Icma.az
close
up
RU
Faruk Güvən: “Azərbaycan kinosu yüksəliş dövrünü yaşayır”

Faruk Güvən: “Azərbaycan kinosu yüksəliş dövrünü yaşayır”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Bu gün Azərbaycan kinosunun yüksəlişdə olduğunu düşünürəm”.

Bunu XVI Bakı Beynəlxalq Film Festivalı çərçivəsində Türkiyənin TRT telekanalının kino şöbəsinin müdiri, prodüser Faruk Güvən “Cebheinfo.az”-a açıqlamasında deyib. 

O bildirib ki, son bir-iki ildə ərsəyə gətirilən işlər, dəyərli rejissorlar və çox gənc, istedadlı insanların olması bu fikrimi daha da gücləndirir:

“Xüsusilə festivalda bu filmləri izlədim. Qısa film bölməsində çox qiymətli əsərlərin nümayiş olunduğunu gördüm və bu da olduqca önəmlidir.

Düşünürəm ki, qarşıdakı illərdə bu gənclər uzunmetrajlı filmlərini çəkəcəklər, daha rahat şəkildə festivallara göndərə biləcəklər, bəlkə də bütün dünyada yayımlanacaq işlər ortaya çıxaracaqlar. Ümid edirəm ki, artıq Azərbaycan kinosu da Türkiyə kinosu kimi inkişaf xətti tutub və yaxın illərdə daha universal işlərlə böyük festivallarda yer alacaq”.

Faruk Güvən vurğulayıb ki, Bakıya səfərlərinin məqsədi həm də iki ölkə arasında ortaq kino layihələrinin hazırlanmasıdır:

“Biz sadəcə festivalda münsif kimi, həm də buraya Azərbaycan kinosu ilə əməkdaşlıq üçün gəlmişik. Son bir-iki ildə mütəmadi olaraq Bakıya gələrək mümkün əməkdaşlıqları və birlikdə nələr edə biləcəyimizi müzakirə edirik. 

Yeni ortaq layihələr, ortaq mədəni və tarixi dəyərlərimizi əks etdirən məzmunlar üzərində işləməyin yollarını araşdırırıq, bu barədə nələr edə bilərik bunlar haqqında danışırıq”.

O əlavə edib ki, əməkdaşlığın daha da güclənməsi üçün müxtəlif dövlət qurumları və sənət adamları ilə görüşlər keçirilir:

“Əslində bu səbəbdən buraya tez-tez gələrək yeni layihələr axtarışındayıq. Birlikdə nələr edə biləcəyimizi həm buradakı Mədəniyyət Nazirliyinin nümayəndələri, dövlət rəsmiləri, həm də kino sahəsinin mütəxəssisləri ilə müzakirə edirik. Ümid edirəm ki, qarşıdakı dövrdə Türkiyə-Azərbaycan ortaq istehsalı olan layihələrin xəbərlərini eşidəcəyik”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri