Fatimənin qətlinə görə Türkiyədə saxlanılan var
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Gürcüstanda azərbaycanlı Fatimə Kərimovanı qətlə yetirməkdə təqsirləndirilən Ağcabədi rayon sakini Emin Əliyev saxlanılıb.
“Qafqazinfo” Oxu. Az-a istinadən xəbər verir ki, qətl hadisəsindən sonra Gürcüstan daxili işlər orqanları E.Əliyev barəsində axtarış elan edib.
E.Əliyev Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.
Məlumata görə, hazırda onun Gürcüstana təhvil verilməsi ilə bağlı işlər aparılır.
Qeyd edək ki, Ağcabədi rayon sakini F.Kərimova sevgilisi Kənan Əliyevlə birlikdə Gürcüstana qaçıb. Daha sonra Kənan Əliyev F.Kərimovanın pasportunu cırıb atıb, onun Azərbaycana qayıtmasına mane olub. K.Əliyev hadisədən sonra Azərbaycana qayıdıb. Ölkəsinə qayıda bilməyən F.Kərimova isə Azərbaycanda olan əmisi oğlu E.Əliyevdən kömək istəyib. E.Əliyev Gürcüstana gedərək F.Kərimovu boğaraq qətlə yetirib. O, daha sonra Gürcüstandan Türkiyəyə qaçıb.
Baxış sayı:117
Bu xəbər 04 İyul 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















