Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Faktiki olaraq Azərbaycan Ermənistana çörək verir RƏY

Faktiki olaraq Azərbaycan Ermənistana çörək verir RƏY

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zəngəzur dəhlizinin açılması da məhz Ermənistanı təcriddən xilas edəcək


“Əgər Ermənistan 30 il ərzində işğalçılıqla məşğul olmasaydı, Azərbaycan üzərindən reallaşan digər layihələrdən də faydalanardı"

"Yaxın vaxtlarda Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsindən Naxçıvan və Türkiyəyə Azərbaycan-Ermənistan-Türkiyə boru kəməri və elektrik xətləri çəkiləcək". 


Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib. Baş nazir vurğulayıb ki, bunlar "TRIPP" marşrut proqramı (Zəngəzur dəhlizi) çərçivəsində müzakirə olunur: "Türkiyə və Azərbaycanla da müvafiq müzakirələr aparırıq". 

Paşinyan bu proqramların həyata keçirilməsi və reallaşması üçün sülhü əsas şərt hesab edir: "Hazırda Azərbaycanla qurulan sülhün daha institusional olması üzərində işləyirik". Xatırladaq ki, Prezident İlham Əliyev Qazaxıstanda səfərdə olarkən Zəngəzur dəhlizinin üç il ərzində açıla biləcəyini deyib. Dövlət başçısı qeyd edib ki, Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir: "Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər". Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da deyib ki, Avropa İttifaqı, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında davamlı və diversifikasiya olunmuş əlaqələrin inkişafı regionun iqtisadi potensialını açmaq və uzunmüddətli rifahı təmin etmək üçün açar rol oynayır. Mirzoyanın sözlərinə görə, Vaşinqton görüşü bölgədə kommunikasiyaların açılması üçün real fürsət yaradıb: "TRIPP proqramının tam həyata keçirilməsi Cənubi Qafqazı səmərəli və təhlükəsiz tranzit və logistika mərkəzinə çevirə bilər". 

Millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Sherg.az-a deyib ki, Azərbaycan logistika imkanları və coğrafi baxımdan elə bir mövqedədir ki, istər Şərq-Qərb, istər Şimal-Cənub, istərsə də Orta Dəhliz layihələrində əsas mərkəz rolunu oynayır. Deputatın sözlərinə görə, Zəngəzur dəhlizinin təşəbbüskarı Azərbaycandır: 


"Bu dəhliz Asiyadan Avropaya və bütün dünyaya yeni çıxış imkanları açır. Artıq reallaşmaqda olan bu layihə daha az zaman və daha az məsrəf tələb etməsi ilə diqqəti cəlb edir. 8 avqust Vaşinqton görüşündən sonra Zəngəzur dəhlizinin, yeni adı ilə "TRİPP" layihəsinin reallaşması istiqamətində müəyyən işlər artıq görülməyə başlanılıb. Azərbaycan Prezidenti Qazaxıstan səfərində konkret rəqəmlərdən danışdı. Dövlət başçısı vurğuladı ki, gələn ilin ortalarınadək Zəngəzur dəhlizinin həm dəmiryolu, həm də avtomobil yolları bizim tərəfdə tam şəkildə yekunlaşacaq. Ümid edirik ki, yaxın dönəmdə digər ölkələrdə də bu kommunikasiya qovşağının seqmentləri paralel olaraq hazırlanacaq. Prezident bəyan etdi ki, 2028-ci ilin sonunadək Zəngəzur dəhlizinin açılması gözlənilir. Bu, çox mühüm müjdədir. Dəhlizin ən tez zamanda fəaliyyətə başlaması üçün Azərbaycanın səyləri yüksəkdir. Diplomatik və siyasi müstəvidə bu məsələlər diqqət mərkəzindədir". 


Parlamentari qeyd edib ki, ABŞ kimi bir supergücün prosesdə iştirakı onu deməyə əsas verir ki, proses geridönməz xarakter alıb: 

"Eyni zamanda böyük dövlətlərin də Zəngəzur dəhlizinin açılmasında marağı var. ABŞ ilə yanaşı, Çinin, eyni zamanda Böyük Britaniya başda olmaqla Avropa ölkələrinin də marağındadır ki, Zəngəzur dəhlizi işə düşsün. Region ölkələri də bu layihədən çox böyük dividendlər əldə edəcək. Siyasət iqtisadiyyat üzərində qurulur. Əgər dünyanın aparıcı dövlətləri Zəngəzur dəhlizinin açılmasında maraqlıdırsa, layihənin reallaşması qaçılmazdır. Məlumdur ki, Ermənistana Azərbaycan üzərindən yük daşımalarında məhdudiyyət qaldırılıb və bu qərar İrəvanda çox pozitiv qarşılanıb. Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana taxıl daşınacaq. Faktiki olaraq Azərbaycan Ermənistana çörək verir. Əgər Ermənistan 30 il ərzində işğalçılıqla məşğul olmasaydı, Azərbaycan üzərindən reallaşan digər layihələrdən də faydalanardı. Gec də olsa, anladılar. Zəngəzur dəhlizinin açılması da məhz Ermənistanı təcriddən xilas edəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Oktyabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see756

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see322

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see310

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see306

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see272

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see263

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see260

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see257

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see252

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see248

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see244

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see239

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see226

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see226

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see218

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see212

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see206

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see205

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see204

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri