmanın şiəsi, sünnisi və ələvisi var. Ələvilər ölkə əhalisinin 12 faizini təşkil edir. Orada xristian var. Xristianlar da yenə də müxtəlif konfessiyalara bölünür. Yəni milliyyəti və dinindən asılı olmayaraq, hamı üçün, çoxluq üçün vahid bir dövlət yaratmağı məqsəd qoyublar. Bunun üçün də Təsis Məclisi yaradılır.

- Suriyada 5,5 milyon türkmən yaşayır...

- Doğrudur, amma bir faktı deyim ki, bu türkmən kimi tanınan şəxslərin böyük əksəriyyəti Azərbaycandan gedənlərdir. Orada şamaxılılar, şirvanlılar, gəncəlilər var, onlar türklərdir.

- Orada ermənilər də var...

- Bəli var, ermənilər Bəşər Əsədin silahı olublar. Yerli əhaliyə və türmədə suriyalılara işgəncə verənlər də məhz ermənilər olublar. Digər tərəfdən, Birinci və İkinci Qarabağ müharibəsində ermənilər tərəfindən Suriya erməniləri də bizə qarşı döyüşüblər. Mətbuatda tez-tez eşidirdik ki, Suriyadan gətirilmiş ermənilərə Laçında evlər tikiblər, onlar üçün yaşayış məskəni yaradıblar. Bunların hamısı həmin ermənilərdir. Ermənilər bu vəziyyətdən həmişə istifadə ediblər, türklərə və daha konkret desək, Qarabağ müharibələrində Azərbaycana qarşı savaşda iştirak ediblər.

Əsəd Azərbaycana münasibətdə səmimi olmayıb.

- Bəşər Əsədin Azərbayacana qarşı münasibəti ürəkaçan olmayıb...

- Doğru təxmindir. Əsəd Azərbaycana münasibətdə səmimi olmayıb.

- Suriyanın gələcək taleyində Ərdoğanın rolu harada və nədədir?

- Hazırda Türkiyə xarici işlər nazirinin Suriyaya səfəri quruculuq işlərinin başlamasına işarədir. Amerikanın isə buna münasibəti müsbətdir.

Digər tərəfdən, burada Ərdoğanın bir lider kimi özünü göstərməsi çox mühümdür. İstər Qərb, istərsə də, Rusiya mətbuatında “Neoosmanlı” ifadəsinə rast gəlirdik. Guya ki, Türkiyə yeni Osmanlı imperiyası yaratmaq niyyətindədir. Ərdoğan Fələstin məsələsində, Qəzza bölgəsindəki qırğınlara həmişə öz münasibətini bildirib. O cümlədən Azərbaycan prezidenti də həmişə bu məsələdə obyektiv mövqe sərgiləyib. İslan dünyasında bir lider lazımdır.

- İslam ölkələrinin birliyi də zaman-zaman müzakirə olunur, buna dair təkliflər verilir. İslam ölkələri birliyi yaratmaq mümkündürmü?

- İslam ölkələri arasında birlik yoxdur. Ərəb ölkələri və Fələstini də götürsək, 22 ərəb ölkəsi var. Ərəblərin özlərində 22 dövlətin birliyi yoxdur. Bu və ya digər məsələlərdə bir-birinə əks olan mövqe sərgiləyirlər. Amma orada islam dünyasını birləşdirən bir lider olmalıdır. Bu, bir istəkdir, amma alınmır. Uzağa getməyək, 1998-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatında Qarabağ məsələsi müzakirəyə çıxarılmışdı. BMT-yə üzv olan müsəlman dövlətlərin bəziləri birbaşa ermənilərin xeyrinə səs verdilər. Ən yaxşı halda neytral, bitərəf qalırdılar. Yaxşı yadımdadır, 1998-ci ilin dekabrında bütün səfirlərə mərkəzdən tapşırıq gəlmişdi. Ayrı-ayrı ölkələrin səfirləri ilə görüşlər keçirib, Qarabağ mövzusunu ətraflı izah edirdik. Bu mövzuda Azərbaycana dəstək vermələrini xahiş edirdik. Həmin dönəmdə Suriyanın səfiri vardı, adı Həsən idi. O “duayen” (səfirlərin böyüyü) idi. Ona hərtərəfli izah verdim, xəritəni göstərdim, bir saata qədər söhbətimiz oldu. Bildirirdim ki, ermənilərin arxasında xristian dünyası dayanır. Qarabağ bizim torpağımızdır, ermənilər işğal ediblər. 1901-ci ildən başlayaraq, Rusiya tərəfindən Azərbaycana qarşı həyata keçirilən hücumlar, qırğınlar və s. məsələlərdən danışdım, proseslərin kökünü izah etdim, sonda mənə söylədi ki, bunun islama heç bir aidiyyəti yoxdur, siz ermənilərin torpaqlarını özlərinə qaytarmalısınız. Onların mövqeyi budur. Bu mənada hesab edirəm ki, islam dünyasında birlik yaratmaq mümkün deyil. Amma Ərdoğanın daha çox türk dünyasının lideri kimi çıxış etməsi çox vacibdir.

Turanın yaradılması Türk dünyasının dirçəlməsi və inkişafına böyük bir töhfədir

- Turan yaranır...

- Bu, olduqca, vacib, zəruri məsələdir. Türk dünyasının dirçəlməsi və inkişafına böyük bir töhfədir. Ayrı-ayrı ölkələrdə, məsələn, İraqda, Səddamın dövründə Kərkük türkləri əzildi, qovuldu, edam oldunu. Suriyada da türklər eyni aqibəti yaşadılar. 200 milyondan artıq türk var, bu coğrafı məkanlar birləşməlidir. Belə olan halda Ərdoğanın türk dünyasının bir lideri olmağı məsələsi ortaya çıxır.

- Suriya məsələsində İran Türkiyəni qınadı. Niyə bu proseslər cənub qonşumuzu narahat edir?

- İran Türkiyəni günahlandırırdı. Rusiya və İranda da səsləndirdilər ki, guya Türkiyə onlara xəyanət edib. Əslində isə Türkiyə heç kimə xəyanət etməyib, hər birini əməkdaşlığa dəvət etdi ki, gəlin, bu problemi danışıq yolu ilə həll edək. Amma Rusiya və İran buna razılıq vermədilər. Şübhsəsiz ki, Rusiya və İranın Bəşər Əsədi hakimiyyətdə saxlamaq üçün törətdiyi qırğınlar yersiz və haqsız idi. Rəsmi Tehran və rəsmi Moskva bunu öz mənafeləri naminə edirdilər. Onların mənafeləri də məlum idi, amma son nəticədə Türkiyənin qətiyyətli addımı Suriya xalqını xilas etdi, Suriya dövlətinin parçalanmasının qarşısını aldı, alacaq. Çünki Ərdoğan və Əhməd əş-Şaraa elan etdilər ki, Suriyanın ərazi bütövlüyü çərçivəsində Yeni Suriya qurulur.

-SondaAzərbaycanla Ermənistan arasında yekun sülh məsələsinə diqqət çəkək. Gözləntiləriniz maraqlıdır. Yükun sülh hansı halda imzalana bilər?

- Əslində Ermənistan sülh müqaviləsini bağlamamaq üçün bir bəhanə axtarır. Bu bəhanələri də hər dəfə bir hiylə ilə ortaya atırlar. Yekun sülh üçün 5 əsas maddə qalıb. Əsasən də onlar öz konstitusiyalarına dəyişiklik etməlidirlər ki, sabah nə Azərbaycana, nə də Türkiyəyə ərazi iddiası edə bilsinlər. Sabit sülh yaradılmalıdır, inkişaf olmalıdır. Xalqıların mənafeyini təmin edən sülh şəraiti formalaşmalıdır. Konstitusiya dəyişikliyi olmasa, ermənilər gələcəkdə yenə də hiylə qurub, Fransa kimi ölkələrin dəstəyi ilə yenə də münaqişə ocağı yaradacaq. Belə olan halda isə sülh əbədi ola bilməz.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Dekabr 2024 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri