Fəallar COP29da iqlim ədaləti tələb ediblər
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kənd təsərrüfatı istehsalının transformasiyası olmadan iqlim ədaləti də olmayacaq və 1,5 dərəcə hədəfinə çatmaq mümkün deyil.
“Report” xəbər verir ki, bunu COP29-un Mavi zonasında kənd təsərrüfatı məhsulları istehsalçılarının keçirdiyi aksiyanın iştirakçıları bəyan ediblər.
Onlar iri aqrar biznes tərəfindən qida məhsullarının istehsalında təklif olunan yanlış və səhv həllərə qarşı çıxış ediblər.
"Qlobal Şimal inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı sisteminin dağıdılmasının əvəzini verməlidir ", "GMO-ya yox, Sənaye fermalarına yox, Pestisidlərə yox" - plakatlarda yazılıb.
Aksiya iştirakçıları iri korporasiyaları həddindən artıq mənfəət əldə etmək üçün ənənəvi kənd təsərrüfatı istehsalını məhv etməkdə günahlandırıblar.
Baxış sayı:74
Bu xəbər 19 Noyabr 2024 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















