Icma.az
close
up
RU
Fazil Mustafaya atılan xəyanət gülləsi bütün Azərbaycana atılmışdı

Fazil Mustafaya atılan xəyanət gülləsi bütün Azərbaycana atılmışdı

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Millət vəkili, hörmətli Fazil Mustafaya atılan xəyanət gülləsi bütün Azərbaycana atılmışdı. Eyni zamanda İslam dininə, mənəvi dəyərlərimizə, dövlətçiliyimizə tuşlanmışdı. Ramazan ayında, iftardan qayıdarkən, evinin qapısında bir müsəlmana qarşı sui-qəsdi yalnız İmam Əlini Ramazanda şəhid edən, İmam Hüseynin balalarını Məhərrəmdə susuz doğrayan xain edə bilərdi, etdi də...

İki il əvvəl bu günkü gün Fazil Mustafaya qarşı məhz Ramazan ayında terror törədilməsi hədəfin eyni zamanda İslam dini olmasından xəbər verir. Bu qəsdin təşkilatçıları və icraçılarının özlərini İmam Hüseynə, Aşuraya calamaq cəhdləri İmam Hüseynin parlaq obrazını da terrora bulaşdırmaq cəhdidir.

Dini, mədəni - mənəvi, milli dəyərlərə, dövlətə son dərəcə bağlı olan və bu dəyərlərin sağlam yaşaması uğrunda ömrünü sərf edən bir ziyalıya qarşı təşkil olunmuş bu aktın arxasında xalqımızın, dövlətimizin, dinimizin düşmənlərinin olması şübhəsizdir.

İmam Əliyə də məhz Fazil bəyə qarşı terror təşkil edənlərin sələfləri Ramazan ayında terror etmişdilər. İmam Hüseyni çağırıb Kərbəla toruna salıb şəhid edənlər də həmin təfəkkürün törəmələri idi. Əhli Beytin obrazını təhrif edərək onun arxasında gizlənən xəyanət dəccalı, qara şeytan törətdiyi bütün cinayətlərin təməlini Peyğəmbər soyuna bağlamaqla əslində onları təhqir edir, dünyada İslamı terror dini kimi göstərməklə, içindən təhrif edib dağıtmaqla məqsədinə nail olmaq istəyir.

Təqiyyə və batinilik ideologiyası əsasında, Sasani qalıqlarının müasir şüubiyyə terror təşkilatları Azərbaycanda İslamın əvəzinə İslam adı altında öz mənfur ideyalarını bərqərar etmək istəyirdilər. Və daha təhlükəli, daha xain planlar vardı. Dövlətimizə qarşı planlanmış bu gizli xəyanəti vaxtında sezən, dərk edərək haq səsini ucaldanların öncüllərindən olan bir ziyalıya qarşı xaincə həyata keçirilən bu hadisə bir daha haqla batili, Allahın yolu ilə şeytanın yolunu, Hüseynin yolu ilə Yezidin yolunu ayırd etdi.

Müqəddəs ay olan Ramazan ayına, hətta İslama və müsəlmanlara açıq düşmənliyi olan qövmlər də ehtiram ediblər. Yezidçilərlə fars şüubiyyə terror təşkilatlarının fərqi budur ki, birincilər öz adları ilə, açıq cinayətlər edirdilər. Amma bunlar Əhli Beytin, Peyğəmbərin, İslamın adı ilə edirlər. Ələmut qalasında yuva qurub Əyyubilərə, Səlcuqlulara qarşı terror həyata keçirən Həşşaşilərin davamçıları eyni ənənəni indi də davam etdirmək, yaşatmaq istəyirlər. Ölkəyə həşiş, narkotik və zəhərli ideologiya daşımaqla yalnız zəhərləmək, xəyanət etmək yolunu seçiblər.

Yəni, Fazil Mustafaya qarşı terror aktı həyata keçirənlərlə, təşkil edib sifariş verənlərlə Məkkədə Peyğəmbərə qarşı sui-qəsd təşkil edənlərin arasında fərq yalnız zaman fərqidir. Həzrət Əliyə Ramazan ayında, Qədr gecəsində sui-qəsd edənlərlə bunların fərqi yoxdur. İmam Hüseyni çağırıb öldürüb sonra da onun irsini, məzarını, övladlarını əsir edib hələ də istismar edənlərlə onların heç fərqi yoxdur.

Namaz qılıb oruc tutan insana, özü də Ramazanda iftardan dönərkən güllə atmaq Qurana güllə atmaqdır. Quranı yandırıb ayaq altına atanla bunların fərqi yoxdur.

Sosial şəbəkələrdə ibliscəsinə əvvəlcə mənfur təbliğat təşkil edirlər, xəyanət planlarına mane olan simaları hədəfə götürüb təhqir etməklə, böhtan və iftira ilə, bəzən də sadəlövh və məlumatsız kütləni inandırmaqla vəziyyət, rəy yaradırlar, hədəfə gətirirlər. Sonra da buna əsaslanaraq ağalarından fətva alıb Qurana, İslama, İmam Əliyə, İmam Hüseynə, müsəlmana, deputata, türkə güllə atırlar!

Azərbaycana qarşı xəyanət içində olanların, müqəddəs dəyərləri murdar amalları üçün alətə çevirənlərin aqibəti İmam Hüseyni şəhid edənlərin aqibəti kimi olacaq.

Ermənilərlə savaşdığımız, qalib gəldiyimiz ərəfələrdə milləti erməni olanların yox, xisləti erməni olanların bu hadisəni sifariş edib törətməsi əslində "Hüseynçi," "Əliçi" cildinə girmiş gizli və əsl şimrlərin, sinanların, hərmələnin, yezidlərin kimlər olduğunu çılpaqlığı ilə ortaya qoymuş oldu.

Dini, onun fəlsəfəsini, dindən sui - istifadə edənlərin niyyətlərini, ideoloji hədəflərini daha mükəmməl bilən inanclı deputatı hədəf seçməklə demək istədilər ki, bizim üçün İslam, Quran, müqəddəs dəyərlər, Əhli Beyt önəmli deyil. Farsizmə sərf edəndə onları da tapdalayırıq, əzirik, təhrif edib xurafata bulaşdırıb murdarlayırıq...

Demək istədilər ki, xəyanət, fitnəkarlıq, terror nəinki bizim əqidəmizdir, hətta bu mənfur ideoloji - siyasi yola Aşuranı, İmam Hüseyni, dini də alət edə, özümüzə şərik edə bilirik. Amma uduzdular!

Əslində bu hadisə üzərində çox düşünülməlidir. Nəticə çıxarılıb dərin tədbirlər görülməlidir. Gətirdikləri narkotikdən daha zəhərli və zərərli olan isə onların ideologiyasıdır. Daha özləri yox, içimizdən yetişdirdiklərinin əli ilə cinayətlər törətməyə niyyətlənəcəklər. Həzrət Əlini, İmam Hüseyni öldürənlər də hamısı əvvəllər onun "tərəfdarları", "aşiqləri" idilər. Amma xəyanət məktəbi onları qatil, cani etdi. Həmin məktəb bu gün də fəaliyyətdədir. Özü də daha çağdaş, daha ehtiyyatlı, daha tədbirli. Elə bir qalxan götürüb, elə bir pərdə ardında gizlənib ki, o pərdəni aralayıb qalxanı kənara çəkməyin nə qədər vacib olduğunun çoxu fərqində belə deyil.

Ümid edirəm ki, bu hadisənin ibrət işiğında çox kitablar yazılmalı, çox düşünülməli, çox tədbirlər görülməlidir!

Müqəddəs Kitabın "Saf" surəsinin 8 - ci ayəsi ilə sözümü tamamlayıb Fazil bəyə can sağlığı, ziya işığının gur olmasını arzu edirəm.

Allah təala buyurur: "Onlar Allahın nurunu öz ağızlarından (çıxanlarla) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır."

Tural İrfan,

ilahiyyatçı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Mart 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see239

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see194

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see185

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see161

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see160

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see142

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see138

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see136

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see130

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see130

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see126

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see123

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see123

Donald Tramp Yaxın Şərqdə sülh planına dəstək verən ölkələrlə bağlı paylaşım edib

02 Oktyabr 2025 08:41see123

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see122

I Liqa: Səbail in Şamaxı sınağı, Şəfa MOİK ə qarşı

02 Oktyabr 2025 11:52see121

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see121

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see119

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see119

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri