Icma.az
close
up
RU
Fazil Mustafadan cəmiyyətə mesaj: “Düşünməkdən imtina edirik”

Fazil Mustafadan cəmiyyətə mesaj: “Düşünməkdən imtina edirik”

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fazil Mustafa “Düşünməkdən imtina” adlı yazısında Azərbaycan cəmiyyətində düşüncə, ictimai məsuliyyət və fərdi həyat anlayışlarını təhlil edib.

Yazıda insanların hazır düşüncə qəliblərinə sığınması, sosial şəbəkələrin düşüncəyə təsiri, vətəndaş məsuliyyətinin zəifliyi və cəmiyyətdə “narazı” və “narahat” insanlar arasındakı fərqdən bəhs olunur.

Fazil Mustafa hesab edir ki, insanın öz həyatına və cəmiyyətə münasibətində məsuliyyət daşıması düşüncə ilə birbaşa bağlıdır.

Müəllif yazıda həmçinin insanların başqalarının həyatını yaşamasını, moda və sosial təsirlərin şəxsi seçimlərə çevrilməsini, ailə və uşaq məsuliyyətsizliyini, eləcə də gündəlik problemlərdə məsuliyyəti daim başqasının üzərinə atmaq meylini tənqid edir.

Fazil Mustafa sonda cəmiyyətdə “narazı çoxluq” ilə “narahat azlıq” arasında fərq qoyaraq, yazını insan həyatından geriyə qalan iki şeyin – kitaba köçürülmüş sözün və qəbirdə qalan sümüyün olduğu fikri ilə yekunlaşdırır.

Gununsesi.info sözügedən yazını təqdim edir:

Əsrlər öncə avropalı bir səyyah Eskimo qəbilə başçılarının birindən “Nə düşünürsən?” deyə soruşanda, Eskimo “düşünmək məcburiyyətində deyiləm, evimdə artıqlaması ilə ət var”, deyə cavab verir. Eskimo təsəvvürlərinə görə, “düşünmək”, evdə ətin olub-olmaması ilə bağlı məsələdir. Bizdə isə kiminsə oturuşmuş iş yeri, başının üstündə və ya taleyinin üstündə krışası, sementləşmiş inancı, məzhəbi, təriqəti, partiyası, futbol komandası, bir qismət çörəyi, qəbirstanlıqda satın aldığı qəbir yeri və əlində lotareya bileti varsa qafasında düşünmək ehtiyacı doğmur. Acınacaqlı odur ki, bizdə evində və sümüyünün üstündə əti olmayan da düşünmək barədə düşünmür belə. “Ətin tökülsün!” deyə qınayıcı bir söz var ya, bəlkə də düşünməyə çağırışın ideomatik bir ifadəsidir. Yəni “ətin tökülsün, bir dəri-bir sümük qalasan, bəlkə o zaman düşünəsən!” anlamında bir qarğış. Nə ət, nə dəri, nə də sümük- insanı düşünməyə yönləndirən əsas nemət kitabdır. Gözünlə baxdığın televiziya və ya virtual internet sosiallaşması sənin necə düşünməli olduğunu çatdırır, kitab isə gözünlə oxuduğunu beynində çək-çevir edərək düşünməyini tələb edir. Əslində facebookda səhifələrimizi əksər hallarda ətlə (şəkilllə, mizahla, qısa atmacalarla, prikollarla) doldururuq ki, böyük əksəriyyətin “düşünməmək” arzusunu gerçəkləşdirək. Adam az qalır ki, düşüncə həyatımız üçün vacib olan yazıları, çıxışları paylaşanda “müvəqqəti narahatçılığa görə üzr istəyirəm!” cümləsini yazsın. İşın ağır tərəfi budur ki, virtual sosial məkanda ancaq “düşüncə qəssablığı” edərək ətlə sümüyü bir birindən ayırmaq mümkündür. “Düşüncə qəssablığı” isə “düşünməkdən imtina”dan daha böyük fəsadlar törədə bilər.

Bu düşüncədən çıxış yolu vətəndaşın hazırlıq səviyyəsindən aslıdır. Biz vətəndaşı dövlət üçün, cəmiyyət üçün məsuliyyət daşımağa hazırlamamışıq. Bizim cəmiyyətdə ictimai məsuliyyət yoxdur. Diqqət edirsinizsə, cərimə məsələsində də bu özünü göstərdi. Maşından yerə zibil atmaq ancaq məsuliyyətsiz və düşüncəsiz vətəndaşların işi ola bilər. Bu kimi halların cərimə ilə tənzimlənməsi çox normaldır. Amma vətəndaş bizi qınayır ki, sizin ixtiyarınız yoxdur bizi cərimələməyə… Müəyyən məsələlərdə bu yanaşma başadüşüləndir. Məsələn, vətəndaş üçün yaxşı yol infrastrukturu qurmamışıqsa, onu tıxaca görə cərimələmək düzgün deyil. Amma vətəndaş düşünür ki, yox, siz hansısa məsələni tam qura bilməmisinizsə, bizə heç bir halda müdaxilə edə bilməzsiniz.

Azərbaycan cəmiyyətində bölgü aparsaq, insanları iki hissəyə ayıra bilərik: narazı və narahat insanlar. Narazı insan sayı getdikcə artır. Narahat insan isə məsuliyyətli insandır. Hər hansı mənada şəraiti də, imkanı da var. Amma cəmiyyətin gələcəyi ilə bağlı hansısa məsələ yerində deyilsə, onu düzəltməyə çalışır. Narazı insansa, ailədə də, işdə də, çöldə də narazıdır, gəlinindən də, oğlundan da narazıdır. Bu o deməkdir ki, insan öz həyat modelini qura bilməyib. Bunun da səbəbini daim başqa yerlərdə axtarır. Qonşusunda görür, evliliyində görür, qohumunda görür. Bizim ölkədə öz həyatını yaşayan insanların sayı minimum səviyyədədir, barmaqla sayılacaq qədərdir. Hamı oğlunun, qızının, gəlininin, qohumunun həyatını yaşayır, onun yükünü öz üzərinə götürür. Bizdə ən böyük problemlərdən biri də moda ilə bağlıdır. Din də, geyim də, maşın almaq da, bulvarda gəzmək də modadır. İnsanlar öz istəyinə görə bunları etmir, başqasına acıq vermək, diqqətini çəkmək üçün həyatını bu cür təqdim edir. Bu gün Azərbaycanda müzakirə mövzularına diqqət yetirsək, görərik ki, insanlar ancaq başqalarının həyatını müzakirə etməklə məşğuldur, məsələn, sosial verlişlərə baxın, orada nə qədər məsuliyyətsiz insan var. Bu, aysberqin görünən tərəfidir. Bunun alt qatında daha çox insan var. Ailə məsuliyyətsizliyi, uşaq məsuliyyətsizliyi hər şey biri-birinə qarışıb. Yağış yağır, bu kimi hallarda təbiəti günahlandıranlar daha çox olur. Yer buz bağlayıbsa, gərək yeriyəndə ayağını yerə sağlam basasan ki, başqa problem olmasın. Təbii ki, burada başqa nüanslar da var. Səki normal deyilsə, yol çəkilir, yağış yağanda o suyun yoldan necə çəkilməsi nəzərə alınmırsa, burada da məmur günahkar olur. Əsas məsələ burada məsuliyyət daşıma məsələsidir. Heç kim heç nəyə görə ayrıca məsuliyyət daşımır.

Hələ ki, narazı çoxluq narahat azlığın ətini yeməklə məşğuldur. Ancaq unudurlar ki, insanlar öləndən sonra qalan iki şeydir: biri kitaba köçürülmüş SÖZdür, digəri isə qəbirdə əsrlər sonra da büzüşüb qalmış SÜMÜKlərdir.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Avqust 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri