Icma.az
close
up
RU
Fəaliyyətləri ilə seçilən Gürcüstan azərbaycanlıları mükafatlandırılıb AZƏRTAC

Fəaliyyətləri ilə seçilən Gürcüstan azərbaycanlıları mükafatlandırılıb AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tbilisi, 29 dekabr, AZƏRTAC

Marneulidə “Lider Media" təşkilatı və 24News.ge xəbər portalının Gürcüstan azərbaycanlıları arasında təsis etdiyi ilin müxtəlif nominasiyaları üzrə mükafatların təltifetmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mükafat on nominasiya üzrə Gürcüstan azərbaycanlıları arasında il ərzində öz fəaliyyətləri ilə seçilən şəxslərə təqdim olunub.

Tədbirdə ictimaiyyət nümayəndələri, müəllimlər, bələdiyyə üzvləri, jurnalistlər, ziyalılar və gənclər, həmçinin Bolnisi məhkəməsinin sədri Giorgi Qratiaşvili, hakimlər Nino Jojua, Devi Devidze, Ketevan Sturua və Vladimir Tsitlauri, Marneuli, Bolnisi, Ağbulaq və Calka rayonları üzrə prokurorlar Giorgi Mekvabidze, Tornike Kapanadze və Aleksandr Andquladze də iştirak ediblər.

"Lider Media" təşkilatının və 24News.ge xəbər portalının təsisçisi Azər Məmmədov tədbiri açdıqdan sonra Azərbaycanda baş verən təyyarə qəzası ilə bağlı Azərbaycan xalqına baş sağlığı verib. Sonra qəza zamanı həyatını itirənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azər Məmmədov daha sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə qonaqları təbrik edib və 2024-cü ilin Azərbaycan xalqı üçün mühüm il olduğunu qeyd edərək növbəti ilin də uğurlu olmasını arzu edib.

Bildirilib ki, il ərzində media öz müşahidələrini aparıb və Gürcüstan azərbaycanlıları arasında öz fəaliyyətləri ilə aktiv şəkildə seçilən şəxslərə sözügedən nominasiyaların təqdim edilməsi qərarı alınıb.

O qeyd edib ki, bütün sahələr üzrə aktiv icma üzvlərimiz olsa da, mükafata gürcü cəmiyyəti arasında, mərkəzi KİV-də, həmçinin beynəlxalq tədbirlərdə Gürcüstan azərbaycanlılarını təmsil edən şəxslər layiq görülüblər. Azər Məmmədov mükafatın təsis edilməsində əsas məqsədin icma üzvləri arasında aktivliyin təşviq edilməsi olduğunu qeyd edib.

Bolnisi məhkəməsinin sədri Giorgi Qratiaşvili də təyyarə qəzası ilə əlaqədar Azərbaycan xalqına və həlak olanların ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Digər çıxış edənlər bu kimi nominasiyanın Gürcüstan azərbaycanlılarının gürcü cəmiyyətinə inteqrasiyasında və öz sahələri üzrə aktiv fəaliyyət göstərməsində bir stimul olacağını qeyd ediblər.

Qonaqlar bölgədə geniş oxucu və tamaşaçı auditoriyasına malik olan 24News.ge xəbər portalının və 24News Tv internet televiziyasının 2018-ci ildən bu günədək müxtəlif sahələr üzrə təqdirə layiq fəaliyyətləri olduğunu qeyd ediblər.

Sonra on nominasiya üzrə Gürcüstan azərbaycanlıları arasında il ərzində öz fəaliyyətləri ilə aktiv şəkildə seçilən şəxslərə mükafatlar təqdim olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2024 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri