Fatih Terim də Bakıya gəlir
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində futbol dünyasından daha bir tanınmış sima ölkəmizə gələcək.
News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, söhbət Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terimdən gedir.
Məsələ burasındadır ki, COP29 çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılacaq. Bu təşəbbüslə son Azərbaycan çempionu "Qarabağ" çıxış edib. Təcrübəli mütəxəssis tədbirdə iştirak etmək üçün Bakıya təşrif buyuracaq.
Qeyd edək ki, alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın "Nəsimi" zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 14 Noyabr 2024 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















