Fazil Mustafaya sui qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu həbs olunub
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov həbs olunub.
APA-nın xəbərinə görə, adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci maddəsi ilə ittiham verilib.
O, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə konkret dövlət və ictimai xadimlərin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Ə.Səricanov haqqında həbs qərarı verildiyini və CM-in 28.277-ci maddəsi ilə təqsirləndirildiyini vəkili Bəxtiyar Hacıyev də təsdiqləyib.
Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 21 Mart 2025 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















