Fast food prostat xərçəngi yaradır
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Ultra işlənmiş qidaların həddindən artıq istehlakı ilə prostat xərçəngi arasında əlaqə aşkarlanıb.
Axşam.az xəbər verir ki, Florida Atlantik Universitetinin alimləri ABŞ-da 2003-2023-cü illər arasında aparılan sağlamlıq və qidalanma araşdırmalarında iştirak edən 17 min 24 kişinin məlumatlarını təhlil ediblər.
Araşdırmada qazlı içkilər, paketlənmiş səhər yeməyi məhsulları, müxtəlif qəlyanaltılar və işlənmiş ət məhsulları kimi ultra işlənmiş qidaların istehlakı nəzərdən keçirilib. İştirakçılar gündəlik qəbul etdikləri kalorinin nə qədərinin bu qidalardan gəlməsinə əsasən dörd qrupa bölünüb.
Nəticələrə görə, gündəlik kalorilərinin 20 faizindən azını ultra işlənmiş qidalardan alan kişilərlə müqayisədə daha çox belə məhsul qəbul edənlərdə prostat xərçəngi riski 29 faiz yüksək olub. Ən çox ultra işlənmiş qida istehlak edən iki qrupda isə risk artımı təxminən 30 faiz təşkil edib.
Yaş, etnik mənsubiyyət, siqaret istifadəsi və sosial-iqtisadi vəziyyət kimi amillər nəzərə alındıqdan sonra da risk artımı 24-31 faiz arasında qalıb.
Alimlər qeyd ediblər ki, nəticələr ultra işlənmiş qidaların prostat xərçənginə birbaşa səbəb olduğunu sübut etmir. Araşdırma yalnız bu qidaların yüksək istehlakı ilə xəstəlik riski arasında mümkün əlaqənin olduğunu göstərir.
Mütəxəssislər belə qidaların orqanizmdə maddələr mübadiləsinə təsir göstərməsi, iltihab və oksidləşdirici stressi artırması, həmçinin bağırsaq mikrobiotasında dəyişikliklərə səbəb olması ehtimalını mümkün mexanizmlər kimi qiymətləndirirlər.
Qeyd edək ki, əvvəlki araşdırmalarda da ultra işlənmiş qidaların həddindən artıq istehlakı artıq çəki və piylənmə, metabolik xəstəliklər, ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riski ilə əlaqələndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 11 Sentyabr 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















