Fədayə ACIQ VERDİ: “Hələ gələcəyim qarşıdadır” FOTO Yeni Çağ Media
Icma.az bildirir, Yenicag saytına əsaslanaraq.
“Siz Allah, mənim üzümün qırışan vaxtıdır?”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın paylaşımında yazıb.
Bu il 49 yaşının tamam olacağını deyən Fədayə gənc və təravətli qalmasına işarə vurub. O, yarızarafat-yarıgerçək özünə tərif də yağdırıb:
“Salonda qız soruşdu ki, necə yaşınız var? Dedim iyunun 3-2 49 yaşım tamam olacaq. Heyrətlə dedi ki, üzünüzdə qırış yoxdur. Siz Allah, mənim üzümün qırışan vaxtıdır? Hələ mənim gələcəyim qarşıdadır”.
Onun görünüşü sosial şəbəkələrdə müzakirə olunub. Belə ki, sosial şəbəkə istifadəçiləri, adətən, sənətçinin çox gənc qaldığını söyləyiblər. Bəziləri isə onun 49 yaşı olacağına inanmayaraq, sənətçinin 29 yaşını qeyd edəcəyini zarafatla dilə gətiriblər.
Qeyd edək ki, Fədayə Laçın pandemiyadan sonra Rusiyaya köçüb. Müğənni hazırda Rusiyada yaşayır və müğənni kimi fəaliyyətini orada davam etdirir. Sənətçi fotosunu da izləyiciləri ilə bölüşüb. Fotoda Fədayənin çəki alması da diqqətdən qaçmayıb.
Nehru
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 08 Yanvar 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















