Icma.az
close
up
RU
Falçıya gedənlər DİQQƏTLİ OLSUN! Cərimələrin tətbiqi GÜNDƏMDƏ

Falçıya gedənlər DİQQƏTLİ OLSUN! Cərimələrin tətbiqi GÜNDƏMDƏ

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xurafatla mübarizə kimi artıq bəzi ölkələrin hökümətləri qanunlara əlavələr edərək cərimə tətbiqinə keçməyi planlaşdırır. Azərbaycanda da falçılar açıq şəkildə fəaliyyət göstərirlər. Sosial şəbəkələrdə canlı yayım edən “müasir cadugərlər”, özünü reklam edən baxıcılar var. Onların müştəriləri heç də az deyil.
Bəs əgər Azərbaycanda falçıya və onun yanına gedənlərə cərimə tətbiq olunsa, vəziyyət necə dəyişər?
Suala cavab olaraq hüquqşünas Vüsal Cəfərov Bizim.Media-ya bildirdi ki, hazırda falçılıq fəaliyyəti nə inzibati, nə də cinayət məsuliyyəti ilə qadağan olunmur. Lakin onların əməllərindən zərərçəkmiş insanlar olarsa, dələduzluq maddəsi ilə məsuliyyətə cəlb oluna bilərlər:
“Zərər 500 manatdan çox olduqda Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət məsuliyyətinə, 500 manatdan az olduqda isə inzibati məsuliyyətə cəlb olunurlar”.
V.Cəfərov diqqətə çatdırdı ki, əvvəlcə falçıların reklamlarına qadağa qoyulmalıdır. Çünki reklam haqqında qanunvericiliyində falçıların reklam olunması ilə bağlı qadağa yoxdur.
“Cərimə ən yaxşı təsir növüdür, amma bu cərimələri tətbiq etməkdən ötrü əvvəlcə fəaliyyət növünü qanunla qadağan etməliyik. Ona görə də qanunvericilikdə,  İnzibati Xətalar Məcəlləsində bu bir xəta kimi təsbit olunmalıdır və həmin maddənin də cəza tədbiri olaraq sanksiyası olmalıdır. Qadağanedici normanın pozuntusundan irəli gələn səbəblərdən cərimə tətbiq oluna bilər”.  
 

Qeyd edək ki, Tacikistanda  2024-cü ildə falçılıq və cadugərliyə görə cəzalar tətbiq edilib. Bu günlərdə isə parlament falçı və cadugərlərin xidmətlərindən istifadə etməyə görə cərimələrin tətbiqini təklif edib. Tacikistan İnzibati Xətalar Məcəlləsinin 482-ci maddəsinə “cadugərlərin və falçıların xidmətindən istifadə etmə” bəndi ilə əlavə edilməsi planlaşdırılır.


Dəyişiklik qəbul olunarsa, falçıya baş çəkən şəxslər 750 somoniyədək (təxminən 140 manat) cərimə olunacaqlar.
Şəfiqə Şəfa, Bizim Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Avqust 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri