Icma.az
close
up
RU
“Fəal və təşkilatçı insanlar daha uzun ömür yaşayır“ Elmi araşdırma

“Fəal və təşkilatçı insanlar daha uzun ömür yaşayır“ Elmi araşdırma

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Sadə özünütəsvir sözləri ömrün uzunluğunu proqnozlaşdıra bilər..."

ABŞ, İrlandiya, Fransa və Estoniyadan olan beynəlxalq alimlər qrupunun apardığı bir tədqiqat qrupu insanın şəxsi xüsusiyyətlərinin ömrün uzunluğuna təsirini araşdırıb. Nəticələr "Journal of Psychosomatic Research" jurnalında dərc olunub.

Moderator.az xəbər verir ki, bu barədə "naukatv.ru" nəşri yazıb.

Ömrün sirlərini açan araşdırma

Araşdırmada 22 mindən çox yetkin şəxs iştirak edib, müşahidə müddəti isə 6-28 il arasında dəyişib. Tədqiqat göstərib ki, insanlar özlərini "fəal", "enerjili", "təşkilatçı", "çalışqan", "ciddi" və "yardımsevər" kimi təsvir etdikdə, onların ömrü daha uzun olur. Xüsusilə, "fəal" sözünü seçənlərin ölüm riski müşahidə dövründə 21 faiz daha az olub, yaş, cins və sağlamlıq vəziyyəti nəzərə alınaraq hesablanıb.

Fərdi özünütəsvir sözlərinin üstünlüyü

Əvvəllər tədqiqatçılar ömrə təsir edən amilləri geniş kateqoriyalar üzrə araşdırırıb, məsələn: ekstraversiya, vicdanlılıq, açıq fikirli olmaq, dostcanlılıq, nevrotizm - bu, "böyük beşlik" adlandırılıb. Lakin yeni araşdırma göstərir ki, sadə, konkret özünütəsvir sözləri daha dəqiq proqnoz verir.

Psixoloq Rene Mottus izah edir: "Tədqiqat göstərir ki, insanlar tərəfindən seçilmiş kiçik və spesifik xüsusiyyətlər, məsələn, "təşkilatçı və ya "enerjili" olmaq ölüm riskini daha dəqiq proqnozlaşdırır". Bu nəticə həm psixologiya, həm də tibbi tədqiqatlar üçün önəmli hesab olunur, çünki şəxsiyyətin incə nüansları ölüm riski ilə əlaqələndirilə bilir.

Pozitiv və neqativ xüsusiyyətlərin təsiri

Tədqiqat həmçinin göstərin ki, fərdlərin antipod xüsusiyyətləri - passivlik, əsəbilik, tez qıcıqlanma və yüksək stress həssaslığı ömrün qısalması ilə əlaqəlidir. Alimlər vurğulayır ki, bu, məcburi nəticə deyil: artıq narahatlıq şəxsin taleyini əvvəlcədən müəyyən etmir, fəallıq isə ömrü avtomatik uzatmır.

Mühüm olan odur ki, müəyyən xüsusiyyətlər insanın həyat tərzinə və sağlamlıq vərdişlərinə təsir göstərir: təşkilatçılıq sağlam vərdişləri qorumağa kömək edir, dərman qəbulunu tənzimləyir, fəallıq fiziki sağlamlığı dəstəkləyir, çalışqanlıq və diqqətlilik maliyyə və gündəlik həyatı idarə etməyə şərait yaradır, yardımsevərlik və empatiya sosial əlaqələri gücləndirir, psixoloji dayanıqlığı artırır.

Tibbi və praktiki əhəmiyyəti

Psixoloq Samuel Henri bildirir ki, belə tədqiqatlar rutin tibbi müayinələrdə şəxsiyyətin qiymətləndirilməsinə daxil edilə bilər. Özünü "təşkilatçı" hesab etməyən şəxslər dərman qəbulunu gecikdirə bilər, "fəal" olduğunu düşünməyənlər fiziki fəaliyyətə başlamaqda çətinlik çəkə bilər. Bu, doktorların və ictimai səhiyyə mütəxəssislərinin riskləri erkən aşkar etməsinə və fərdi müdaxilələr planlamasına imkan verir.

Gələcək ömrün proqnozu

Tədqiqat göstərir ki, "fəal", "enerjili",  "təşkilatçı", "yardımsevər" kimi sadə sözlərlə özünü təsvir etmək yalnız psixoloji portret yaratmır, həm də insanın ömrünü proqnozlaşdırmaq üçün ölçülə bilən göstərici ola bilər. Beləliklə, şəxsiyyət yalnız həyat keyfiyyətinə deyil, həm də davamlılığa və uzunömürlülüyə təsir edən mühüm amil kimi dəyərləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Oktyabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri