Icma.az
close
up
RU
Fazil Mustafadan cəmiyyətə mesaj: “Düşünməkdən imtina edirik”

Fazil Mustafadan cəmiyyətə mesaj: “Düşünməkdən imtina edirik”

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fazil Mustafa “Düşünməkdən imtina” adlı yazısında Azərbaycan cəmiyyətində düşüncə, ictimai məsuliyyət və fərdi həyat anlayışlarını təhlil edib.

Yazıda insanların hazır düşüncə qəliblərinə sığınması, sosial şəbəkələrin düşüncəyə təsiri, vətəndaş məsuliyyətinin zəifliyi və cəmiyyətdə “narazı” və “narahat” insanlar arasındakı fərqdən bəhs olunur.

Fazil Mustafa hesab edir ki, insanın öz həyatına və cəmiyyətə münasibətində məsuliyyət daşıması düşüncə ilə birbaşa bağlıdır.

Müəllif yazıda həmçinin insanların başqalarının həyatını yaşamasını, moda və sosial təsirlərin şəxsi seçimlərə çevrilməsini, ailə və uşaq məsuliyyətsizliyini, eləcə də gündəlik problemlərdə məsuliyyəti daim başqasının üzərinə atmaq meylini tənqid edir.

Fazil Mustafa sonda cəmiyyətdə “narazı çoxluq” ilə “narahat azlıq” arasında fərq qoyaraq, yazını insan həyatından geriyə qalan iki şeyin – kitaba köçürülmüş sözün və qəbirdə qalan sümüyün olduğu fikri ilə yekunlaşdırır.

Gununsesi.info sözügedən yazını təqdim edir:

Əsrlər öncə avropalı bir səyyah Eskimos qəbilə başçılarının birindən “Nə düşünürsən?” deyə soruşanda, Eskimos “düşünmək məcburiyyətində deyiləm, evimdə artıqlaması ilə ət var”, deyə cavab verir. Eskimos təsəvvürlərinə görə, “düşünmək”, evdə ətin olub-olmaması ilə bağlı məsələdir. Bizdə isə kiminsə oturuşmuş iş yeri, başının üstündə və ya taleyinin üstündə krışası, sementləşmiş inancı, məzhəbi, təriqəti, partiyası, futbol komandası, bir qismət çörəyi, qəbirstanlıqda satın aldığı qəbir yeri və əlində lotareya bileti varsa qafasında düşünmək ehtiyacı doğmur. Acınacaqlı odur ki, bizdə evində və sümüyünün üstündə əti olmayan da düşünmək barədə düşünmür belə. “Ətin tökülsün!” deyə qınayıcı bir söz var ya, bəlkə də düşünməyə çağırışın ideomatik bir ifadəsidir. Yəni “ətin tökülsün, bir dəri-bir sümük qalasan, bəlkə o zaman düşünəsən!” anlamında bir qarğış. Nə ət, nə dəri, nə də sümük- insanı düşünməyə yönləndirən əsas nemət kitabdır. Gözünlə baxdığın televiziya və ya virtual internet sosiallaşması sənin necə düşünməli olduğunu çatdırır, kitab isə gözünlə oxuduğunu beynində çək-çevir edərək düşünməyini tələb edir. Əslində facebookda səhifələrimizi əksər hallarda ətlə (şəkilllə, mizahla, qısa atmacalarla, prikollarla) doldururuq ki, böyük əksəriyyətin “düşünməmək” arzusunu gerçəkləşdirək. Adam az qalır ki, düşüncə həyatımız üçün vacib olan yazıları, çıxışları paylaşanda “müvəqqəti narahatçılığa görə üzr istəyirəm!” cümləsini yazsın. İşın ağır tərəfi budur ki, virtual sosial məkanda ancaq “düşüncə qəssablığı” edərək ətlə sümüyü bir birindən ayırmaq mümkündür. “Düşüncə qəssablığı” isə “düşünməkdən imtina”dan daha böyük fəsadlar törədə bilər.

Bu düşüncədən çıxış yolu vətəndaşın hazırlıq səviyyəsindən aslıdır. Biz vətəndaşı dövlət üçün, cəmiyyət üçün məsuliyyət daşımağa hazırlamamışıq. Bizim cəmiyyətdə ictimai məsuliyyət yoxdur. Diqqət edirsinizsə, cərimə məsələsində də bu özünü göstərdi. Maşından yerə zibil atmaq ancaq məsuliyyətsiz və düşüncəsiz vətəndaşların işi ola bilər. Bu kimi halların cərimə ilə tənzimlənməsi çox normaldır. Amma vətəndaş bizi qınayır ki, sizin ixtiyarınız yoxdur bizi cərimələməyə…

Müəyyən məsələlərdə bu yanaşma başadüşüləndir. Məsələn, vətəndaş üçün yaxşı yol infrastrukturu qurmamışıqsa, onu tıxaca görə cərimələmək düzgün deyil. Amma vətəndaş düşünür ki, yox, siz hansısa məsələni tam qura bilməmisinizsə, bizə heç bir halda müdaxilə edə bilməzsiniz.

Azərbaycan cəmiyyətində bölgü aparsaq, insanları iki hissəyə ayıra bilərik: narazı və narahat insanlar. Narazı insan sayı getdikcə artır. Narahat insan isə məsuliyyətli insandır. Hər hansı mənada şəraiti də, imkanı da var. Amma cəmiyyətin gələcəyi ilə bağlı hansısa məsələ yerində deyilsə, onu düzəltməyə çalışır. Narazı insansa, ailədə də, işdə də, çöldə də narazıdır, gəlinindən də, oğlundan da narazıdır. Bu o deməkdir ki, insan öz həyat modelini qura bilməyib. Bunun da səbəbini daim başqa yerlərdə axtarır. Qonşusunda görür, evliliyində görür, qohumunda görür. Bizim ölkədə öz həyatını yaşayan insanların sayı minimum səviyyədədir, barmaqla sayılacaq qədərdir. Hamı oğlunun, qızının, gəlininin, qohumunun həyatını yaşayır, onun yükünü öz üzərinə götürür. Bizdə ən böyük problemlərdən biri də moda ilə bağlıdır. Din də, geyim də, maşın almaq da, bulvarda gəzmək də modadır. İnsanlar öz istəyinə görə bunları etmir, başqasına acıq vermək, diqqətini çəkmək üçün həyatını bu cür təqdim edir. Bu gün Azərbaycanda müzakirə mövzularına diqqət yetirsək, görərik ki, insanlar ancaq başqalarının həyatını müzakirə etməklə məşğuldur, məsələn, sosial verlişlərə baxın, orada nə qədər məsuliyyətsiz insan var. Bu, aysberqin görünən tərəfidir. Bunun alt qatında daha çox insan var. Ailə məsuliyyətsizliyi, uşaq məsuliyyətsizliyi hər şey biri-birinə qarışıb. Yağış yağır, bu kimi hallarda təbiəti günahlandıranlar daha çox olur. Yer buz bağlayıbsa, gərək yeriyəndə ayağını yerə sağlam basasan ki, başqa problem olmasın. Təbii ki, burada başqa nüanslar da var. Səki normal deyilsə, yol çəkilir, yağış yağanda o suyun yoldan necə çəkilməsi nəzərə alınmırsa, burada da məmur günahkar olur. Əsas məsələ burada məsuliyyət daşıma məsələsidir. Heç kim heç nəyə görə ayrıca məsuliyyət daşımır.

Hələ ki, narazı çoxluq narahat azlığın ətini yeməklə məşğuldur. Ancaq unudurlar ki, insanlar öləndən sonra qalan iki şeydir: biri kitaba köçürülmüş SÖZdür, digəri isə qəbirdə əsrlər sonra da büzüşüb qalmış SÜMÜKlərdir.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Avqust 2026 04:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri