Federasiya oğurlanan səhifəsini yenisiylə əvəzlədi Feysbuk dan hansısa kömək edilmir
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Futzal Federasiyasının 5 min izləyicisi olan rəsmi "feysbuk" hesabının oğurlandığını xəbər vermişdik.
"Football-plus.az"ın məlumatına görə, qurum səhifənin qaytarılması yönündə "Feysbuk"un müvafiq şöbəsiylə danışıqlar aparsa da, istəyinə çata bilməyib. Düzdü, proses hələ davam edir. Lakin gün keçdikcə məsələnin həllini tapacağıyla bağlı gözləntilər azalır.
Belədə federasiya yeni səhifə açmaq qərarına gəlib. Bu barədə "Football-plus.az"a qurumun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov məlumat verib:
"Oğurlanan səhifəni nə qaytara bilirik, nə də fəaliyyətini dayandıra. Ona görə ki, idarəetmə səlahiyyətləri bizdə deyil. "Feysbuk"la danışıqlar dayanmayıb, amma hansısa kömək edilmir. Müvəqqəti yeni səhifə açdıq. Əvvəlkini qaytara bilməsək, bununla davam etməli olacağıq".
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 23 Mart 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















