Icma.az
close
up
RU
FAO: Ət və süd məhsulları istehsalının qlobal artması fonunda karbon emissiyaları da güclənəcək

FAO: Ət və süd məhsulları istehsalının qlobal artması fonunda karbon emissiyaları da güclənəcək

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 16 iyul, AZƏRTAC

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə hesabatında qeyd olunub ki, ətə, süd məhsullarına və balığa qlobal tələbini orta gəlirli ölkələrdə artan gəlirlər və urbanizasiya ilə idarə olunan növbəti onillikdə davamlı olaraq artacağı proqnozlaşdırılır.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, hesabata görə, davamlı qida boşluqları və artan ətraf mühit təzyiqləri qarşıdakı dövrdə bəşəriyyətə mürəkkəb bir yol göstərir.

İyulun 15-də açıqlanan “Kənd təsərrüfatında 2025-2034-cü illər üçün proqnoz” adlı sənəddə 2034-cü ilə qədər heyvan mənşəli qidaların - mal əti, donuz əti, quş əti, balıq, süd və digər heyvan mənşəli məhsulların adambaşına qlobal istehlakının 6 faiz artacağını proqnozlaşdırır. Bu tendensiya daha çox aşağı və orta gəlirli ölkələrdə özünü büruzə verir: burada istehlakın 24 faiz artacağı gözlənilir ki, bu da qlobal orta göstəricini xeyli üstələyir.

FAO-nun Baş direktoru Qu Donqyu deyib: “Bu proqnozlar inkişaf etməkdə olan ölkələrdə insanların daha yaxşı qidalanmasına işarə edir. Orta gəlirli iqtisadiyyatlarda istehlakın artması gəlirlərin çoxalması, pəhriz seçimlərinin dəyişməsi və urbanizasiya ilə əlaqələndirilir. Bu ölkələrdə heyvan mənşəli qidaların adambaşına gündəlik qəbulunun 300 kilokalori meyarını ötərək 364 kilokaloriyə çatacağı proqnozlaşdırılır”.

FAO əlavə edib ki, eyni zamanda, aşağı gəlirli ölkələrdə istehlak aşağı səviyyədə qalacaq və gündəlik cəmi 143 kilokalori təşkil edəcək. Bu, zəngin pəhrizlərə çıxışda kəskin bərabərsizlikləri və hər kəsin ərzaq təhlükəsizliyini təmin etmək üçün qarşıda duran çətinlikləri vurğulayır.

Hesabatda qeyd olunur ki, artan tələbatı ödəmək üçün qlobal kənd təsərrüfatı və balıq istehsalının növbəti onillikdə 14 faiz artacağı proqnozlaşdırılır. Bu, orta gəlirli ölkələrdə yüksək məhsuldarlıq ilə bağlıdır. Ət, süd və yumurta istehsalının 17 faiz, ümumi mal-qara ehtiyatlarının isə 7 faiz artacağı proqnozlaşdırılır. Bununla belə, bu qazanclar ətraf mühitə baha başa gəlir: emissiyaların intensivliyindəki təkmilləşdirmələrə baxmayaraq, kənd təsərrüfatından birbaşa istixana qazı emissiyaları 2034-cü ilə qədər 6 faiz artacaq.

Bununla yanaşı, dəqiq əkinçilik, təkmilləşdirilmiş heyvandarlıq yemi və qida istehsalının prioritet olması mövcud aşağı emissiyalı texnologiyaların geniş şəkildə mənimsənilməsini tələb edir. Gələcək tərəqqi siyasətin koordinasiyası, texnoloji innovasiyalar və məqsədyönlü investisiyaların qarışığından asılı olacaq.

OECD-nin Baş katibi Matias Kormann bildirib ki, aclığa son qoymaq və qlobal ərzaq təhlükəsizliyini artırmaq üçün müvafiq alətlər mövcuddur. O əlavə edib: “Qlobal ərzaq bazarlarını açıq saxlamaq, həmçinin kənd təsərrüfatı sektorunda uzunmüddətli məhsuldarlığın yaxşılaşdırılması və davamlılığı təşviq etmək üçün yaxşı əlaqələndirilmiş siyasətlərə ehtiyac var”.

Proqnozlar 2034-cü ilə qədər qəbul edilən bütün kalorilərin 22 faizinin beynəlxalq sərhədləri keçəcəyi kontekstində ticarətin əhəmiyyətini bir daha vurğulayır. “Beynəlxalq ticarət qlobal aqroərzaq sektoru üçün əvəzolunmaz olaraq qalacaq”, -deyə hesabatda vurğulanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri