Icma.az
close
up
RU
Fəaliyyətinə xitam verilmiş 7000 müəllimə işsizlik müavinatı verilməlidirmi? RƏYLƏR

Fəaliyyətinə xitam verilmiş 7000 müəllimə işsizlik müavinatı verilməlidirmi? RƏYLƏR

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

2025-ci ildə keçirilən sertifikatlaşdırma imtahanında 7 min 318 müəllim uğur qazana bilməyib və onlarla əmək müqaviləsinə xitam verilib.

Elm və Təhsil naziri Emin Əmrullayevin bildirdiyinə görə, yaranan vakant dərs saatları hazırda fəaliyyət göstərən müəllimlər arasında paylanır və ya yeni işə qəbul üçün müsabiqələrdə iştirak edir. Təxminən 80 mindən çox müəllim sertifikatlaşdırma prosesində iştirak edib.

Bəs sertifikatlaşma uğursuz olan müəllimlər dolanışığını necə təmin edəcək? Dövlət onlara hansı sosial dəstəyi göstərəcək? İşsizlik müavinəti veriləcəkmi?

Gununsesi.infoya danışan təhsil eksperti, dosent İlham Əhmədov mövzunu belə şərh edib:

“Sertifikatlaşdırmadan keçə bilməyən minlərlə müəllimin işsiz qalması yalnız təhsil yox, həm də sosial məsələdir.

Onların böyük əksəriyyəti uzun illər bu sahədə çalışıb və ailəsinin əsas dolanışığını müəllim maaşı ilə təmin edib.

Belə bir şəraitdə dövlət bu insanlara sosial dəstək göstərməli, ən azı keçid dövrü üçün işsizlik müavinəti və ya alternativ məşğulluq imkanları təqdim etməlidir.

Əgər bir müəllim sertifikasiya imtahanında savadsızlıq nümayiş etdirirsə, bəs o zaman bu şəxsə orta məktəb attestatı və ali təhsil diplomu kim və hansı meyarlarla verib?”

Ekspertin fikrincə, bu sualın özü artıq təhsil sistemindəki dərin problemlərə işarədir:

“Müəllimin buraxdığı səhvlər əsasən ali məktəbdə deyil, orta məktəbdə formalaşan təməl biliklərin zəifliyindən qaynaqlanır. Bu isə məktəblərdə tədris prosesinin keyfiyyətsizliyini, repetitorluğun geniş yayılmasını və şagirdlərin təməl biliklərinin düzgün formalaşmadığını göstərir.

Bundan əlavə, illərlə bu müəllimləri məktəblərə işə qəbul edən şəxslərin məsuliyyəti də diqqətdən kənarda qalmamalıdır. Hansı meyarlarla bu şəxslər müəllim kimi təsdiqlənib? Niyə onlar uzun illər ərzində sistemli şəkildə peşəkar təlimlərə cəlb edilməyiblər? Nə üçün müəllimlərin təkmilləşdirilməsi işi peşəkar dövlət qurumları tərəfindən deyil, təsadüfi yaradılmış QHT və MMC-lər vasitəsilə həyata keçirilib?

Digər tərəfdən, hazırda zəif nəticə göstərən müəllimlərin nə qədəri MİQ imtahanı vasitəsilə işə qəbul olunub? Bu proseslərdə hansısa himayədarlıq və qeyri-şəffaflıq halları olubmu? Əgər bu hallar varsa, məsuliyyət təkcə müəllimlərə deyil, bu sistemi formalaşdıranlara da aiddir”.

İlham Əhmədov hesab edir ki, bütün bu problemlərin kökündə duran məsuliyyətsiz idarəetmə və zəif nəzarət mexanizmləridir:

“Təhsil sisteminin çökdüyü illərdir müzakirə olunur, amma yaranmış vəziyyətə görə məsuliyyəti prosesi düzgün idarə etməyən məmurlar deyil, sistemin qurbanı olan müəllimlər daşıyır. Halbuki bu müəllimlər təhsili xaricdə yox, məhz Elm və Təhsil Nazirliyinin nəzdindəki təhsil müəssisələrində alıblar.

Təhsil Nazirliyi uzun müddət ərzində bu problemlərə göz yumub, indi isə bütün uğursuzluqları müəllimlərin üzərinə yükləməyə çalışır. Bu isə nə ədalətlidir, nə də problemi həll etməyə xidmət edir”.

Gununsesi.info-ya danışan sosioloq Üzeyir Şəfiyev fikrincə sertifikasiyadan keçə bilməyən müəllimlər bölgələrə yönləndirilsin:

“Çünki bəzi regionlarda müəyyən ixtisas fənləri üzrə müəllim çatışmazlığı mövcuddur. Bu istiqamətdə diversifikasiya aparmaq və həmin müəllimləri uyğun bölgələrə göndərmək mümkündür.

Əmək bazarının tənzimlənməsi aktual məsələlərdən biridir, çünki əmək bazarında ciddi rəqabət mühiti və sıxlıq müşahidə olunur. Belə bir şəraitdə müəllimlərin sertifikatlaşdırılması prosesi və sertifikasiyadan keçə bilməyən müəllimlərin işdən kənar qalması əlavə müzakirə mövzusu yaradır.

Azərbaycanda hər il əmək bazarına təxminən 110 min nəfərə yaxın yeni işçi qüvvəsi daxil olur. Bu isə o deməkdir ki, təklif olunan iş yerlərinin sayı bazara daxil olan işçi qüvvəsinin sayından azdır. Yəni, iş yerləri məhduddur, amma iş axtaranların sayı durmadan artır.

Bu da, şübhəsiz ki, işsizliklə bağlı əlavə problemlər yaradır. Rəsmi statistikaya görə, Azərbaycanda ümumi işsizlik səviyyəsi 5,6% təşkil edir və işsizlər arasında əsas hissəni gənclər təşkil edir. Gənclər arasında işsizlik göstəricisi təxminən 11%-dən yuxarıdır. Buna görə də əmək bazarının tənzimlənməsi və düzgün idarə olunması hazırda ciddi müzakirə mövzularındandır. Əmək bazarının effektiv formalaşması üçün tələb və təklif balansının düzgün qurulması mühüm əhəmiyyət daşıyır”.

Sosioloqun fikrincə, müəllimlər topladıqları balla başqa bölgələrə deyil, yaşadıqları yerlərdə işləməlidirlər:

“Bu yanaşma regionlarda yaşayan insanların paytaxta axınının qarşısını almağa və bölgələrdə demoqrafik balansı qorumağa kömək edə bilər. Paytaxtda zəif bal toplayan müəllimlərin regionlara göndərilməsini taktiki addım kimi qiymətləndirmək düzgün olmazdı. Daha məqsədəuyğun olardı ki, müəllimlər regionlar üzrə yerləşdirilsin və bölgələrə uyğun şəkildə istiqamətləndirilsin.

Müşahidələr göstərir ki, bəzi region və bölgələrdə müəyyən ixtisaslar üzrə müəllim çatışmazlığı mövcuddur. Əgər işçi qüvvəsinin idarə olunması daha rasional və məqsədyönlü həyata keçirilərsə, sertifikasiyadan keçə bilməyən müəllimlər üçün də regionlarda iş imkanları yaradıla bilər. Ümumilikdə müəllimlərin bu qədər tez-tez sertifikasiyadan keçirilməsi isə düzgün və ədalətli yanaşma deyil.

Müəllim ali təhsil müddətində qiymətləndirmələrdən keçir, buna görə işə qəbul zamanı bir dəfə sertifikasiya prosesindən keçməsi kifayətdir. Sonrakı sertifikasiya yalnız pensiya yaşına yaxın dövrdə tətbiq olunmalıdır. Müəllimləri tez-tez sertifikasiyadan keçirmək düzgün deyil.

Əmək bazarında işçi qüvvəsinin rasionallığı təmin olunarsa, müəllimlərin yerləşdirilməsi və sertifikasiya prosesi daha ədalətli və sistemli həyata keçirilə bilər. Belə olduqda sertifikasiyadan keçə bilməyən müəllimlər üçün regionlarda uyğun iş yerləri tapmaq da mümkün olar”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 İyul 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri